Архивы

DANTE. CƏHƏNNƏM, 22-Cİ NƏĞMƏ

22-Cİ NƏĞMƏ

(fraqment)

1 Görmüşdüm əvvəllər atlıları mən,

Baxış keçirəndə, həmlə anında,
Xilas məqsədiylə ya da çaparkən.

 +

4 Gördüm üstünüzə atılanda da,
Atlı dəstələri, mən, artenlilər,

Turnir yarışları ya da qızanda.

 +

7 Şeypurlar, təbillər ya da ki, zənglər

Çalınar, nişanla ya qüllələrdən,

Yerli ya əcnəbi alətlər dinər.

 +

10 Bilmirdim beləcə qaba zurna mən,

Qovar atlıları, piyadaları,

Gəmini —  ulduz da parlasa birdən.

 +

13 Birgə on şeytanla getdik irəli,

Nə dəstə! Nəciblər kilsələrdədir,

Aşxanasa yığır qarınpaları

 +

16 Qətrandaydı bütün diqqətim indi

Görüm Boqlianın içində nə var

Yanan adamları orada həm də.

 +

19 Necə delifinlərin beli qıvrılar,

Nişan verən zaman dənizçilərə,
Xilas edə bilsin gəmini onlar.

 +

22 Bir az ağrısını azaltsın deyə

Bir yazıq belini elə qaldırır,
Çəkilir bir anda sonra geriyə.

 +

25 Xəndək qırağından qurbağaların,
Necə sudan ancaq üzləri qalxır

Su altında qalır pəncə və qarın,

 +

28 Duruşu eləydi günahkarların,

Barbariçça yaxın gələn tək ancaq,

Cumurlar altına yenə qaynarın.

 +

31 Ürəyim sıxıldı birinə baxcaq –

Dayanıb – qurbağa durur necə tək,

Sonuncu yoldaşı suya batınca.

 +

34 Qətranlı saçını çəngələyərək,
Çəkdi yaxındakı Qraffiakan

Mənə göründü o, susamuru tək.

italyancadan tərcümə

Noyabr 2023, Samara

DANTE. CƏHƏNNƏM. 21-Cİ NƏĞMƏ

cəhənnəm 21-ci nəğmə

(FRAQMENT)

 1 Körpüdən körpüyə, söhbət edərək,

Yad olan şeylərdən Komediyama,

Dikə çatıb durduq ki, burdan görək

+
4 Malebolgedəki bir yarığı da,

Və həmçinin digər hədər dərdləri.

Məni heyran etdi qaranlığı da.

 +

7 Qışda qatı qətran odda əriyir,

Necə Venetsiya Arsenalında,

Kohnə kolazlara çəkilsin deyə,

 +

10 Çünki çıxa bilmir dənizə daha.

Təzə qayıran var, kimsə çalışar,
Köhnəni qaytara yenə həyata.
+

13 Avar düzəldən var, ciyə hörən var

Burunla, sükanla var əlləşən də.

Cırıq yelkənləri kinsə yamaqlar.

 +

16 Beləcə, odla yox, ilahi gücdən,

Elə qaynayırdı ki, qatı qətran,

Örtürdü pərdəylə həndəvəri də.

 +

19 Mən isə qətranın qaynamağından,
Qopan qovuqları görürdüm ancaq.

Gah şişən, sıxılıb gah da yox olan.

 +

22 Durmuşdum, diqqətlə ora baxaraq,
Qışqırdı rəhbərim: “Özünü gözlə!”

Yapışıb özünə sarı dartaraq.

 +

25 Döndüm, necə kimsə başına bəla,
Olacaq bir şeydən göz çəkə bilmir,

Yıxır qəfil qorxu onu az qala,

 +

28 Ancaq unutmur ki, o getməlidir;

Və gördüm qara bir şeytan arxadan,

Dik qaya üstüylə biz sarı gəlir.

 

31 Yırtıcı görkəmi vardı necə, ah!

Mənə görünürdü necə də qəddar,
İti yeridikcə, qanad çalaraq.

 +

italyancadan tərcümə

avqust, 2023. Samara

+++++++++++++++

Inferno • Canto XXI

Così di ponte in ponte, altro parlando
che la mia comedìa cantar non cura,
venimmo; e tenavamo ’l colmo, quando
Читать далее

DANTE. CƏHƏNNƏM. 20-Cİ NƏĞMƏ

İnferno 20-ci nəğmə

(FRAQMENT)

1 Gərək şeir qoşam yeni ağrıdan,

Çatıb  iyirminci nəğməsinə ilk

Kansonun; girdabdan söz gedir onda.

