Akademik xalq şairi, iki dəfə Stalin mükfatı laureatı Səməd Vurğun qəzəl janrında da şeirlər yazıb. Onlardan biri, “Hər bağın, hər bağçanın…” sözləri ilə başlanan qəzəl “Vaqif” komediyasında Əlinin toyunda Vaqifin adından oxunur. Ancaq Vaqifin şeir dilinə bələd olan oxucu elə birinci misradan görər ki, Molla Pənah belə cəfəngiyatı yaza bilməzdi. Yəni ki. bərbad dilli, əruzu axsaq bi qəzəli Vaqifə şamil eləməklə Səməd Vurğun əslində böyük yerlisini görmətdən salır. İndi “qəzəl”ə baxaq. Misra-misra. Və filologiya elmləri üzrə elmlər akademiyasının həqiqi üzvü olmuş müəllifin dili nə gündədir.
“Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var”
Bəhr rəməldir, heca sayı 15-dir, bu uzunluqda misranı doldurmaq üçün Səməd Vurğun, uyğun gəlib-gəlmədiyinə baxmayayaq, çoxlu artıq söz işlədir. “Bağ” dedinsə, “bağça” artıqdır, elə deyil? Bağla bağça bir-birindən necə fərqlənir? Ölçü ilə? Standartları var? Bağça bağdan kiçikdirsə, niyə hər birində “bir bülbüli-şeyda” olur?
“Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.”
“Əziziim” deyəndə şair kimə müraciət edir? Mircəfər Bağırova? Stalinə? Şoferinə? Şeirdə xitab varsa, onun ünvanı olmalıdır, burda isə misra doldurur.
Dalına (misranın dalına) baxaq. “Hər duyan qəlbin gizli bir sevdası var”. “Sevda” qəyin ki, “eşq” mənasındadır. Kalassik ədəiyyat qəhramanlardan hansının sevdası gizli qalırdı? Məcnunun? Leylinin? Onların sevdasından bütün xalq xəbər tutmayıbmı? Leylini anası niyə görə danlayırdı? Məcnun paltarını da soyunub çöllərə düşməmişdimi? Bəs Kərəmlə Əsli necə? Yəni məhəbbət dastanlarının hansı qəhrəmanını götürsək, görərik ki, onlar sevdiklərini, vurulduqlarını gizlətmirlər. Bəlkə Səməd Vurğun əsl aşiqlərdən yox, arvaları ya ərləri ola-ola eşqə düşənləri nəzərdə tutur? Elələri, bəli, “sevda”larını gizlədərlər. Ancaq mənə elə gəlir ki, Səməd Vurğun nə yazdığını fərqinə varmır, onun üçün vacib misranı doldurmaq, beyti qafiyələndirməkdir.
“Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi”
Ruh nədir, qəlb nədir? Onları bir-birindən necə ayırmaq olar? İncə bir canan səsi…Canan özü incə olmalıdır, ya yalnız səsi? Özü isə ətli-canlı – Vaqif bəyənən?
“Gah gülər, gah ağlayar, hər dəmdə bir mənası var.”
Başa düşdünüz? Kim ya nə gülər? Ruh? Qəlb? İncə canan? Ya cananın incə səsi?
Nəyin “hər dəmdə bir mənası var? Yəni məna hər saniyə dəyişir, belə çıxır? Yadınızda saxlayın və dalına (şeirn) baxın.
“Can alan hər nəğmənin mənası yalnız eşqdir”.
Yuxarıda dedi ki, məna hər saniyə dəyişir, indi deyir, məna birdir, yəni “yalnız eşqdir…”
“Göz görüb əl çatmayan ulduzlu bir dünyası var.”
Mərc gələrəm ki, bu misradan heç bir Azərbaycan akademiki, hətta Naxçıvan əslli olsa da, baş çıxarmaz. Ulduzlu dünya kimin ya nəyindir? Mənanın? Eşqin? Nəğmənin? İncə canan səsinin? Cananın incə səsinin?
“Dərdi-hicran günlərilə ömrü odlardan keçər
Hər könül bir karvandır ki, bir susuz səhrası var.”
Kimin ömrü? Subyekt yoxdur. On illərlə bu qəzəl oxunur, durub deyən yoxdur ki, “saxla, saxla, başa düşmüdim, kimin ömrü?”
İnsan qəlbi, yəni konül” nə dərəcədə və vansı parametrlərinə görə dəvə karvanına bənzədilib? Bənzəyənlə bənzədilən arasında oxşar, ümumi xassələr olmalıdır?
“Böylə bir söz var ki, Vurğun indi bir Məcnun olub
Şerü-sənət adlanan nazəndə bir Leylası var.”
Niyə “belə” yox, “böylə”? Çünki “belə deyəndə, ritm pozulur. Onsuz da bu qəzəlinrəməli əsl əruz deyil….
Və, türkün məsəli, qabaqda deyirdi ki, hər qəlbin sevdaası gizlidir. İndi deyir ki, Vurğunun sevdasından millət danışır…
Bu bəlkə eşq sevdası deyil? Leyla-Meyla yalandır. Biz bilirik ki, akademik şairimizin sevdası nə və kim olub: Stalin, Lenin, Şaumyan, “babası olmuş 26-lar”…
Və belə bir cəfəngiyatı Molla Pənafın adından teatra çıxarmaqla dahi yerlisini xacalətli eləyib…
02. 08. 2026, Samara
