Архив тегов | Xədicə İsmayıl

MANAT BİR-İKİ GÜNƏ YANVARDAKI YERİNİ ALACAQ, ELMANIN BAŞINA AND OLSUN…

İlham Əliyev bağışlama fərmanını imzalayan kimi Azərbaycan xalqı rahat nəfəs aldı. Azərbaycan xalqı son vaxtlar qorxu içindəydi. Gözlənilirdi ki, prezident birdən siyasi dustaqları buraxar, ölkə yaman günə qüalar. Azərbaycan xalqı ən çox Xədicə İsmayılın buraxılmağından qorxurdu, çünki manatın fevral devalvasiyasına Xədicə səbəb olmuşdu. Manatın indiki qarınağrısı da Xədicənin buraxılmaq ehtimalıyla bağlıdır, yoxsa manata nə olmuşdu ki. Prezident bəy də kişi kimi bu arvadı buraxmadı, dedi mən öz arvadımdan qorxmuram, Xədicənin nəyindən qorxacam…

Gözlənildiyinə görə, bir-iki günə manat yanvar ayəındakı yerinə gələcək. Dava Xədicə davasıydı. İndi manatın heç nədən, heç kimdən qorxusu yoxdur…

UYQURLAR AZƏRBAYCANDAKI DUSTAQLARIN AZAD OLUNMASINI TƏLƏB EDİBLƏR

 Şərqi Türküstanın paytaxtı Urumçidə uyğurlar Azərbaycandakı siyasi dustaqlarla həmrəylik nümayişi keçiriblər. Nümayişçilər əllərində Leyla Yunusun, Xədicə İsmayılın, İlqar Məmmədovun, Anar Məmmədlinin va başqalarının şəkillərini tutublar.

«HEÇ VAXT, HEÇ VAXT, HEÇ VAXT…»

“SƏN BİR DƏ QAYITMAZSAN…”

 

Mənim övladım yoxdur və buna görə övlad itkisi barədə nə yazsam, nəinki başqalarını, heç özümü də inandırmayacaq – övlad itkisinin, eləcə də övlad məhəbbətinin nə olduğunu mən bilmirəm. Bəşər dühası bunu öz qəhrəmanının diliylə belə ifadə edir:

“ Lear. And my poor fool is hang’d! No, no, no life!
     Why should a dog, a horse, a rat, have life,
     And thou no breath at all? Thou’lt come no more,
     Never, never, never, never, never!..”

“Sən bir də geri dönməzsən. Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt…”

Cənab Tofiq Yaqublunun əvəzində prezidentdən onun bağışlanmasını xahiş edən adamları başa düşürəm, ancaq bunu səhv sayıram. Tofiq Yaqublunun əfv xahişini eləmək dolayısı ilə onun cinayət törətdiyini təsdiq etməkdir. “İctimaiyyət”, bəlkə özü də başa düşmədən, ədalətsiz hökmü legitimləşdirir.

Prezidentə müraciət belə ola bilərdi: “Cənab prezident! Siz Tofiq Yaqublunu qisas üçün türməyə salmısınız. Bunu başa düşürük. Ancaq cənab Yaqublunun nəslini kəsmək fikriniz yoxdursa, onu buraxın. Qisasınızı onsuz da almısınız”.

Bütün başqa formalarda müraciət Yaqublunun cinayət törətdiyini təsdiq edir.

Müstəbid hakimlər hamısı kinli, qisasçıdır, hakimiyyətdə oturduqları müddət artdıqca, kinləri, qisasçılıqları daha da artır, çünki kölgələrindən də şübhələnirlər.

Azərbaycan hakimiyyətini bu müstəbidlər içində fərqləndirən onun sadizmidir. Hakimiyyət İnsan nalələrindən həzz alır. Axı məhkumlar özləri ağlamasalar da, onların anaları, bacıları uşaqları ağlayırlar. Və hönkürtülər, nalələr hakimiyyətə ləzzət verir. Bu, klinik haldır, psixi sağlamlıq problemidir. Ancaq sağlam hakimiyyət Leyla Yunusu ya Xədicə İsmayılı damda çürütməz.

İntiqam Əliyevdən qisas alırdılarsa, alaydılar. Ancaq yeddi il yarım iş – bu, sadist ehtirasların doyuulması üçündür. Bunu başqa cür yozmaq mümkün deyil.

Azərbaycan sadistlər ölkəsidir. Biri tutulanda, polis dəyənəy yeyəndə, minlərlə televizorun qabağında on minlərlə adam xorla deyir: “Canın da çıxsın!”

