KATALONİYADA BAYRAQLAR ENDİRİLDİ…

İspan mətbuatı xəbər verir ki, Çempionlar liqasının ümumi qrup yarışlarında  “Barselona”nın harda yerləşdiyi coğrafiya elminə məlum olmyan Masallıya gedəcəyini eşidən kimi Kataloniya ökuməti muxtar regionda matəm elan edib və hər yerdə baydaqlar endirilib, kilsələrdə yüz minlərlə insanın iştirak etdiyi molebenlər keçirilib. İspaniya hökuməti bu işdən narazı qalıb, Kataloniya hökumətinə xəbərdarlıq edib ki, bayraqları endirmək üçün yerli hökumət gərək Madriddən razılıq alaydı, ancaq katalonlular endirilmiş bayraqları qaldırmaqdan imtina ediblər. Madrid Barselonaya hərbi qüvvə yeridəcəyini bildirib. Bu iş bəlkə də böyük dava ilə nəticələnə bilərdi, ancaq FİFA nümayəndələri araya giriblər, katalonluları başa salıblar ki, Barselona Masallıya getmir, Masazzıra gedir, Masazzır isə Bakının qəsəbəsidir…

Katalonlular bu izahatdan tan razı qalmasalar da, bayraqları dikəldiblər. Ancaq kilsələrdə ibadət indiyəcən davam edir…

Düşünürəm ki, Barselonanın qabaqdakı Masazzır səfəri mənim kimi yaşlı nəsildən olan həm futbol, həm də səhnə sınəti həvəskarlarının yadına 1965-ci ildə Azərbaycan musiqili komediya teatrında tamaşaya qoyulmuş “Ev bizim, sirr bizim” operettasını xatırladıb. Musiqi müəlliifi Şəfiqə Axundova, libretto müəllifi Novruz Gəncəlidir. Süjet sovet dövrü üçün aktual bir məsələ üzərəində qurulub. O vaxt ali və orta ixtisas məktəblərini bitirənləri üç il müddətinə təyinatla işə göndərirdilər. Rayonlara getmək istəməyənlər, xüsusən bakılılar, müxtəlif vasitələrdən istifadə edirdilər ki, onlardan ən güclüsü rüşvət idi. Ərdə olan bakılı qızları paytaxtda saxlaylrdılar, buna görə bəzən bakılılar saxta nikaha da girirdilər. Pyesdə ixtisas musiqi məktəbini qurtarmış gənc qız evə gəlib anasına deyir ki, onu Masallıya göndərirlər. Anası (bu rolda o vaxtlar Nəsibə Zeynalova oynayırdı və həm musiqi, həm libtretto baxımından çox zəif olan bu pyesi əfsanəvi aktrisa elə bil ölümdən qurtarırdı) şivən qoparır ki, “mən qoymaram qızım Masazzıra gedə.” Qız onu başa salır ki, Masazzır yox, Masallı. Anası deyir Masallıya da qoymaram…

İndi mən fikirləşirəm ki, Masazzır yəqin 1965-ci ildə çox dəhşətli bir yer imiş. İndi oxuyuram ki, orda müasir stadion tikilib. 13 min nəfərlik… Bu günlərdə İnternetdə Masazzırdan bir video gördüm. Gecəqondu evləri olan bir məhəllə… Mən katalonluların yerinə olsaydım, bayraqları “Barselona” Masazzırdan sağ-salamat qayıdanacan dikəltməzdim…

İndi bir neçə kəlmə Novruz Gəncəli haqqında. Onun öz bioqrafiyası da komediyadır. Musiqisiz komediya. Bu kişi Gəncəli-zad deyil maştağalıdır. Gəncədə cəmi beş il yaşayıb. Müxtəlif işlərdə çalışıb. Hətta üç il NKVD-də işləyib…

Ancaq ən gülməli komediya “Sabah” olacaq. Yəni Barselona Masazzıra gələndə…

Mirzə ƏLİL

29. 08. 2026, Samara