 +

4 Artıq hazır idim tamam, göz dikib,
Dibsiz dərinliyə baxam, yuyarkən

Özünü, hüznlü göz yaşı töküb

 +

7 Gördüm ki, adamlar girdə düzəndən,

Gəlirlər ləngərli yeişlə, ağlar,
Dua edirdilər elə bil bu dəm.

 +

10 Baxıb göz önünə gələrkən onlar,

Çənədən döşəcən qəribə halda,
Gördüm bədənləri burulu durar.

 +

13 Onların üzləri indi arxada,

Geriyə hərəkət zorundadırlar,

Qabağa baxmağa yox imkan daha.

 +

16 İflic, ola bilsin, kimisə vurar,
Tərsinə çevrilər hissə bədəndə,

Bunu nə görmüşəm, nə inamım var.

 

19 Tanrı yardımıyla toplaya bilsən,

Bar bu yazdığımdam, oxucu, düşün,
Kəsə bilərəmmi göz yaşımı mən,

 +

22 Görərkən ağlayır yanımda düşgün

Bir surət, burulub elə o  həm də,
Dalına tökülür göz yaşı onun.

 +

25 Söykənib qayanın tininə mən də,

Əlbəttə, ağladım; Bələdçim dedi:

“Sən də birisənmi bu dəlilərdən?”

 +

28 Ölü mərhəmət də burda dirildi;

Tanrı divanında mərhəmət duyan,

Ən rəzil, şərəfsiz kəs deyilmidir?…

italyancadan tərcümə

iyul 2023, Samara

++++++++++++++

CANTO 20

Di nova pena mi conven far versi
e dar matera al ventesimo canto
de la prima canzon, ch’è d’i sommersi.
Читать далее

DANTE. CƏHƏNNƏM. 18-Cİ NƏĞMƏ

the-inferno-canto-18.jpg!Large

 (fraqment)

1 Cəhənnəmdə yer var, Malebolgedir

Rəngindən dəmirdir, daşdan olsa da.

Ətrafı da belə çevrələnibdir.

 +

4 Və bu müdhiş yerin düz ortasında,
Bir quyu var geniş, dərindir həm də.

Vaxtında deyərəm mən sizə ondan.

 +

7 Zolaqsa, çevrə tək qalır quyu və

Sərt uca sahilin aralığında.

Həndəvər bölünür düz on düzənə.

 +

10 Müdafiəsinə necə ki, harda

Qala divarının çox xəndək qazılar,

O yerin şəklini yaradır bu da.

 +

13 Elə bir mənzərə bu yerdə də var;

Sahilə adətən qalaqapılar,

Çoxlu körpü ilə necə bağlanar,

 +

16 Uçurum dibindən çıxan qayalar

Xəndək və bəndlərdən keçib gedərək,
Onlarla, quyuya çatıb bir olar.

 +

19 Bu yerdə Gerion silkələyərək,
Bizi yerə atdı; və sola Şair,

Getdi, arxasınca məni çəkərək.

 +

22 Sağ əldə məşəqqət gördüm yeni bir,
Əzab çıçənlər və qamçı çəkənlər.

Birinci Bolgia tamam belədir.

 +

25 Lüt günahkarlar idi dibə çökənlər;

Bizə qarşı gəldi, kimdi ortada,
Daldakılar  — bizlə, çox yeyin hərçənd;

 +

28 Yubiley ilində romalılar da,
Kütlə keçsin deyə körpüdən asan,

Onu bölmüşdülər həmin qaydada.

 

31 Santo Pyetroya üzünü tutan,

Gedir bir tərəflə qalaya, ayrı,

Tərəfləsə gedir dağa yollanan.

 +

34 Gördüm orda-burda zaman aşırı,
Buynuzlu şeytanlar aman bilmədən,
Yekə qamçı ilə vurur onları.

italyancadan tərcümə

iyun 2023, Samara

Luogo è in inferno detto Malebolge,
tutto di pietra di color ferrigno,
come la cerchia che dintorno il volge.

Читать далее

DANTE. CƏHƏNNƏM. 17-Cİ NƏĞMƏ

geryon_flight

(fraqment)

1 «İtiuc quyruqlu vəhşiyə bir bax,
Dağ aşır, silah və divar məhv edir,
Bütün dünyanı o yoluxduracaq”.

