ОН СКОРБИТ О МУСУЛЬМАНАХ МЬЯНМЫ…

  • Mehman_Aliyev.jpeg
  • Киши, что нам делать, и Госдеп требует освобождения Мехмана Алиева…
  • Оставь меня, старушка, я в печали. Я думаю о мусульманах Мьянмы…

===================

  • Kİşi, neyləyək, Amerika da Mehman Əliyevin buraxılmağını tələb edur…
  • Əl çək məndən, arvad, mənim dərdim var… Mən Myanma müsəlmanlarının fikrini çəkirəm…

MƏDƏTNAMƏ: CƏLİL MƏMMƏQULUZADƏ ÖLÜB…

MƏDƏT: Gətirəcəkdik, Mehriban xanım. Ancaq gürcülər dedilər ki, Məmmədquluzadə çoxdan gedib?

MEHRİBAN XANIM: Türkiyəyə gedib? Gedin Terkiyədən gətirin. Ərdoğana zəng vurun, özü tutub göndərsin.

MƏDƏT: Mehriban xanım, Məmmmədquluzadə Türkiyəyə getməyib, İrana gedib…

MEHRİBAN XANIM: Gedin İrandan gətirin. Orda erməni dostlarımız var, rerini deyərlər.

MƏDƏT: Məmmədquluzadə bir il İranda qalıb, sonra gəlib Bakıya…

MEHRİBAN XANIM: Bakıta gəlib? Bəs sərhədi necə keçib? Gözünüz kordur?

MƏDƏT: Xanım, Məmmədquluzədə gələndə sərhəd yox idi…

MEHRİBAN XANIM: Bəs niyə Bakıda axtarmırsınız? Tapın!
MƏDƏT: Axtardıq, xanım. Məlum oldu ki, Məmmədquluzadə ölüb…

MEHRİBAN XANIM: Ölüb ya özünü ölmüşlüyə qoyub?

MƏDƏT: Xanım, Məmmədquluzadə əməlli-başlı ölüb. Gedib özüm qəbrinə baxmışam…

MEHİBAN XANIM: Yaxşı canını qurtarıb. Ondan çox sözlər gəlib çatırdı mənə… Tiflisdə biri də var. Dayan, adını telefona yazmşam…Hə, Axundov Mirzə Fətəli. Antimilli insandır. Onu da tutub gətirmək lazımdır.

MƏDƏT: Xanım, icazənizlə mən də bu bu narkomanın və qaçaqmalçının adını yazım telefonuma: Axundov Mirzə Fətəli… Yaxdım. Xanım, uzağı bir həftənin içində bu Fətəlinin ya ölüsü ya dirisi Bakıda olacaq, kişi kimi söz verirəm…

02.06.17

«TANRI QƏZƏBİ» HAQQINDA

Münhen olimpiadası zamanı “Qara sentyabr” adlı fələstin təşkilatının keçirdiyi terakt nəticəsində 11 İsrail komandasının 11 üzvü həlak oldu. Uğursuz polis əməliyyatı zamanı 8 terrorçudan beşi öldürülmüşdü. Sağ qalanların məhvi üçün İsrailin baş naziri Qolda Meir “Tanrı qəzəbi” adlı əməliyyatın keçerilməsi əmrini vermişdi.

 Əməliyyat 20 il davam etmişdi və İsrailin xüsusi xidmət işçiləri terror aktının hazırlanmasında və keçirilməsində iştirak edənlərin əksəriyyətini öldürmüşdülər. Terror təşkilatçılarından yalnız Əbu Daud öz əcəli ilə ölmüşdür…

Xocalı qırğınınnı törədənlərin, onu hazırlayanların hamısı məlumdur. İndiyəcən heç birinin başından bir tük əskik olmayıb. Azərbaycanın xüsusi xidmət orqanlarıın mübarizəsi yalnız öz xalqı ilədir – ayrı fikri olanlarla, jurnalistlərlə, tələbələrlə. Azərbaycan İsraildən çoxlu silah alır. Ancaq silah öz-özlüyündə heç bir məsələnin həlli deyil. Vacid odur ki, silah kimin əlindədir və kimə yönəlib.

