Архивы

ELMAR RƏSULOV: «MƏN FİTİMİ TANIYIRAM, Bİ FİT MƏNİM FİTİMDİR…»

Günlərin bir günü… yox, müdhiş bir gecə Elmar Rəsulov yuxusunda özünü Şirvan Kerimovun kreslosunda görərkən başına küt predmetlə vurulan ağır zərbədən ayılıb başının üstündə əli tapançalı, üzü maskalı bir adam görür. Həm aldığı zərbədən, həm də qorxudan ağlayıb deyir ki, öldürmə, borcların hamısını qaytaracam, bugün-sabahlıqdır. Tapançalı silahın lüləsini Elmarın gicgahına dirəyib deyir:

— Sənə bir sual verəcəyəm, cavab versən, öldürmərəm. Sual: atanın adı nədir?

Elmar ağlar səslə deyir:

— Çox çətin sual verirsən. Mən gecənin bu vaxtı atamın adını necə yadıma salım…

Tapançalı Elmarın burnuna bir çırtma vurub deyir:

— Yaxşı, indi asan sual verirəm. Bu, axırıncı şansdır. De görüm “Ocaq” qəzetinin 2007-ci il aprel nömrəsində Mirzə Əlilin hansı felyetonu çap olunub?

Elmar sevincək deyir:

— “Ocaq” qəzetinin 2007-ci il aprel nömrəsində “Rusiya fillərin, Azərbaycan tolerantlığın vətənidir” felyetonu gedib. İstəyirsən, əzbər danışım.

Tapançalı “yox” deyib silahının dəstəyilə Elmarın təpəsinə daha bir zərbə endirib otaqdan çıxır…

Bu əhvalat, əlbəttə, lətifədir. Ancaq Ocaq qəzetinin bütün 138 nömrəsininin hər birində hansı yazıların getdiyini Elmarın əzbər bildiyinə şübhəniz olmasın. Bu insan yəqin yaxın adamlarından çoxunun, məktəb müəllilmlərinin adlarını, müəllimlərindən aldığı dərsləri yəqin ki, çoxdan unudub, Ocaqda haçan, nə və nə barədə yazıldığını əzbər bilir. Elmar Rəsulov gecə-gündüz özünü prokuror, müstəntiq qarşısında görür və Şirvan Kərimovun “törətdiyi cinayətləri”, Ocaq qəzetinin Azərbaycan dövlətini necə lağa qoyduğunu bütün təfərrüatı ilə danışmağa hazırdır…

On beş ildən çoxdur ki, bu adamın öz həyatı yoxdur. On beş il! Bu on beş ildə o öz yaxınları ilə, uşaqları ilə, dostları ilə gözəl saatlar, günlər, aylar keçirə bilərdi. O, şən kampaniyaların iştirakçısı olar, lətifə danışar, lətifə eşidər, ürəkdən gülər, şənlənər, qan dövranını, tənəffüsünü yaxşılaşdırardı. Ancaq o bütün bu on beş illik müddəti yas içində keçirib, nəticəsi yalnız məğlubiyyət ola bilən mübarizədə keçirib. O, Şirvan müəllimlə döyüşməyib, Şirvan müəllim onu həndəvərinə də buraxmazdı, o, Şirvan Kərimovun kölgəsi ilə döyüşüb. O, kölgə ilə döyüşdə qocalıb, əfəlləyib, ölü əynindən çıxan, zibil konteynerlərinin yanına bükülüb atılan nimdaş pal-paltara bənzəyir. Onun ciddi xəstəlikləri olduğuna şübhə etmirəm, bu adam öz həyatını yandırıb külə çevirib…