 +

4 Mənə bu sözləri Ustadım dedi,

Və ona əl edib çağırdı gəlsin,

Yanına mərmərdən tikili bəndin.

 +

7 Və yalanın çirkin bu təcəssümü,
Gəlib sərdi yerə başı, gövdəni
Çəkə bilmədisə quyruq hissəni.

 +

10 Üzdən ədil insan ona deyərdin,

Baxana xeyirxaj, nəcib görünər,

Ancaq ilan idi qalan yerində.

 +

13 Pəncələr qıllıdır, qoltuğa qədər,

Sinəsi və döşü hər iki yandan,
Təkərə bənzəyə naxışlar bəzər.

 +

16 Bacarmaz tatar da, türk də heç zaman,
Belə bir tikişi, naxışı nə də.
Toxumamış belə Araqna kətan.

 +

19 Sahildə qalan tək kolazlar hərdən,
Yarı sudadırlar, yarı quruda;

Ya acgöz almanın olduğu yerdə,

 +

22 Qunduz ki, oturur başlasın dava,

Monstr eləcə oturdu indi,
Qumluq ərazinin daş qırağında.

 +

25 Boşluqda quyruğu onun əsirdi,

Yuxarı millənib zəhərli çəngəl.

Əqrəb neştəridir elə bil,, iti.

 +

28 “Məcburuq indi biz, — söylədi Rəhbər,
Yoldan bir az çıxaq, bax orda hələ,

O vəhşi uzanıb daş üstdə gözlər”.

 +

31 Sağ tərəfə endik biz beləliklə,

Boşluq qırağına on addım atdıq,

İnciməyək qumla, alov diliylə.

 +

34 Elə ki, biz onun yanına çatdıq,
Gördüm ki, boşluğun yaxınlığında,
Adamlar oturub qum üstündə sıx…

italyancadan tərcümə

iyun, 2023, Samara

+++++++++++++++++++

«Ecco la fiera con la coda aguzza,
che passa i monti e rompe i muri e l’armi!
Ecco colei che tutto ’l mondo appuzza!». Читать далее

DANTE. CƏHƏNNƏM. 16-CI NƏĞMƏ

(FRAQMENT)

1 Gəldiyimiz yerdə başqa çevrəyə

Düşən suyun səsi eşitdik gəlir.

Oxşayır arılar qaldıran küyə.

 +

4 O zaman üç gölgə işgəncələrin,

Yağışı altında keçən dəstədən,
Qoparaq  yeridi birgə irəli.

 +

7 Çığırdılar bizə yetişən zaman:

 “Dayan! Paltarından bilinir ki, sən,

Gəlmisən əxlaqsız bizim məkandan”.

 +

10 Ah, nə qədər köhnə, təzə yara mən,
Gördüm od yaradıb bədənlərində!

Yenə sarsılıram xatırlayarkən.

 +

13 Qışqırıq saxladı rəhbərimi də,

Dönüb mənə sarı dedi: “Hələ dur,

Onlara ehtiram göstərək həm də”.

 +

16 Ox kimi səpilib buranın odu

Əgər yaxmasaydı, deyərdim ki, mən,
Tələsən onlar yox, sən olmalıydın”.

 +

19 Biz dayandıq, köhnə şeiri yenidən,
Oxudular; biz sarı yüyürən zaman,

Üçü düşdü təkər şəklinə birdən.

 +

22 Necə mübarizə başlamamışdan,

Soyunub yağlanmış güləşçilər də,
Hərlənib gözləyir əlverişli an,

 +

25 Bunlar da hərlənib çevirirdilər,

Üzlərini mənə, boyunlar bu vaxt

Tərs dönür, ayaqlar tərs gedirdlər.

+

28  “Doğurursa miskin bu qumluq ikrah, —
Biri dedi, — biz, həm yalvarışımız,

Qaralıb üzlər də axı yanaraq,

 +

31 Nəzərə alaraq kim olmuşuq biz,

De kimsən, ki, sağ və sağlam olaraq,
Cəhənnəmdə belə açırsan sən iz…

italyancadan tərcümə

iyun 2023, Samara

DANTE. CƏHƏNNƏM. 15-Cİ NƏĞMƏ

canto 15

(FRAQMENT)

1 Çox qaba sahillə gedirik indi,

Buxar göyü tutur duman tək elə,
Alovdan qoruyur suyu və bəndi.