Və qısaca Qolda Meir haqqında. Onu haqlı olaraq dünyanın ən qüdrətli qadınlarından sayırlar. İndi Azərbaycanı hərləyən qadını onunla müqayisə edin. Bioqrafiyalarını oxumağa ərinirsinizsə, şəkillərinə baxın…

MEİR.jpeg

PREZİDENT DÜZ DEYİR, TƏZƏ İŞ YERLƏRİNİN SAYI BƏLKƏ YÜZ MİNDİR…

Azərbaycan prezidenti və birinci vitse-prezidentin əri İlham Əliyev bu günlərdə elan edib ki, ölkədə 85 min yeni iş yeri açılıb. Çox təəssüf ki, xalq içində bu vacib məlumata tək-tük də olsa şübhə edənlər tapılıb. O adamları polis idarəsinə aparıb yaxşı yoxlasan, hələ beş-altı polis dəyənəyi vursan, məlum olar ki, onlar heç Allaha da inanmırlar və arxayındırlar ki, insan meymundan əmələ gəlib…

Bu adamlar başa düşmürlər ki, prezidentlər sadə insanların danışdığı dildə danışmırlar, onların dilini başa düşmək üçün gərək yüksək intellekt sahibi olmasan da, gərək əmlak sahibi olasan, biznesin ola, ya da yaxşı qazanc gətirən dövlət qulluğun ola. Onda başa düşərsən ki, prezident nə demək istəyir.

Prezident demk istəyir ki, ölkədə 1 (bir) iş yeri açılıb. Yəni birinci vitse-prezident yeri. Ancaq bu iş yeri 85 min iş yerinə dəyər. Elə xəzinəyə də bu vəzifə 85 min işçinin maaşından da baha oturur və bəlkə bundan da artıq. Yəni yaxşı hesablasan, vitse-prezident vəzifəsi 100 min iş yerinə bərabərdir. İndi daha İlham müəllim dərinə getməyib. Xırdalamayıb. Xalqımızım müdrikliyinə, qanacağına arxayın olub. Xalq doğrudan da müdrikdir, qanacaqlıdır. Ancaq, təəssüf ki, xalqın içində elələri var ki, nəinki prezidentə, heç Allaha da inanmırlar. Allah onları düz yola qoysun, günahlarından keçsin.

Allah vitse-prezidenti qorusun, 85 min iş yerini bir nəfər tutur, maşallah!

Mirzə ƏLİL

 

PREZİDENTİN TAPŞIRIĞI VƏ PETROVİÇİN QAPAZI

Möhtərəm Azərbaycan prezidenti, birinci vitse-prezident Mehriban xanımın əri İlham Əliyev həmişə deyir ki, gərək xaricdəki azərbaycanlılar yaşadıqları ölkənin əhalisinə ermənilərin işğalçılıq siyasətini izah etsinlər, yəni çatdırsınlar ki, bu vələdəzzina ermənilər Azərbaycanın dörddə birini işğal ediblər, qaytarıb vermək fikirləri də yoxdur.

Rusiyanı, əlbəttə, əsil xaric saymaq olmaz, ancaq yalan-doğru xaricdir, buna görə mən də xaricdə yaşayan sayılıram. Mən də möhtərəm birinci vitse-prezidentin ərinin dediyi barədə çox düşündüm. Bir anlığa təsəvvür etdim ki, mən ağdamlıyam (kəlbəcərliyəm, şuşalıyam, zəngilanlıyam, laçınlıyam…). Əlbəttə, mən ağdamlı ola bilmərəm, yaradan özü ağdamlılıq səadətini mənə qıymaybsa, nə deyə bilərəm… Mən bunu ancaq bir anlığa təsəvvür elədim. Və təsəvvür elədim ki, çoxdankı tanışım Petroviçlə oturub söhbət edirik. Birdən özümü cəmləşdirib səsim tutula-tutula deyirəm:

  • Petroviç, Allahdan gizli deyil, səndən nə gizlədim. Mən sənə bir sirr açmaq istəyirəm.