Elmar on beş il ərzində fasiləsiz Şirvan Kərimova və mənə qarşı burda, Moskvada, Bakıda abırsız çıxışlar eləsə də, mən illərlə çalışmışam ki, onun adını çəkməyim. Çünki beləsinin adını çəkmək murdar şeyə toxunmaq kimidir. Təəssüf ki, vaxtaşırı cavab verməyə məcbur olmuşam. Çünki Şirvan müəllimə qarşı Bakıda neqativ münasibət yaratmaq üçün o, Ocaq qəzetindəki satirik materialların Liqa sədrinin özünün yazdığını iddia edib. Liqanın bütün fəal üzvləri isə yaxşı bilirlər ki, qəzetdəki bütün materialları, böyük məqalələrdən tutmuş təbrik və başsağlıqlarına qədər, mən yazmışam. Bu adam (adam deməyə məcburam…) on beş il ərzində misilsiz, ablr-həya, sərhəd, ölçü, məhdudiyyət bilməyən bir böhtançıya çevrilib. Şirvan Kərimov haqqında çoxu açıq-aşkar fantastik səslənən, heç bir sübutu olmayan böhtanlar yayıb. Və bu şərti adam Samara azərbaycanlılarının içində olur, oturub-durduğu insanlar var, buna havadarlıq edənlər, fitvalayanlar da az deyil… Hörmətli soydaşlar, bilək ki, hansı mühitdə yaşayırıq və azərbaycanlı diasporun mənəvi, intellektual səviyyəsi barədə düşünək…

Bu günlərdə mənim Facebook səhifəmə yerləşdirdiyim üç ya dörd şeirin altında “ha-ha-ha” kimi anlaşılan emodzi qoyulduğunu görüb təəccübləndim. Azərbaycanca şeirlərin altına bu cür emodzi  yerləşdirəni, yəni lağa qoyanı adından, soyadından ingilis ya amerikalı saymaq olardı. Ancaq ingilisin azərbaycanca yazılmış şeirlə nə işi var? Diqqətlə baxanda gördüm ki, soyadının yarısı “Ras” hissəciyindən ibarətdir, bildim ki, bu, Rəsulovdur, əsas akkauntunu blokladığıma görə başqa akkauntla maskalanıb girib səhifəmə.

Sual: şeirlərlə nə işi var? Cavab: Məsələ burasındadır ki, bu günlərdə mən “Görürəm həddi yox, dost, sevincinin…” başlıqlı şeir yazıb qoymuşdum. Şirvan Kərimovun başına gələn hadisəyə sevinənlərə müraciəıtlə. Yəni ki, nahaq sevinirsiniz. Şirvan Kərimov hansı çətinliklərlə üzləşsə, bu, sizi yüksəltməz. Heçkimsiniz, elə heçkim də qalacaqsınız. Şeir belə bitirdi:

Özgə enməyilə ucalmaz heç kim,
Səni aşağılar öz paxıllığın.

Ömrün vurnuxmada keçər, necə ki,

Qıvrılar tavada ilanbalığı…

Bu şeir konkret kiməsə yox, özgə üçün yaranmış problemə sevinən hər kəsə yazılıb. Elmar Rəsulov özünə götürüb. Elmar Rəsulov mənim şeirlərimi oxuyur və bəlkə əzbər bilir! Mən öz şeirlərimin birini də əzbər bilmirəm. Çünki mən heç yerdə şeir oxumuram. Çünki Samarada mənim şeirim heç kəsə maraqlı deyil. Sən demə bir oxucum var imiş, o da şeirlərimdə kompromat axtarırmış…

Şeirdəki ideyanı xatırladaraq deməliyəm ki, Şirvan Kərimovun həyatında baş vermiş hadisəyə heç kim sevinməsin, Şirvan müəllim son dərəcə mütəşəkkil insandır, həm daxili mütəşəkkəllik baxımından, həm də gündəlik həyatın, məişətin təşkili baxımından. Bu adamın taleyinə ağır sınaqlar yazılıb, təəssüf ki, bu belədir. Ancaq onun taleyinə uğursuzluq yazılmayıb. Luzerlər “o da bizim tayımızdır” deyib sevinməsinlər!

İndi qayıdaq Elmar Rəsulovun şeirdə özünü tanımağına.