“Məmmədrəhim, raykom katibi səni minib çapa bilər?” – Bəxtiyar Vahabzadə 1979-un sonunda ya 80-nin əvvəlində qiyabiçi tələbələrin birindən soruşdu. Yerdən xorla qışqırdılar: “Əlbəttə, çapar!”

Bizdə hamı bir-birini minməyə çalışır. Guya rejimə qarşı olanların çoxu demokrat-zad deyil, sadəcə onlar yerlərini dəyişmək istəyirlər: onlar bellərindəkiləri atıb özləri minmək arzusundadırlar.

“Qaçın, qarovulçu gəldi, Qoçu oğlu qoçu gəldi!” – bunu gənc İsa İsmayılzədə yazıb.  Bizdə qarovulçu, təhkimçi, briqadir, sədr, katib, müvəkkil – hamısı əhalini minib-çapıblar. Əhali də uşağını bir ətək pulla da olsa oxutmağa çalışıb ki, o başqalarını minsin, onu minməsinlər…

Mən Azərbaycan polisləriylə az üzləşmişəm, ancaq briqadir, təhkimçi, sovxoz direktoru, katib görmüşəm. Onlardan bir ayrı vavt. Mən Azərbaycan qatarlarından bir neçə kəlmə yazmaq istəyirəm. Bir vax Tümün-Bakı marşrutuyla Azərbaycan qatarları da gedirdi. Mən bu vaqonda nəinki ayaqyolunda, hətta ayaqyolundan qıraqda da ayağının nəcisə batdığından yazmıram. Bu da ayrı vaxt. Mən ayrı şeyi demək istəyirəm. Azərbaycan qatarına minən kimi bələdçilər pasportunu alıb saxlayırlar. İki gün yarım olursan dustaq. Sənədsiz, hüquqsuz. Azərbaycan torpağına keçən kimi milli rəmzlərlə bəzədilmiş gözəl paltarlar geymiş əsgərlər, zabitlər, gömrükçülər, polislər vaqonlara girib başlayırlar soydaşlarını soymağa…

Aleksey Karamazov bir dəfə deyir: “Mən bəlkə heç allaha  inanmıram”.

Mənə hərdən elə gəlir ki, mən Azərbaycanı sevmirəm…

İndi insan nalələrindən həzz alan hakimiyyətdən Yaqubluya əfv istəmək düzgündürmü? Hünəriniz var, gedin evini alın mühasirəyə, deyin ki, bu kişini qoymarıq qayıda türməyə…

Hərçənd öz işinizdir. Neyləyirsiniz, eləyin. Bir söz idi, dedim. Kimdi mənim sözümə baxan?

 

26.04. 2015 Samara

 

 

«QAÇAQ NƏBİDƏN DƏ QOÇAQSAN, ƏLİ!»

Bu yaxınlarda İlham Əliyev Əli Həsənovu köməkçi təyin edib. Fərmanı verəndə prezident telli sazı sinəsinə basıb görək nə deyib:

 

Nöyüt ucuzlaşıb, halım yamandı,

Xalqın əmanəti alışdl-yandı.

Bratım bir sənsən, bir Ərdoğandı,

Mənə bu günümdə dayaqsan, Əli,

Qaçaq Nəbidən də qoçaqsan, Əli.

 

Əlinin bığları eşmə-eşmədi,

Vicdanı əzabdan deşmə-deşmədi.

Başqa köməkçilər gördüm heç nədi,

Özün dur dalımda, ay qoçaq Əli,

Alveri, daşbaşı cağbacağ Əli!

 

Yuxudan doymuşam, yata bilmirəm,

Ölkədə mal çoxdu, sata bilmirəm.

Bircə Xədicəyə bata bilmirəm,

Sən belə işlərdə yamansan, Əli,

AŞPA-nın ağzını yumansan, Əli.

 

26-27.02.2015 Samara

QAÇAQ NƏBİ

 

АПОЛОГИЯ ГИТЛЕРА В ИСПОЛНЕНИИ АКАДЕМИКА ГУЛУЗАДЕ  

Мой хороший товарищ по Сальяну еще лет сорок или даже более лет назад мне рассказывал о своем дяде, весьма состоятельном по тем временам человеке и самодуре. Когда по телевидению показывали советские военные фильмы, в которых Гитлер изображался придурком, дядя закатывал истерику, стучал кулаком по столу и говорил: «Гитлер был не таким! Гитлер был солидным парнем!» (Hitler ayrı oğul olub!”)