Petrovoviç də birdən-birə canlanır, rəngi açılır.

  • Aç, a kişi, de gəlsin. Hamının sirri var. Mən şəxsən o qədər pozğunluqlar eləmişəm ki…
  • Petroviç, mənim başıma gələn əhvalat bilmirəm pozğunluqdur ya yox. Ancaq deyəcəyəm. Bil və agah ol: Mənim vətənim Ağdamı ermənilər işğal ediblər…

Bunu eşidəndə Petroviçin rəngi boğulur, mənə əyri-əyri baxır və birdən ikiəlli başıma elə bir qapaz salır ki, gözlərimdən od çıxır.

  • A kişi, mən hər cür pozğunluq eləmişəm, ancaq sən deyən lap binamusluqdur. A kişi, sənin vətənin işğal olunubsa, get əlinə silah al, silah tapmasan, daş götür, ağac götür, get işğalçıların üstünə. Vətənin işğaldadırsa, sənin burda nə ölümün var? Üzünə deyirəm, Mirzə, səndən zəhləm getdi…

Və bu səhnəni gözümün qabağına gətirəndən sonra başa düşdüm ki, biz xaricdə yaşayan azərbaycanlılar gərək işğal olunduğumuzu, qırıldığımızı, qovulduğumuzu gərək xarici ölkələrdə gizlədək. Ağzımızdan çıxarsaq, biabir olarıq.

Ay ağdamlıılar, füzulililər, qubadlılılar, zəngilanlılar, şuşalılar, kəlbəcərlilər! Rusiyada heç kimə deməyin ki, vətəniniz işğal olunub. Desəniz, başınıza yağlı qapaz vuracaqlar.

Yoxsa xətrinizə qapaz düşüb?

 

Mirzə Əlil

 

06.04. 2017

Samara

AZƏRBAYCANIN MİLLİ ADƏTLƏRİ: YEZNƏDÖYMƏ

Gözəl Azərbaycan xalqının gözəl adətləri də var. Bu gözəl adətlərdən biri yeznə döyməkdir. İndi bilmirəm, ancan mən uşaq olan vaxtlar çox görmüşəm ki, arvadın qohumlıarı yığılıb yeznələrini mələdirlər. Bəzi yeznələri hələ toydan kəbində qabaq mələdirdilər. Yəni ki, bir qızı bir oğlana vermək istəyirlər, oğlan isə almaq istəmir. Onda qızın qardaşları, xalaları, bibiləri, qız özü qarışıq yığılıb oğlanı salırlar dəyənəyin altına. O qədər vururlar ki, olur pambıqdan yumşaq…

Bəli, gözəl adət idi. Bizim kəndlərimizə teatr, filarmoniya, sirk lazım deyildi. Hər yeznə döyüləndə uşaq-böyük yığışıb kef çəkirdi…