Uşaqlıqda anamdan kənddə çoxdan ölüb getmiş bir arvad haqqında söhbət eşitmişəm. Bu arvad bəlkə də xəstəlikdən, ya da qocalıqdan tez cırnayıb özündən çıxırmış, xasiyyətini bilən kənd uşaqları ona ilişirlərmiş. Arvad, deyək ki, harasa gedir, yol qırağında oynayan uşaqların yanından keçəndə uşaqların biri dalınca fit çalır. Arvad qayıdıb başlayır söyməyə, qarğış eləməyə. Böyüklər tökülüb gəlirlər ki, ay arvad, uşaq fiti sənə çalmayıb, uşağın qaydası fit çalmaqdır. Arvad sakit olmur, deyir ki, fit mənim fitimdir, mən fitimi tanıyıram…

Elmar Rəsulov da fitini tanıyır…

 

16. 09 .2026, Samara

ELMAR RƏSULOVUN HÜQUQİ KOLLİZİYASI

Xəbər verildiyi kimi, bu yaxınlarda Samara vilayətinin Ədliyyə nazirliyi “Samara vilayəti azərbaycanlılarının Liqası” ictimai təşkilatının qeydiyyatını təsdiq edib. Şirvan Kərimovun Azərbaycana qayıtması ilə əlaqədar olaraq hüquqşünas Müşfiq Dəmirov sədr seçilib. Ağsaqqallar şurasına istefada olan polkovnik Rəhman Əliyeb rəhbərlik edəcək. Təşkilatın yeni heyətdə keçirdiyi ilk yığıncaqda maraqlı hadisə baş verib. Birdən qapı döyülüb və “gəlin!” deyəndə başı Salyanın şor, ancaq bərəkətli torpağında yetişən boranıya bənzəyən ahıl və nimdaş görkəmli bir kişi içəri girib. “Siz kimsiniz?” – sualına cavab verərək deyib ki, “o, Rəsulov Elmar Ədhəm oğludur, peşəsi assenizatordur ki, ruslarda bu peşənin sahiblərinə “zolotar” deyirlər. Doğrudan da bu peşə sahibinin əlləri qızıl olmalıdır, burnu isə dəmir-beton…” Rəhman Əliyev Elmarın sözünü kəsib deyib ki, biz bütün peşə sahiblərinə hörmət edirik, assenizatorlara da, ancaq “Dom drujbı”da assenizatora ehtiyac yoxdur, bura mərkəzi kanalizasiya sisteminə qoşuludur…

Elmar Rəsulov deyib ki, “çox gözəl, ancaq unitazları yoxlamaq pis olmazdı, profilaktikanın ziyanı yoixdur. Yaxşı, qalsın gələn dəfəyə. Mən gəlmişəm ki, sizin təşkilata üzv olum.” Müşfiq Dəmirov deyib ki, sən gərək ərizə yazasan. Elmar oturub ərizə yazmaq istəyəndə təşkilatın təsisçilərindən olan Namiq Məmmədov qalxıb ayağa ki, yox, bu adam təşkilatın üzvü ola bilməz. Elmar boranı başını qabağındakı kağızdan qaldıraraq deyib: “Niyə ola bilmirəm? Assenizatoram, ona görə? Bəlkə məndən iy gəlir? Bu nə ayrı-seçkilikdir?” Namiq Məmmədov deyib ki, ayrı-seçkilik-zad yoxdur, sən təşkilata üzv olmaq üçün gərək təşkilatın sədri vəzifəsindən istefa verəsən.

Hamı məəttəl qalıb. Bir növ Qoqoldakı lal səhnə yaranıb. Elmar Rəsulov deyib “bu nə zarafatdır. Hamı bilir ki, “Liqa”yaranandan indiyəcən onun bir sədri olub ki, onu da hamı tanıyır. O adam Şirvan Kərimovdur.”

Namiq Məmmədov telefonunda Prezident. Az saytını açıb və hamıya bu saytda 21 fevral 2021-ci il tarixdə dərc olunmuş məktubu göstərib. İlham Əliyevə ünvanlanmış məktubda müəllif prezidenti Qarabağ müharibəsindəki qələbə münasibətiylə təbrik edir. Məktubun altında imza: Elmar Rəsulov, “Samara vilayəti azərbaycanlıları Liqasının sədri”.