 +

4 Necə arasında Guizzant ilə

Bruccianın da tikilib dayaq,
Dəniz həmləsinə saxlaya bilə;

 +

7 Necə qala və mülk qorunsun deyə,

Tikir Brenta boyu paduyalılar,

Bürkü düşənəcən Karentanaya,

 +

10 Bu da tikilmişdi onlara oxşar,

Elə uca, geniş deyildi,  hərçənd,

Görünürdü onda usta əli var.

 +

13 Biz elə uzaqdıq indi meşədən,

Anlaya bilmirdim haradır bura,
Geri dönüb necə baxırdımsa mən.

 +

16 Rast gəldik dəstəylə gələn ruhlara,

Baxırdılar, çıxıb dayaq dalından,
Sanki ilkaxşamdır, qaralır hava,

 +

19 Və bizi süzürlər ay doğan zaman;

Baxanın dartılır qaşları, bənzər,

Qoca bir dərziyə, iynə saplayan.

 +

22 Belə bu ailə baxarkən bizə,

Məni tanıyaraq biri qəfildən,

Tutdu ətəyimdən: “Ah, nə möcüzə!”

 +

25 Mənə uzananda onun əli, mən,
Elə baxdım onun yanmış üzünə

Ki, qarsımışsa da çöhrəsi hərçənd,

italyancadan tərcümə

May 2023, Samara

Ora cen porta l’un de’ duri margini;
e ’l fummo del ruscel di sopra aduggia,
sì che dal foco salva l’acqua e li argini.

Читать далее

DANTE. CƏHƏNNƏM. 14-CÜ NƏĞMƏ

Inferno_Canto_14_verses_37-39

(FRAQMENT)

1 Yurd eşqi sövq etdi məni bu işə:

 Yığıb səpələnmiş yarpaqları mən,

Onları qaytardım  əfəllimişə.

 +

4 Sonra çatdıq uca, o, ikincidən,
Ayırır üçüncü dövrəni, divan

Burda qurulurdu dəhşət törədən.

 +

7 Təzə olanları edərək bəyan,
Deyirəm yetişdik elə düzə ki,
Vermir torpağı bir toxuma da can.

 +

10 Hüznlü meşədir onun dövrəsi,
Meşəsə xəndəklə əhatələnib.

Durduq, qırağına yaxın gələsi.

 +

13

Örtüyü qalın qum bütün düzənin,
Bir zaman Katonun ayağı altda, bir zaman

Yaranan şəkillər indi də həmin.

 +

16 Tanrı intiqamı! Nə qədər insan,
Səndən qorxmalıdır, burada indi,

Gözlə gördüyümü oxusa haçan.

 +

19 Çılpaq ruhlar orda sürü kimiydi,

Yazıq, miskin halda ağlayır onlar,

Hökmlər, deyəsən, müxtəlif idi.

 +

22 Yerdə  dalı üstə var uzananlar,

Bəzisi qısılıb oturub elə.

Dayanmadan var-gəl edənlər də var.

 +

25 Gəzənlər üstündü sayları ilə,

Uzananlar azdı, ancaq onların,
Daha güclü idi çəkdiyi nalə.

 +

28 Yağırdı üstünüə bu qumluqların

Ağır-ağır enən odlu lopalar.

Küləksiz necə ki, Alpa qar yağır…

italyancadan tərcümə

may 2023, Samara

Poi che la carità del natio loco
mi strinse, raunai le fronde sparte
e rende’le a colui, ch’era già fioco.

Читать далее

DANTE. CƏHƏNNƏM. 13-CÜ NƏĞMƏ

(FRAQMENT)

 1 Gəlib çatmamışdı ora Ness hələ,

Biz qalın meşəyə gedib girəndə,

Ondasa cığır da yox idi belə.

 

4 Yarpaqlar qaramtıl, yox yaşıl  heç nə,

Düyün ya əyrilik var hər budaqda,

Meyvə əvəzinə zəhərli iynə.

 

7 Yox bu pöhrəlikdə, çox azdır ya da,
Rəzil heyvanlar ki, nifrət edirlər,

Həm Çeçinoda, həm Kotenoyada.

 

10 Yaxın fəlakətdən verərək xəbər,

Strofaddan qovan troyalıları,
Harpiyalara bu meşə xoş gələr.

