Архив тегов | siyasi məhbuslar

ƏLİ KƏRiMLİYƏ: QALIRSAN? YENƏ ZURNA ÇALIRSAN? XALQI ƏLƏ SALIRSAN?

İndi bilmirəm, sovet vaxtı Azərbaycan musiqili komediya teatrının repertuarında bir tamaşa vardı. Əsərin qəhrəmanı orkerstrdə ya trambon ya valtorna çalan Novruzqulu idi. Novruzqulu xoruz buraxırdı, yəni xaric çalırdı, orkestr isə onu qova bilmridi. Novruzqulu hərdən getməyə razılaşır, sonra deyirdi ki, yox. Heç hara gedən deyil. Bir shnə yadıdmdadır. Orkestr üzvləri xorla oxuyurduylar.

Qalırsan?

Orkestrdə çalırsan?

Əli Kərimli istefa

Yadımda deyil bu iş necə qurtardı. Bu gün Əli Kərimlinin Qənimət Zahidin diliylə səsləndirdiyi müraciətini eşidəndə bu tamaşşa yadıma düşdü. Əli Kərimli cəbhəçilərə, bütün müxalifətçilərə deyir ki, bu gündən azaddırlar, istəsələr nümayişə çıxarlar, istəsələr mitinq keçirərlər, istəsələr İlham Əliyevin iqamətgahına yürüş edərlər. Yəni rusca desək, «я умываю руки».

Fikir verin: Əli Kərimli demir ki, vəzifədən gedir, demir ki, istefa verir. Deyir ki, mən vəzifədə qalıram, möhürüm, kürsüm, katibim, müavimlərim, Qənimət kimi saray şairim yerində. Siz isə gedin başınızı vurun polisin dəyənəyinə.

Ən azı son ildə bu adamın kostyumunu ütüsü pozulmayıb, yeganə gördüyü iş isə pafoslu nitqlər demək olub. Bunun paoslu nitqlərinə aldanıb yüzlərlə gənc fəal mübarizəyə qalxıb, şərlənib dağılıb. Bu adamın, yəni Qənimət Zahidin “bəy” adlandırdığı bu cənabın faydalı iş əmsalı sıfır da deyil, mənfidir.

Və bu adam o qədər reallıq hissini itirib ki, o qədər harınlayıb, sırtıqlaşıb ki, demir istefa verir, demir, bacarmadım, ayrı rəhbər seçin, ayrı yol seçin.

İndi burda nə olmalıdır? Qoqol təsvir edən lal səhnə yaNovruzqulu komediyasıbdakı xor?

Qalırsan?

Yenə zurna çalırsan?

Xalqı ələ salırsan?

Mirzə Əlil

04. 02. 2024, Samara

QƏZZA

Torpaq azad, Qarabağ azaddır,
Bu zəfər xalq üçün bəlaya dönüb.

 +

Dəyənək endirir polis dinənə,
Həyatı insanın cəzaya dönüb.

 +

Şəhidin, dustağın ağlar anası,
Sellənib göz yaşı, dəryaya dönüb.

 +

Məzədir Cütlüyə xalqın əzabı,

Hər biri sanki əjdahaya dönüb.

 +

Çox da ki, Azəribaycandır adı,
Zülmü artıb, daha Qəzzaya dönüb.

 

05. 11. 2023, Samara

МЕХМАН АЛИЕВ ДУМАЕТ… ИЛИ ДУМАЮТ «ОНИ»?

DUMAT 1.jpg

Мехман Алиев сказал, что он еще не решил, возобновить работу агентства Туран или нет. Г-г Алиев сказал, что он пока думает…

Что тут думать-то? Выпустили – надо возобновлять.

Или выпустили, чтобы не возобновлял?

И кто думает на самом деле? Мехман Алиев или они?

 

ELMİRA SÜLEYMANOVA GÖZƏL BAYRAMLIYA BAŞ ÇƏKİR…

Gözəl_Bayramılı

«A qız, bura türmə demək günahdır! Mənim kabinetimdə heç belə şərait yoxdur! Yerin Salyandır, vallah! Gözəlləşmisən bura girəndən! Adın Gözəl idi, indi özün də gözəl olmusan! Buranın rejimi ölünü dirildər! Qıraqda olanlar yaman gündədirlər. Biri mən. Əlahəzrət prezident olmasa, o dünyalıq olaram. Bir yerim sızıldayan kimi həkimləri tökür üstümə, biri daldan, biri qabaqdan, düzəldirlər birtəhər. Dayan görüm, əlahəzrət prezident zəng edir. Əlahəzrət prezident? Hə, Gözəlin yanındayam! Durumu? Durumu gözəl! Oturumu da gözəl! Təki elə bütün oturanların oturumu belə gözəl ola! Şikayəti yoxdur. Çox minnətardır sizə, əlahəzrət prezident!.Əli Kərimlidən ötrü darıxır. O da gələcək bura? Lap yaxşı, lap yaxşı… Gördün, əlahəzrət özü maraqlanır, Əli Kərimlini də deyir gətirəcəklər bura, bir yerdə olmasanızda, yaxında olacaqsınız…  Gözəl, vallah, sənin şəraitini o qədər bəyəndim ki, heç getmək istəmirəm. Ancaq gərək gedəm. Xarici jurnalistlərlə görüşməliyəm. Sənin qabağınca Əfqan Muxtarlıya dəydim. O da çox yaxşılaşıb, düşüb rejimə, əlahəzrət prezidentimizə sağ ol deyir ki, onu Gürcüstandan bura gətirdib, deyir Gürcüstanda qalsaydım, yemək-içməkdən ölmüşdüm…»

ОН СКОРБИТ О МУСУЛЬМАНАХ МЬЯНМЫ…

  • Mehman_Aliyev.jpeg
  • Киши, что нам делать, и Госдеп требует освобождения Мехмана Алиева…
  • Оставь меня, старушка, я в печали. Я думаю о мусульманах Мьянмы…

===================

  • Kİşi, neyləyək, Amerika da Mehman Əliyevin buraxılmağını tələb edur…
  • Əl çək məndən, arvad, mənim dərdim var… Mən Myanma müsəlmanlarının fikrini çəkirəm…

UYQURLAR AZƏRBAYCANDAKI DUSTAQLARIN AZAD OLUNMASINI TƏLƏB EDİBLƏR

 Şərqi Türküstanın paytaxtı Urumçidə uyğurlar Azərbaycandakı siyasi dustaqlarla həmrəylik nümayişi keçiriblər. Nümayişçilər əllərində Leyla Yunusun, Xədicə İsmayılın, İlqar Məmmədovun, Anar Məmmədlinin va başqalarının şəkillərini tutublar.

FƏTULLAYEV ÖZƏL TÜRMƏ YARADIR — «HAQQIN.YOX»

ТЮРЬМА

Azərbaycan hökumətinin göstərii ilə əfsanəvi jurnalist Eynulla Fətullayev şəxsi türmə yaradır. Eynulla Fətullayev özü iş qaldıracaq, özü istintaq aparacaq, özü hökm çıxaracaq, dustaqları da öz türməsində saxlayacaq. “Haqqın.yox” – Eynulla Fətullayevin türməsi belə adlanır.