Архив | 20.03.2020

Aleksandr PUŞKİN. “NƏ İSTƏYİM VARDI, QALDI ARXADA…”

ПУШКИН

Nə istəyim vardı, qaldı arxada,
Daha arzulara yox məhəbbətim.

Ürək boşluğunda qol-qanad atan,
Ağır əzablardır indi qismətim.

 

 

Taleyin amansız qopdu tufanı,
Soldu çiçəklənən çələngim artıq.

Günüm yas içində keçir, tənhayam,
Gözlərəm: tezliklə sonum çatarmı?

 

Qış günü tufanın fiti dinəndə,
Sarsılıb soyuqdan iliyə qədər,
Çılpaq budaq üstdə, zavallı gündə,

Yubanan tək yarpaq  beləcə titrər.

 

1821

Ruscadan tərccümə

19-20.03. 2020, Samara

 

Я пережил свои желанья,
Я разлюбил свои мечты;
Остались мне одни страданья,
Плоды сердечной пустоты. Читать далее