Mən sizi sevirəm – çıxsa da cinim,
Hərçənd bu, zəhmətdir, xəcalətdir həm,
Ayaqlarınıza düşüb deyirəm:
Səfeh bu fəlakət sarsıdır məni!
Mənə bu yaraşmaz, o yaş deyil yaş,
Gərək ciddi olam mən indən bəri.
Qəlbdəsə qaldırır fəqət yenə baş,
Sevgi azarının əlamətləri.
Sizsiz darıxıram — əsnəyirəm də,
Sizinlə qəmliyəm – dözürəm ancaq.
Tab yox, istəyirəm açıb deyəm də,
Mələyim, sevirəm sizi necə, ah!
Qonaq otağından elə ki, gəlir,
Donun xışıltısı, səsi addımın,
Ya da məsum qadın səsi yüksəlir,
Birdən itirirəm bütün ağlımı.
Haçan gülümsəniz – ürəyim də şad,
Yana baxırsınız– batıram yasa.
Bir gündə çəkdiyim zülmə mükafat —
Bəyaz əlinizə əlim dəyərsə.
Səylə əyləşərək cəhrə dalında
Bir az saymazyana əyilən zaman,
Gözlər yarıaçıq, saçlar alında,
Riqqətə gəlirəm, nitqi lal halda,
Körpə tək baxıram mən sizə heyran!…
Mən necə bədbəxtəm, deyimmi, necə,
Sıxılır qısqanclıq ağrısıyla can,
Bəzən pis havada, ya da ki, gecə,
Uzaq bir səfərə yığışan zaman?
Və xəlvətdə necə ağladınız siz,
Bucaqda deyilən odlu nitqlər,
Sizin Opoçkaya səfərləriniz,
Və fortepiano axşamlar hələ?
Mərhəmət dilərəm səndən, Alina!
Sevgi tələbinə cəsarətim yox,
Bəlkə də o qədər günhalarım çox,
Sevgiyə dəymirəm, mələyim, daha.
Yetər riyakarlıq! Bircə baxışda,
Bütün həqiqətlər gözəl oxunar!
Məni aldatmaqda mürəkkəb nə var!..
Axı aldanmağa mən özüm şadam!
1826
Ruscadan tərcümə
21.03. 2020, Samara
Признание
Я вас люблю, — хоть я бешусь,
Хоть это труд и стыд напрасный, Читать далее