Mən bu gözəl adətimizi bu günlərdə xatırladım, Mehriban xanım vitse-prezident təyin olunanda. Məsələ burasındadır ki, İlham Əliyev prezident, ali baş komandan, olimpiya komitəsinin sədri olmaqdan başqa həm də yeznədir. Arvadının da zırpı dədəsi, zırpı əmisi, zırpı bacısı və çoxlu başqa zırpı qohumları var. İndi mən fikirləşirəm ki, onlar da bizim gözəl yeznədöymə el adətimizi sevirlər və hərdən yığılıb yeznələrini döyürlər. Özünüz fikirləşin: İlham müəllim cavan adamdır, xəstə deyil, ağlı başındadır – bu adam oturduğu yerdə niyə vəzifəsinin yarısını arvada verməliydi? Bunun ancaq bir səbəbi ola bilər: arvadın zırpı qohumları yığılıb onu döyüblər! Döyə-döyə vəzifəsinin yarısını alıblar! İlham müəllim, bildiyiniz kimi, tək oğlandır, qardaş yox, bacı küsülü, əmilər ölüblər… Mən elə uşaq vaxtından görmüşəm ki, ən çox belə yeznələr döyülürlər. İlham müəlılimin arxası yoxdur. Kimdir onun arxası? Xalq? A kişi, bu xalqdan arxa olar? Bu xalq nə gündədir ki… Adı gözəldir, özü gözəl deyil…

Yox, bu xalq gözəl-zad deyil…

Mirzə ƏLİL

 

 

 

NAXÇIVAN YA TALIBAN?

Sovet dövründə çar Rusiyası “xalqlar türməsi” adlandırılırdı.Qəribə olsa da, indi bizim milli fəxr saydığımız, Azərbaycan mədəniyyətinin mühüm laylarını yaratmış insanların çoxu elə bu “türmədə” doğulub böyüyüb: Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov

Mən əslində  burda Naxçıvandan danışmaq istəyirəm.

Milli elmlər akademiyasının, əgər düz saymışamsa, 59 üzvü var. Onların on doqquzu naxçıvanlı və ermənistanlıdır. Be regiondan olanlar akademiklərin ümumi sayıının 32 faizindən çoxunu təşkil edirlər. Düz Salyandan tutmuş (Şirvan şəhəri də daxil olmaqla) Astarayacan sıx əhalisi olan  böyük bir ərazidən cəmi bir akademik var. Masallıdandır.

Qəribə deyilmi?

Naxçıvanlılar və ermənistanlılar elmdə böyük kəşflər eiblər? Hansı kəşflər? Mənə elə gəlir ki, hətta Samarada yaşayan naxçıvanlılar da heç iki akademikin adını çəkə bilməzlər…

Naxçıvandan bir vaxt böyük yazıçılar, rəssamlar, çar ordusunun generalları çıxırdı. İndi Naxçıvandan qondarma ordu, sərhəd, gömrük generalları, qondarma akademiklər çıxır.

Çar Rusiyasının “xalqlar türməsi” olduğu mübahisəli məsələdir və ciddi söhbətin mövzudsudur. Ancaq indiki Naxçıvanın türmə olmağı şübhəsizdir. Əgər vətəndaşların bütün həyatı – işləri, danışıqları, gəzintiləri, bi sözlə, hər şey! – feodal tipli rejimin tam və sərt nəzarəti altındadırsa, bu yurd türmə deyilmi? Belə bir yerdə Cəlil Məmmədquluzadə kimi azad, tənqidi fikirli insanı təsəvvür etmək mümkündürmü?

Yox!

Bəzi cəhətlərinə görə Naxçıvandakı rejim işğalçı rejimdən də pisdir. Məsələn, Fransada alman işğalı vaxtları kitablar yazılıb, kinolar çəkilib, orda sənətkarın azadlıqğı indi Naxçıvandakından qat-qat çox olub. Təəssüf ki, bu belədir. Biz hələ indi Azərbaycanda, xüsusən Naxçıvanda olan rejimin milli mənəviyyata nə qədər ziyan vurduğunu, daha doğrusu, bu ziyanın miqyasını dərk edə bilmirik. Çoxumuz bu barədə düşünmürük də. Bu rejimin, xususən Talıbov rejiminin məqsədi insanları dilsiz-ağızsız iş heyvanına çevirməkdir. Azad insan, ağzında dili olan, dillində sözü olan insan Talıbov rejiminin düşmənidir.

İndi bu adamın səlahiyyətləri daha da güclənəcək. Bütün Azərbaycanın vitse-prezidenti!