Elmar Rəsulov boranı başına ikiəlli qapaz salaraq deyib ki, keçin mənim günahımdan, cavan olmuşam, içkili olmuşam, şeytan azdırıb, Şirvan 1 vəzifəsini öz adıma çıxdım ki, məktubumu çap eləsinlər…”

Təşkilat üzvləri yekdilliklə bu qərara gəliblər: nə qədər ki, bu məktub prezident saytındadır, Elmarı təşkilata qəbul eləmək olmaz, çünki hüquqi kolliziya yaranır. Gərək Elmar Rəsulov əvvəl İlham Əliyevə müraciət edib necə pox yediyini boynuna ala və yalvara ki, onun məktubunu saytdan götürsünlər…”

Elmar R1 1qqummmmmmmmmmkn̈n̈ķn̈mnmmmsüzülə-süzülə otağı tərk edib. Şayiə gəzir ki, qapıdan çıxanda dalına iki təpik də vurublar. Bunun nə dərəcədə doğru olduğunu öyrənmək mümkün olmadı.

Həmçinin Elmarın prezidentə təkrar müraciət yazaraq … yediyini boynuna alıb-almadığı da hələlik bilinmir. Hərçənd assenizator üçün pox yemək problem deyil. Həmişə əlinin içindədir…

 

Mirzə ƏLİL

09. 2026, Samara

NƏHAYƏT, BİLİNDİ Kİ, ŞEKSPİR AZƏRBAYCANLI, AZƏRBAYCAN TÜRKÜ İMİŞ…

 

Şekspirin ölümündən dörd yüz ildən çox keçdiyinə baxmayaraq indi də təkcə İngiltərədə yox, bütün dünyada Uilyam Şekspirin əsl kimliyi barədə mübahisələr davam edir. Yəni Şekspirin Şekspir olduğuna şübhələr var, guya Şekspirin adıyla tanınan əsərləri əslində başqa adam yazıb, ancaq o adamın kim olduğu hələlik dəqiqləşdirilməyib.

Başqaları ilə işim yoxdur, şəxsən mən üç-dörd gündür ki, Şekspirin əslində kim olduğunu bilmişəm. O adam azərbaycanlı, yəni vozqurtlar demişkən, Azərbaycan türkü olub. Adı… Adını elan edirəm: Hidayət Orucov!

Üç-dörd gün əvvəl mən başa düşdüm ki, Şekspirin əsərlərini, yəni “Hamleti”, “Makbeti”, sonetləri azərbaycanlı yazıb. Yazmağı bir yana, bu adam indiyəcən yaşayırmış, yəni uzunömürlülükdə talış babamız Şirəli Müslümovu da üç dəfə keçibmiş. İndi, nəhayət, bu dahi Azərbaycan türkü (vozqurtlar demişkən) dünyasını dəyişib…

Sual verilə bilər: Mən niyə bu nəticəyə gəlmişəm? Qabaqcadan cavab verirəm: bu üç-dörd gündə Hidayət Orucovun ölümünə, həyat və yaradıcılığına həsr olunmuş məqalələrdə, postlarda mərhumun ünvanına elə təriflər var ki, onlara Şekspirdən başqa heç bir dünya dahisi layiq görülə bilməz. Dünyada isə o yekəlikdə iki dahinin olmağı mümkün deyil. Yəni ikisindən biri artıqdır. Ona görə də əsl Şekspirin Azərbaycan türkü (vozqurtlar demikən)  Hidayət Orucov olduğuna şübhə qalmır.

Hidayət Orucov nəinki ədəbiyyat dahisi olub, o həm də ümumbəşər dahisi, universal dahi olub, yəni həm kommunust, həm liberal, həm demokrat, həm əliyevçi, həm vəzirovçu, həm mütəllibovçu, həm elçiyəyçi, yeri gələndə rüşvət də alıb, vəzifə borcunu yerinə yetirməkdən ötrü. Rüşvət deyəndə ki, hədiyyə…

İndi gərək İlham Əliyev Britaniyanın baş naziri Starmerlə və Kral Çarlzla danışıb bizim Şekspirimizi bizə qaytara, və bütün dünya bilə ki, Şekspir-zad yoxdur, Hidayət Orucov var…

İndi ermənilər bunu biləndə elə şoka düşəcəklər ki, Artsax da yadlarından çıxacaq… Yəni əsl Şekspirin (Hidayət Orucov) əsl ölümü Azərbaycana sülh gətirəcək…

Mən burda bir rusa dedim ki, Şekspir bizimdir. Qaşqabağını sallayıb ddi ki, sabah deyərsiniz ki, Lev Tolstoy da sizindir…

Doğrudan da… Bəlkə Lev Tolstoy da bizimdir?

