Архив | 14.03.2020

Uilyam BLEYK. ÖZGƏ DƏRDİ HAQQINDA

B 1

Özgə görürəmsə kədərli baxır,
Mən necə sevinə bilərəm axı?

Özgə görürəmsə gəzir qüssəli,
Mən necə verməyim ona təsəlli?

 

 

Özgə yaş axıtsa yanımda əgər,
Necə ürəyimi sıxmasın kədər?
Ata uşağını görsə ağlayır,

Necə ürəyini almasın ağrı?

 

 

Körpə çığırarsa qorxudan əgər,
Sakitcə oturar anası məgər?

Belə şey mümkün deyil!

Heç zaman mümkün deyil!

 

 

Sevinə bilərmi O Kəs, gülərmi,
Duysa quşcuğazın səsində qəmi,

Görsə zavallını üzür qayğılar,

Görsə bir uşağın ağır dərdi var,

 

 

 

Gəlib oturmazmı yuva yanında,
Quşu ovutmazmı O Kəs bir anda?

Gəlib oturmazmı beşik önündə,

Layla da deməzmi körpə dinəndə?

 

 

O Kəs sevincini hər kəsə verər;
Məsum körpəyə də O Kəs çevrilər;

Dərd çəkən insana dönməyi də var,
Hər  kəsin qəlbində dərdi də duyar.

 

 
Düşünmə ahını yox bilən, duyan,

Düşünmə uzaqsan Yaradanından.

Demə ki, gözündə yaş gilələnməz.

Əgər Yaradanın yaxın deyilsə.

 

 

Ah, o, seincini bizə bağışlar,
Belə dərdimizi dağıtmağı var.

Qüssə qəlbimizdən gedənə qədər,
Yanımızda olar, bizimlə inlər.

 

1784-89-cu illər

İngiliscədən tərcümə

14.03. 2020, Samara

 

On Another’s Sorrow

 

Can I see another’s woe,

And not be in sorrow too?

Can I see another’s grief,

And not seek for kind relief? Читать далее