 

13 Pəncələr caynaqlı, tüklüdür qarın,

İnsan sifətlidir,  qanadı gendir,
Uçarkən meşəyə qıyıltı yayır.

 

16 Ustadım: “İrəli gedənəcən bil,

İkinci çevrənin içindəsən sən, —

Belə başladı o: “O davam edir,

 

19 Müdhiş bir qumluğun əvvəlinəcən;

Baxıb görəcəksən sən elə şeylər,
Bəlkə inanmazdın, desəm əgər mən”.

 

22 Yoxsa da ətrafda kimsədən əsər,4
Nalə eşidirdim mən hər tərəfdən

Durdum çaşqın halda orda bir qədər.

 

25 O yəqin düşündü düşünərəm mən,

Kimin boğazından çıxır bu səslər,

Hardasa gizlədir özünü bizdən.

 

28 Onda mən dikəlib əl uzadaraq,
Göyəmdən bir budaq  qıranda, gövdə

Qışqırdı: “İncitmə məni bu sayaq!”

 

31 Sonra qan axıtdı qəhvəyi rəngdə,

Ded: “Axı məni niyə soyursan,

Yoxmu heç mərhəmət duyğusu səndə?….

 

italyancadan tərcümə

may 2023, Samara

++++++++++++

CANTO 13

Non era ancor di là Nesso arrivato,
quando noi ci mettemmo per un bosco
che da neun sentiero era segnato.

Читать далее

DANTE. CƏHƏNNƏM. 12-Cİ NƏĞMƏ

the-inferno-canto-12-2.jpg!Large

(fraqment)

1 Qayadan düşməyə gəldiyimiz yer.
Elə dik idi ki, çaşardı hətta,

Kim ordan baxsaydı aşağı əgər

 +

4 Görürdük Trentin bəri yanında,

Uçqun; Adiçedə onu yaradan,

Ya daş uçqunuydu, zəlzələ ya da.

 +

7 Qaya dağ başından qopub, çox güman,

Elə dağılmışdı düzə ki, indi

Yol vardı, gəlsəydi kim yuxarıdan.

 +

10 Yarğanın enişi burda beləydi.

Çatlaq uçurumun qıraqlarında

Sərilən Kritin ayıbı idi.

 

13 O, saxta inəkdən mayalanandı;

Dişlədi özünü bizi görərkən,

Qəzəb qaynayırdı yəqin qanında.

 +

16 Müdrikim qışqırdı ona: “Bəlkə sən,
Afina hersoqu, düşündün, gəlib,

Sənə yuxarıda ölüm gətirən?

 +

19 “Çəkil, vəhşi! Çünki bu gələni, bil,
Bacın öyrətməyib, cəzaya baxmaq,

İstəyir o, fikri ayrı şey deyil”.

 +

22 Ölümcül bir zərbə necə ki, alcaq,
Öküz ciyəsini qırıb tullanar

Yerində, qaçmağa halı yox ancaq.

 +

25 Gördüm o haldadır indi Minotavr,
Sayıq rəhbər dedi: “Tələs keçidə,
O qəzəbli ikən, enməyə şans var.

 

28 Beləcə üz qoyduq enişə biz də.
Daş qalağı üstdən, ağırlığımdan,
Daşlar az qalırdı dəbərib gedə.

 +

31 Fikirli gedirdim; “Daş qalağında,
Fikrin qalıb, — dedi, — onu qoruyan,
Vəhşini susdurdum sözlə bir anda.

 +

34 Gərək biləsən ki, endiyim zaman,

Mən alt cəhənnəmə indiyə qədər,
Yoxdu daşdüşümü o qayalıqdan.

 +

37 Birinci çevrəyə, düzəmsə əgər,

Enib çoxlu ruhu Ditedən alan

Kəsin gəlişindən bir qədər əvvəl

 +

40 Gərək biləsən ki, endiyim zaman,

Mən alt cəhənnəmə indiyə qədər,
Yoxdu daşdüşümü o qayalıqdan…

italyancadan tərcümə

may 2023, Samara

Era lo loco ov’ a scender la riva
venimmo, alpestro e, per quel che v’er’ anco,
tal, ch’ogne vista ne sarebbe schiva.

+

Qual è quella ruina che nel fianco
di qua da Trento l’Adice percosse,
o per tremoto o per sostegno manco,

Читать далее