Küylü küçələri dolaşan zaman,
Girəndə adamla dolu məbədə,
Divanə gənclərlə qonuşan zaman,
Dolur arzularım qəlbimə birdən.
—
Deyirəm: illər də an kimi ötər,
İndi bu ətrafda nə qədər varıq,
Hamımız gedərik əbədiyyətə,
Kiminsə saatı yetişib artıq.
—
Haçan baxıramsa qoca palıda,
Deyirəm: meşələr şahı, patriarx,
Yaşar, mənim fəna əsrimi adlar,
Atalar əsrini adlayan sayaq.
—
Sevimli körpəni əzizlərəmsə,
Artıq düşünürəm: məni bağışla.
Vaxt yetişib verəm yerimi sənə:
Mən solub gedirəm, çiçəklən, bala.
—
Fikirli-qayğılı hər günü, ili,
Mən yola salmağa öyrəşikliyəm.
Məni irəlidə ölüm gözləyir,
Gününü, ilini indi kaş biləm.
—
Və bəxtim ölümü harda göndərər?
Döyüşdə, səfərdə, dənizdə bəlkə?
Ya qonşuluqdakı düzənlik elə
Soyuq cənazəmi qoynuna çəkər?
—
Duyğusuz bədənə fərqi yox hərçənd,
Çürüyüb gedəcək dağda, düzdə ya.
Əziz diyarıma yaxında fəqət,
İstərəm əbədi gedəm yuxuya.
—
Və qoy məzarımın həndəvərində,
Boy atsın həyatın tər çiçəkləri
Biganə təbiət orda əbədi,
Yaşatsın nur dolu gözəllikləri.
1829
Ruscadan tərcümə
28-30.03. 2020, Samara
Брожу ли я вдоль улиц шумных,
Вхожу ль во многолюдный храм,
Сижу ль меж юношей безумных,
Я предаюсь моим мечтам. Читать далее