Архив тегов | Əliyevlər

KOMSOMOL POEMASI: LEONİD İLİÇ BREJNEV VƏ BAYRAMQULU KİŞİ

Azərbaycanda çox az adam bilir ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməyi Salyan rayonu Komsomol kənd sakini Bayramqulu kişinin sayəsində olub. Bunu mən Salyan arxivində sənədlərlə tanış olmuş əmioğlum Mirzə Təbildən eşitmişəm. Mirzə Təbil həm də Bayramqulu kişini şəxsən tanıyırmış.

Kimsomol kəndinin əsl adı Ərəbqardaşbəylidir, sovet vaxtın onun adını qoymuşdular Komsomol. Bu ad kəndə yaraşırdı, doğrudan da kənd əhalisinin hamısı ya kommunist, ya da komsomolçu idi, hamısı da Sovet İttifaqı Komunist Partiyasının daxili və xarici siyasətini ürəkən bəyənir və ikiəlli dəstəkləyirdi. Təkcə Bayramqulu adında hörmətli bir kişi SSRİ rəhbərliyindən, şəxsən iki dəfə Sosialist Əməyi Qəhrəmanı, üç dəfə Sovet İttifaqı Qəhrəmanı, Beynəlxalq Lenin sülh mükafatı laureatı, Sovet İttifaqı Marşalı, Sov. İKP MK-nın Baş katibi Leonid İliç Brejnevdən narazı idi və öz narazılığını hər gün səhər tezdən qoyunları Kür qırağınsa  çıxararkən Salyan-Neftçala şossesinə çıxaran kənd yolunda var-gəl edərək uca səslə bildirirdi. Bayram kişinin nitqinin qısa məzmunu belə idi: “A Brejnev, sən çox da yaxana beş ulduz taxmısan, çox da özünə marşal adı vermisən, sən qocalmısan, sən rəhbərliyə yaramırsan. Sənin evdə oturub mənim kimi qoyun-quzuya baxan vaxtındır. Get otur evdə. Çoxlu cavan alimlər var, çoxlu savadlı akademiklər var, qoy onlar rəhbərlik eləsinlər! Bir adam vəzifəni neçə il tutar? Amerikada dörd ildən bir seçki olur, ona görə firavan dolanırlar, biz ayda bir dəfə küftə yeyə bilmirik. Bəsdir! Get otur evində!…”

Bayramqulu kişinin bu qorxulu antisovet niytqini eşidənlər qorxudan yollarınını dəyişirmişlər ki, natiqi tutsalar, onları şahid çəkməsinlər. Bayramqulu kişinin səsi hətta Kürün Şirvan tayındakı Ərəbqardaşbəyliyə gedirmiş. O kəndin adamları isə qorxaq olurlar, Bayramqulunun antisovet nitqini eşidən kimi qapı-pəncərəni bağlayırmışlar…. Hətta qoyunlar da narahat olurmuş, iştahlarl kəsilirmiş, otlamaq əvəzinə başlarını kola soxub gözlərini döyürmüş…

Suçəkən maşının mexaniki Nadir Bayramqulu kişini tənbeh edirmiş: “Vallah, səni bir gün KQB tutub aparacaq”. Bayramqulu kişi əlindəki çubuğu yelləyib deyirmiş: “Qoy aparsın. KQB mənə neyləyəcək?” Nadir belini göstərib deyirmiş: “Necə neyləyəcək? Mənim günümə salar.” Bayramqulu kişi tərəddüdlə souşurmuş: “Səni KQB belə eləyib?” Nadir halını pozmadan deyirmiş: “Bəs nə bilmişdin?»

Rəhmətlik Nadirə “qozbel Ndir” deyirdilər, ancaq belindəki yüksəklik qoz boyda yox, bəlkə yekə qarpız boydaydı. Əlbəttə, hamı bilirdi ki, Nadir kişi anadangelmə belədir. Ancaq o, Bayramqulu kişini bununla qorxudub düşdüyü qorxulu yoldan çəkindirmək istəyirdi. Ancaq mətin Bayramqulu kişi yolundan dönən deyildi.