 

Mirzə ƏLİL

16. 06. 2026, Samara

GÜLTƏKİN HACIBƏYLİ ERMƏNİLƏRİN İDDİASINI, YƏNİ KÖÇƏRİ OLDUĞUMUZU TƏSDİQ EDİB…

Gültəkin Hacıbəyli Avropa parlameninin Qarabağ erməniləri ilə bağlı qətnaməsini pisləyib. Yazıb ki, “it əl çəkər, motal əl çəkməz”.

Düzü, burda kimin itə, kimin motala bənzədildiyini başa düşmək çətindir. Əl çəkməyənlər  ermənilərdir ya Avroparlament? Yəni onlar olur motal? Bu halda əl çəkən Azərbaycan olur…? Dalını deməyə qorxuram…

Bu sualı Gülyanaq… pardon, Gültəkin Hacıbəylinin postunun altında şərh şəklində yazmışdım. Ancaq xanım sualımı dərhal silmişdi, ona görə üzümü tuturam ictimaiyyətə.

Kimin itə, kimin motala bənzədildiyindən asılı olmayaraq, Gültəkin Hacıbəyli bu ifadə ilə ermənilərini bizim haqqımızda dediklərini təsdiq edir. Ermənilər bizi, məlum olduğu kimi, köçəri tayfa adlandırır.”İt əl çəkər, motal əl çəkməz” məsəli də dolayısı ilə bizim köçəri, heyvandar keçmişimizə, alaçıqlarda keçən həyatımıza sübutdur. Oturaq xalqda itin öz yeri olar, motalın öz yeri.

Bu ifadə həm də onu göstərir ki, Azərbaycan həyatında diplomatiya mədəniyyəti yoxdur və qonşularla – dövlətlərlə, xalqlarla, elə çəpər qonşularıyla – danışığımız həm ton, həm leksika, həm məzmun baxımından köçəri tayfanın səviyyəsindədir. Bunu Səməd Vurğunun “Vaqif” komediyasında da görmək olur. Bu yöndəmsiz komediyada Qarabağın baş naziri və “diplomatı” Molla Pənah şah Qacara məktub yazır.

“Mayan turş ayrandır, zatın qırıqdır…”

Əlbəttə, Qacarla Vaqif arasında heç bir yazışma olmayıb. Olsaydı da, Molla Pənahın belə sərsəm şey yaza biləcəyinə inanmıram. Bu, Stalin və Bağırovun saray şairi Səməd Vurğunun mədəniyyəti və zehniyyətidir. Bu öz yerində. Ancaq siz bu “ayran”a fikir verin. Vaqif (qondarma Vaqif)  bu “ayran”la bizim “çoban torpağı” olduğumuzu sübut etmirmi?

Azərbaycanda keçmiş xarici işlər nazirindən narazı idilər, deyirdilər ki, dilimizi bilmir… Elə bilməsələr yaxşıdır. Öz dilimizdə danışan ki, ermənilərin iddialarını təsdiq edəcəklər: it, motal, ayran-mayran…

İndi nəticə çıxaraq. Gülyanaq… Gütəkin Hacıbəyli (bəyli? Babası bəy olub? Nənəsini qlava siğə eləmişdi?) bu yazısı ilə göstərdi ki, qabığından özəyinə qədr yapçıdır, həmişə yapçı olub vı yapçı olaraq qalır. Sən bu gün Avropa parlamentini itə ya motala bənzədirsən, sabah həmin parlament səndən fərqli olaraq şərəfli həyat yaşayıb zindana salınan qızları müdafiə edəndə nə deyəcəksən? Sən yenə it və motal məsəlini təkrar eləsən, təəccüblü olmaz. Çünki o halda sən Az-tv-dən ya da, Yeni Müsavatdan səsin gələcək.

