Архив | Май 2013
ЭПИТАФИЯ КИНГУ
— Что случилось с Ларри Кингом?
— Он утонул…
MEYMUN ÖZÜ OLA-OLA…
Rüstəm İbrahimbəyov İlham Əliyevə: “İlxam bek! Nukeriniz Ali Qasanovu mexkemeye verirem, bu da ərize!”
В РОССИИ НЕТ ЭКОНОМИКИ, В РОССИИ ЕСТЬ ЭКОНОМИСТИКА
Те же люди, которые еще вчера утверждали, что в России нет экономики, сегодня объявляют Сергея Гуриева «лучшим экономистом». Понимаем, что осетины должны всегда во всем должны быть лучшими (Гергиев же лучший дирижер, хотя как это определяется, непонятно), но откуда берутся такие выдающиеся экономисты в стране, где якобы нет экономики?
ГУРИЕВ УЕХАЛ — В РОССИИ БОЛЬШЕ НЕТ СЕКСА!
— Нет, нет, дорогой, сегодня я не могу! Даже не пытайся!
— Дорогая, что опять? Голова болит?
— Нет, не голова. Но не могу.
— Может, с мамой что-нибудь случилось?
— Ничего с мамой не случилось!
— Тогда что? Мы уже давно этим не занимались? Почему не можешь?
— Дорогой! Какой ты бессердечный! Разве ты не знаешь, что Сергей Маратович Гуриев уехал из России?!
İSGƏNDƏRNAMƏ — 2
Mənim keçmiş şagirdlərimdən biri danışırdı ki, Politexnik institutunda oxuyanda daxili işlər naziri İsgəndər Həmidov tələbələrlə görüşə gəlib və çıxışında deyib ki, onun atom bombası var, bu yaxınlarda atacaq ermənilərin üstünə…
İsgəndərin atom bombası yox idi və ola bilməzdi, ancaq vaxtaşırı dəyənəkdən başqa silah görməmiş əlli-altımış polis işçisini cəbhəyə aparır, o yazıqları orda qırdırıb qayıdırdı…
Əslində Elçibəyi Heydər Əliyev yıxmadı, Elçibəyi yanındakı Həmidov kimi adamlar yıxdılar.
Həmidov sovet dövründə OBXSS kapitanı olmuşdu, sovet milisində bu, ən pozğun bölmə idi, yəni burda işləyən adamlar sosialist əmlakını oğurlayanlarla mübarizə aparmaq əvəzinə oğrulara qoşulub o əmlakı yeyirdilər. Elçibəy dövründə kapitan İsgəndər general-leytenant rütbəsi aldı və general mundirini utanmaz-utanmaz geyib redaksiyalara girir, jurnalistləri şillələyirdi… O vaxt insanlardan nə qədər daş-qaş yığıdığı və bunun hara xərcləndiyi məlum deyil. Ancaq yenə ən ağırı o polislərin vaxtaşırı qırğına verilməsi idi, Həmidov bununla özünün müharibədə iştirakını göstərmək istəyirdi…
Belə adam ya türmədə, ya dəlixanada ola. Ancaq indi bu adam hörmətli mxalifət liderləriylə yanaşı durub nitq söyləyir…
Atalar deyib ki, dostunu mənə göstər, sənin kim olduğunu deyim. İndi İsgəndərə baxıb İsa Qəmbər haqqında nə deyək? İsa Qəmbərin dalınca getmək nə dərəcədə ağıllı hərəkət olar? Birdən İsa Qəmbər (fantaziyamızı boş buraxaq) prezident olur. Deməli, İsgəndər yenə nazir olacaq, yenə redaksiyalara girib jurnalistləri şillələyəcək, yenə dəyənəkdən başqa silah görməmiş polisləri cəbhəyə göndərəcək?
Camaat, ağlınızı başınıza yığın, oturun yerinizdə, heç kimin dalınca getməyin. Allahdan diləyin ki, İlham Əliyevi üstünüzdən əskik eləməsin…
İSGƏNDƏRNAMƏ — 1
Günlərin bir günü maslkalı iyirmi adam (iyirmidən az adama İsgəndər Həmidov can verməz) tökülüşürlər İsgəndər Həmiovun üstünə, qollarını qandallayır, gözərini bağlayır və maşına basıb aparırlar. Haçanda-haçana maşın dayanır, İsgəndəri sürüyüb salırlar bir binaya. Birdən bir kişi səsi İsgəndərə deyir:
— Ala, İsgəndər, məni tanıdın?
— Səni necə tanıyım ki, gözlərim bağlıdır.