Bu, ciddi rəmzdir. Bütün Azərbaycanda çox iyrənc, rəzil feodal idarəetmə sisteminin qurulub başa çatmağının rəmzi.

Talıban!

Son olaraq deməliyəm ki, Fransada alman işğalı vaxtı sənətkarlar üçün qismən azadlıqlar olduğuna baxmayaraq, onların ən qeyrətliləri Müqavimət hərəkatına qatılıblar…

24.02. 2017

SEKS-PREZİDENT YOX, EKS PREZİDENT…

                          vodevil

MEHRİBAN: A kişi, bu millət məndən ötrü özünü öldürürmüş, mənim xəbərim yox. Mən vitse-przident olandan özünü yandıran kim, balkondan tullanan kim, qatar altına atılan kim, ağacdan asılan kim… Maşallah, millət məni şox istəyir.

İLHAM: Millət özünü çoxdan öldürür, hələ mənim rəhmətlik atamın vaxtından…

MEHRİBAN: Sən daha mənimlə höcət eləmə, qabaqkı deyil…Qabaq az öldürürdü, indi çox öldürür. Mənə Ramil özü məruzə eləyir. Çox yaxşı nazirdir, qardaşım olsun… Oğlu da yaxşı uşaqdır, böyütdüm vəzifəsini… Kişi, mənim də gərək vəzifəm altı aydan, bir ildən sonra böyüyə. Həmişə vitse-president qala bilmərəm ki. O seks-prezidentdir, nədir, ondan olmaq istəyirəm.

İLHAM. Seks-prezident olmur. Eks prezident olur.

MEHRİBAN: Hə, bax, ondan.

İLHAM. Eks prezident olmaqçın, gərək əvvəlcə prezident olasan.

MEHRİBAN. Eks prezident prezidentdən böyükdür?

İLHAM.  Böyük deyil… Prezident çıxır istefaya, olur eks prezident…

MEHRİBAN: Ay atan rəhmətlik. Onda bu iş elə sənlikdir. Çıx istefaya, ol eks prezident. Sənin dalınca mən, sonra uşaqlar… Özü də mənimlə höcət eləmə. Qabaqkı deyil…

Mirzə ƏLİL

DAĞIN-DAŞIN ÇATLASIN, ŞUŞA, BAĞRIMIZ ÇATLADI…

УСУБОВ 1.jpg

Şuşalı daxili işlər naziri Ramil Usubov oğlu Emili çağırıb deyir:

  • Oğul, istəyirəm səni bir məsul işə təyin edim.

Emilin rəngi qaçır:

  • Papa, məni Şuşaya ermənilərin üstünə göndərmək istəyirsən? Papa, mən gedə bilmərəm, mən qripəm, mama bilir.
  • A bala, başın xarab olub? Səni erməniləri üstünə niyə göndərirəm? Ermənilər özləri bu gün-sabah bura olacaqlar…Səni istintaq idarəsinin rəisi qoyuram. Mamanı qoymaq istəyirdim, razı olmadı, deyir mən də vitse-prezident olmaq istəyirəm…

Mirzə Əlil

YEREVANIN KÜÇƏLƏRİ MEYİTLƏ DOLUDUR…

Ermənistan paytaxtından verilən xəbərlərə görə, Yerevanın küçələri meyitlə doludur.Arvadlı-kişil yüzlərlə insan gəbərib qalıblar. İlkin məlumata görə, bu insanlar hamısı gülməkdən ölüblər. Ermənilər Azərbaycanın virtse-prezidentinə o qədər gülüblər ki, qarınları partlayıb.

İlham Əliyev söz verib ki, uşaqlarını və nəvələrini də belə yüksək vəzifələrə təyin edəcək və onda daha çox erməni gülməkdən qırılacaq.

Ali baş komandan belə olar də!

Belə-belə işlər…

Mirzə ƏLİL