«Открой личико, Гюльчатай …» Maskanı çıxar, Gülyanaq xanım…

Mirzə ƏLİL

03.05. 2026, Samara

QURBAN MƏMMƏDLİNİN YENƏ EVİ YIXILIB… EVİNİ YIXAN BU DƏFƏ ƏLİYEV YOX, EMİN HÜSEYNOVDUR…

Qurban Məmmədlinin Bakıda mülkünün vəhşicəsinə dağıdılmasını çoxumuz İnternetdə canlı izləmişik və Qurbanın reaksiyasını da görmüşük. Əlbəttə, demək olmaz ki, Qurbanın tükü də tərpənmədi. Yəqin ki, tükü tərpənib. Ancaq ədalət naminə deməliyik ki, mülkünün dağıdılmağını və yaxınlarının küçəyə atıldığını mərdliklə qarşıladı. Mənim kiçicik bir mənzilim yanıb, içində də heç kim olmayıb, aylarla özümə gələ bilmirdim…

İndi isə həmin bu Qurban Məmmədli gecə-gündüz niyə “vay, evim yıxıldı!” deyib fəryad edir? Yox, təzəliklə Azərbaycanda Qurban Məmmədliyə ya ailəsinə məxsus ayrı bir mülk dağıdılmayıb. Qurban Məmmədli “Vay, evim yıxıldı!”nı məcazi mənada deyir. Qurban Məmmədlinin başına elə iş gəlib ki, evinin dağıdılmağı bunun yanında Əliyevin onunla elədiyi dilxoşluq kimi görünür.

Nə olub? Nə baş verib? Qurban Məmmədlinin başına müsibəti kim gətirib? Müqəssirlər məlumdurmu?

Məlumdur. Qurban Məmmədlinin evini yıxan Emin Hüseynovdur.

Emin Hüseynov İlham Əliyevin on illərlə davam edən hakimiyyəti dövründə bütün Azərbaycan müxalifətinə və o cümlədən ölkənin müstəqil və ya müxalif jurnalistlərinin görə bilmədiyi bir iş görüb. Əslində buna iş demək olmaz, bu, şücaətdir. Emin əjdaha ilə ya da Təpəgözlə əlbəyaxa olub və mübarizəni uduzmayıb. Bu əlbəyaxa həm də indiyəcən İlham Əliyevin qaçdığı debatların əvəzi oldu. Emin Hüseynovun sualına verdiyi bir cümləlik cavabla İlham Əliyev bütün daxili siyasət proqramını və strategiyasını açdı və heç kimdə ölkəni hansı gələcək gözlədiyi barədə şübhə qoymadı. Bu azmış kimi, Emin Hüseynov İlham Əliyevin arvadına da sual verib ondan da bir kitablıq proqramı əvəz edə biləcək cavab aldı.

Bu, müsibət deyilmi? Qurban Məmmədli haqlı olaraq bu fikirdə olub ki, əjdahanın qabağına əjdaha çıxa bilər, yəni İlham Əliyevin qabağına çıxmağa çəkisi, sanbalı çatan bir adam varsa, o da Qurbandır. Bəlkə də Qurban Məmmədli oxşar fürsəti illərlə gözləyib, haçansa onun gerçəyə çevriləcəyinə ümid edib. İndi oğlu yerində olan Emin Hüseynov, yəni əslində sütül bir uşaq onun ümidini qırdı, onun perspektivdən mərhum elədi…

Necə qan ağlamasın daş bu gün…

Qurban Məmmədli əgər, Allah eləməmiş, birdən…ağır xəstələnərsə, bu, paxıllıqdan olacaq. Bu kişinin ən böyük bəlası paxıllıqdır. Patoloji paxıllıq. Və bu paxıllıq onun bütün ləyaqətlərini heçə çevirir. Qurban  Məmmədovda rəqib kimi gördüyü adamla ədəb qaydaları çərçivəsində çəkişmək, mübarizə aparmaq arzusu yox, paxıllıq hissi yaranır və paxıllıq hissi onun başını elə dumanlandırır ki, açıq böhtandan, yalandan, qarayaxmadan, ən rəzil manipulyasiyalardan çəkinmir.

Onun paxıllığına niyə “patoloji” deyirəm? Baxın, Əli Kərimlinin tutulmağı da Qurbanda paxıllıq hissini daha da alovlandırıb. Bir tərəfdən, əlbəttə, sevinir. Digər tərəfdən, Əli Kərimlinin beynəlxalq miqyasda tanınmasa onu yandırıb-tökür.