— İsgəndər, sən gərək möhtərəm prezidenti gözübağlı tanıyasan. Vətəndaş gərək iy bilə. Yaxşı, aparın atın bunu hardan gətirmisiniz, ora…
СКАЗКА О ЛУЧШЕМ ГУРИЕВЕ
Сергей Гуриев в одночасье стал лучшим экономистом страны. Оказывается, как легко стать лучшим экономистом! Труднее стать лучшим футболистом, лучшим прыгуном, лучшим баритоном.
Надо полагать, не просто стать и лучшей проституткой. Так что Сергей Гуриев сделал верный выбор, оказавшись в нужное время в нужном месте.
BİRLƏŞİB HARA GEDİRİK? ŞUŞANI ALMAĞA?
Deməliyəm ki, Samarada Azərbaycan mədəniyyəti günlərini “Samara vilayəti azərbaycanlılarının Liqa”sı təşkil edib, bu təşkilatın və eləcə də tədbirin nə şəxsən Abbas Abbasova, nə də onun rəhbərlik etdiyi təşkilatlara dəxli var. Abbas Abbasov Samaraya şəxsi dəvətlə gəlib və gözlənilmədən özünü məclis sahibi kimi aparmağa başlayıb.
Cənab Abbasov Samarada özünün on beş ildən çox baş nazir müavini işləməyindən fəxrlə danışırdı. Ona xatırlatmaq lazımdır ki, həmin bu on beş ildə bəlkə bir milyon azərbaycanlı qastarbayterə çevrilib. Cənab Abbasov bunun məsuliyyətini daşımalıdır, ancaq o hələ getmələrinə özü də səbəb olduğu azərbaycanlıları imdi Rusiyada idarə etmək istəyir. Bəlkə bizi burda rahat qoysun? Öz-özümüzü Abbasovsuz da idarə edərik.
«Azadlıq» radiosunu saytında Abbas Abbasovun müsahibəsinə şərh
Cənab Abbasov azərbaycanlıları birləşdirmək həvəsiylə belə yanırdıa, Azərbaycanda yaşayanda vətəndaşları niyə birləşdirmirdi? Niyə İsa Qəmbər ya Bəxtiyar Hacıyev deputat deyil, onun oğlu deputatdır? Dövlər məmuru ola-ola necə biznes sahibi olub? Cənab Abbasov kimilərin xalqa qarşı xeyriyyəçilik iddiaları bir lətifədəki kimi Əzrailin uşaq paylamaq xəbərinə bənzəyir.
İndi Rusiyada ictimai təşkilatlara hökumət orqanlarınnın münasibətindən bəlkə çoxunun xəbəri var, ən hörmətli insan haqları təşkilatlarını belə inzibati orqanlar yoxlamalarla təngə gətirirlər, onlara qarşı cinayət işi də qaldırırlar. Əgər Moskvada mətbuatda geniş işıqlandırma şəraitində azərbaycanlı təşkilatı yaranırsa və onun fəaliyyətinə hər cür dəstək verilirsə, bunun Rusiyanın xüsusi xidmət orqanlarının layihəsi olduğu şübhəsizdir.
Samara tədbirləri Azərbaycan Demokratik Respublikasının 95 illiyinən və yerli təşkilatın on illiyinə həsr olunmuşdu. Təssüf ki Abbasovun və onun yanına salıb gətirdiyi bir dəstə siyasi bomjun gəlişi bu “mədəniyyət günləri”nin məzmununu və atmosferini çox dəyişdi.On il ərzində ilk dəfəydi ki, bizim tədbirdə rəhbərlərin şəninə, bir-birlərinin şəninə bəzəkli təriflər səslənirdi…
Abbasovun Rusiya azərbaycanlılarını “yumruq kimi birləşdirib” vətənin xilasına aparmaq arzusuna bilmirsən güləsən ya ağlayasan… Hara gedəcəyik? Bizi hara aparacaq? Şuşanı almağa? İlham Əliyevi yıxmağa?
Puşkin demişkən, жив курилка! Xlestakovlar sağdır! Elə bu günlərdə Samarada olub başının dəstəsiylə. Bahalı mehmanxanada qalıb, bahalı yeməklər yeyib…
YOLUN YARISI KEÇİLDİ
Respublika günü Əli Kərimli və İsa Qəmbər, birləşmə prosesini yarıyacan başa çatdırdıqlarını elan ediblər. Liderlər hələlik adlarını birləşdiriblər, indi onların adı Əlisadır. Müxalifətçilər tezliklə soyadlarını da birləşdirəcəklərinə şübhə etmirlər.