Теперь о солидном парне Гитлере рассказывает такой же солидный человек Вафа Гулузаде, азербайджанский академик, бывший большевик. Вытащили запись его беседы на радио «Азадлыг» с Хадиджой Исмаиловой трехлетней давности и активно распространяют по Интернету. Еще с такой присказкой, что, мол, Хадиджа не давала академику от души покритиковать Америку. (Думается, активное распространение старой записи преследует цель дискредитировать Хадиджу. Теперь, надо полагать, за нелюбовь к Гитлеру…)

Да академик Гулузаде должен быть благодарен Хадидже за то, что та пыталась приводить его в чувства. Ибо хвалебные сентенции в адрес Гитлера, независимо от контекста, в любом порядочном обществе вызвал бы скандал, а бывший большевик и академик немедленно стал бы изгоем.

Гулузаде ничтоже сумняшеся говорит, что под оккупацией Гитлера украинцы чувствовали себя превосходно. Между тем потери среди мирного населения Украины составляют примерно четыре с половиной миллиона человек! Доля Украины в общих потерях среди мирного населения составляет более пятидесяти процентов, а доля Росси чуть более десяти процентов, так как Россия не вся была оккупирована. Гулузаде цинично утверждает, что даже евреи при Гитлере жили не плохо до определенного времени, только потом якобы у них возникли кое-какие неудобства… Это при том, что шесть миллионов евреев было истреблено. От газовых камер, как пишет немецкий прозаик, нобелевский лауреат Генрих Бёлл, вовсю шел дым со сладковатым запахом…

А сколько азербайджанцев – детей, стариков, женщин – умерли от голода во время войны? Вафе Гулузаде известны цифры? За это тоже надо поблагодарить Гитлера?

«Единожды солгавши, кто тебе поверит?» — сказал Козьма Прутков. За годы своей работы в ЦК Вафе Гулузаде врать приходилось, думаю, ежедневно. Но, к сожалению, у нас готовых поверить лжи больше, чем желающих докопаться до истины…

Долгие годы работы в ЦК Компартии Азербайджана – это весьма дурной бэкграунд. Человек служил не правде, не народу, не государству, и даже не идеологии. Потому что менялись вожди, менялся курс, менялась идеология, которая в своей основе была лживая. И партийный функционер служил лжи, конъюнктуре. Его главной задачей было дезинформировать, вводить в заблуждение, чтобы в конечном итоге получить управляемую тупую массу. И для решения этой задачи ничем не брезговали. Тем не менее в советское время Гитлер был однозначно отрицательным персонажем, и правильно, что в кино его изображали исчадием ада, врагом рода человеческого, плюс ко всему этому придурком. Что, разве не был Гитлер придурком? Он был крайне опасным придурком, но все равно придурком. И тот, кто, независимо от контекста, хвалит Гитлера, тоже становится придурком. Тоже опасным, к которому общество должно отнестись со всей серьезностью…

 

SƏN GƏLMƏZ OLDUN

Lazıma həsr olunur

            Sözləri İ. Əliyevin

            Musiqisi İ. Əliyevin

            İfa edir millət vəkili Z. Xanlarova

 

On il bundan qabaq sən gələcəkdin,

On il gəldi keçdi, sən gəlməz oldun.

Gəlib qonşuları mələdəcəkdin,

Qonşular kef çəkdi, sən gəlməz oldun.

 

Sən gəlməz oldun, sən gəlməz oldun,

Brat, gözləyirəm, sən gəlməz oldun.

Lazım, gözləyirəm, sən gəlməz oldun.

 

Niyə unutmusan söylə, əhdi sən,

Gül bayramı oldu, sən gəlnməz oldun.

Londona, Parisə bəlkə getmisən,

“Azadlıq” boğuldu, sən gəlməz oldun.

 

Sən gəlməz oldun, sən gəlməz oldun,

Brat, gözləyirəm, sən gəlməz oldun.

 

Deyirdin quş kimi gəlib qonarsan,

Quşlar qəfəsdədir, sən gəlməz oldun.

İndi ağzınacan dolub Güzdəxan,

Susdu Xədicə də, sən gəlməz oldun.

 

Zalım, gözləyirəm, sən gəlməz oldun,

Lazım, gözləyirəm, sən gəlməz oldun.

Brat, gözləyirəm, sən gəlməz oldun.

 

10.01. 2015 Samara