Adı Komsomol olan kənddə, əlbəttə, KQB agentləri olmalıydı. Və beş-altısı  var idi də. Onlar Bayramqulu kişidən yazırlar KQB sədri Andropova. Andropov məruzə edir Brejnevə və soruşur:

— Leonid İliç, nə qayıraq? Bayramqulunu güllələyək ya on beş il verək getsin?

Marşal Brejnev deyir::

— Yuri Vladimiroviç, mən o Bayramquludan acığımı ayrı cür çıxacam. Mən Azərbaycana elə bir adam qoyacam ki, vəzifəni əlli ildən sonra da heç kimə verməsin.

Guya Brejnev sözünü belə qurtarıb: “Nu, poqodi, Bayramqulu, sukin tı sın, ya tebe pokaju Kuzkinu mat”.

Və tezliklə Brejnev Andropovun məsləhəti ilə Heydər Əliyevi Azərbaycana birinci katib, yəni rəhbər təyin edir.

İndi kim deyə bilər ki, Brejnev uzaqgörən olmayıb?

Və bu əhvalat hər birimizə tarixdə şəxsiyyətin rolunu xatırladır. Şəxsiyyət deyəndə mən Heyər Əliyevi yox, Bayramqulu kişini nəzərdə tuturam…

Allah sənə rəhmət eləsin, Bayramqulu kişi. Sən, əlbəttə, bacardığın qədər kommunist rejiminə, avtokratiyaya qarşı mübarizə aparmısan. Ancaq mübarizən əks nəticə verib. Brejnev səndən qisas almaqla bütün Azərbaycan xalqını fəlakətə uğradıb…

O vaxtdan çox şey dəyişib. Komsomol kəndinə əvvəlki Ərəbqardaşbəyli adı qaytarılıb. Ancaq adamların komsomol zehniyyəti dəyişmir. Salyan-Neftçala şossesinə aparan kənd yolunda isə “bəsdir vəzifəni zəbt elədin” deyən Bayramqulu kuşinin yeri görünür…

 

Mirzə ƏLİL

16. 05. 2024, Samara

SEKS-PREZİDENT YOX, EKS PREZİDENT…

                          vodevil

MEHRİBAN: A kişi, bu millət məndən ötrü özünü öldürürmüş, mənim xəbərim yox. Mən vitse-przident olandan özünü yandıran kim, balkondan tullanan kim, qatar altına atılan kim, ağacdan asılan kim… Maşallah, millət məni şox istəyir.

İLHAM: Millət özünü çoxdan öldürür, hələ mənim rəhmətlik atamın vaxtından…

MEHRİBAN: Sən daha mənimlə höcət eləmə, qabaqkı deyil…Qabaq az öldürürdü, indi çox öldürür. Mənə Ramil özü məruzə eləyir. Çox yaxşı nazirdir, qardaşım olsun… Oğlu da yaxşı uşaqdır, böyütdüm vəzifəsini… Kişi, mənim də gərək vəzifəm altı aydan, bir ildən sonra böyüyə. Həmişə vitse-president qala bilmərəm ki. O seks-prezidentdir, nədir, ondan olmaq istəyirəm.

İLHAM. Seks-prezident olmur. Eks prezident olur.

MEHRİBAN: Hə, bax, ondan.

İLHAM. Eks prezident olmaqçın, gərək əvvəlcə prezident olasan.

MEHRİBAN. Eks prezident prezidentdən böyükdür?

İLHAM.  Böyük deyil… Prezident çıxır istefaya, olur eks prezident…

MEHRİBAN: Ay atan rəhmətlik. Onda bu iş elə sənlikdir. Çıx istefaya, ol eks prezident. Sənin dalınca mən, sonra uşaqlar… Özü də mənimlə höcət eləmə. Qabaqkı deyil…

Mirzə ƏLİL