Bir rus lətifəsi var. Sual: ikili duyğu, yəni sevinclə kədərin eyni zamanda yaşanması nə deməkdir? Cavab: təsəvvür edin ki, sizin Mersedesiniz uçuruma yuvarlanır… içində də qayınananız…

İndi Qurban Məmmədli neyləsin?

Gündən günə, metodik və sistematik şəkildə Qurban Məmmədli Emin Hüseynovu və qardaşı Mrehmanı xalq gözündən sala biləcək nə isə axtarır, müxtəlif vələdəzzinaları bu işə cəlb edir, ən iyrənc, ən rəzil şəxsiyyətlərin Emin və Mehman haqqında, həmçinin Əli Kərimli haqqında çirkin ifadələrini sitat gətirməkdən çəkinmir. (Tural Abbaslı adlı biri var, ağzını açan kimi bilinir ki, cüvəllağıdır Təzə banlamağa başlayan beçə səsi ilə dönə-dönə həbs olunduğundan danışır… Cəhənnəmə həbs olunmusan, göra həbs olunmusan. Beş-altı ay türmədə dincəlmisən, otuz ildir əlini ağdan-qaraya vurmadan partiya rəhbəri adı ilə lotuluq eləyirsən. Hanı sənin partiyan, qırışmal?.. İndi bu lotu Qurban Məmmədli üçün hal şahidi olub…)

Mənə nədənsə elə gəlir ki, You Tube efirində özünü nə qədər saxlasa da, Qurban Məmmədli evə gedəndən sonra oturub hönkür-hönkür ağlayır. Çünki bilir ki, heç nəyə nail olmayıb. Azerfreedom da başına yığılanlar azsavadlı kütlə və bir çoxu isə açıq-aşkar törtöküntüdür. Və bunun günahkarı özüdür. Çünki qoşulduğu hər bir işdə özünü o işdən vacib sayır. Hətta Tərtər işində də Qurbanın kiməsə ürəyi yandığına ciddi şübhəm var. Elə bil ki, bu Tərtər işi, bütün bu araşdırmalar ədalətin bərpası üçün yox, Qurban Məmmədlinin şəninədir. Hansı işə əl qatırsa, Qurban Məmmədli onu intriqa mənbəyinə çevirir və qapazvurdu ilə qurtarır…

 

(ardı var)

22. 02. 2026, Samara

MEHMAN HÜSEYNOV: «ƏLİYEV QIZ QALASINI KEÇİRİB QUDASI QONÇARIN ADINA…»

“Salam. Serialımın üçüncü hissəsini təqdim edirəm. Bu hissə sizi qarınağrısına… üzr istəyirəm, şoka salacaq. Mən, Mehman Hüseynov, sizə məlumat verirəm ki, İlham Əliyev Azərbaycana qarşı əsrin cinayətini törədib. Mehman öyrəndi ki, İlham Əliyev Azərbaycanın namusu və qeyrəti olan Qız qalasını qudası Qonçarın adına keçirib. Artıq Qız qalasının adı da dəyişdirilib, indi «Дівочий замок» adlanır xoxol dilində. Mənim öz mənbələrimdən aldığım məlumata görə, tezliklə müsəlmanları  Qız qalasına, yəni Divoçi zamka buraxmayacaqlar, ora girənin gərək boynunda xaç ola.

İlham Əliyev Qarabağın da yarısını verib qudasına ki, Qonçar donuz təsərrüfatı yaratsın. İlham Əliyev qudasıyla birləşib salo istehsal edəcək. Bildiyiniz ki, Ukrayna salosu dünyada burinci yeri tutur. Azərbaycanda neft tükənən kimi, Qonçarın köməyi ilə keçəcəyik donuzçuluğa, salo istehsal edib Avropaya satacağıq. Bəlkə İrana da satdıq, əgər o vaxtacan Xamanei devrilsə…

İndi sizə deyim Bəylər Əyyubovdan. İlham Əliyev Bəyləri tursiyinəcən soyundurub, nəyi varsa, verib Qonçara. Bütün qəssumlarını, könnəylərini, ayaqqabılarını. Qəssumlar Qonçara bir az gen olub, İlham Əliyev deyib darıxma, sənə elə kürü yedirdəcəyəm ki, bir ayın içində Bəylərinkindən də yekə quyruq bağlayacaqsan

Belə-belə işlər, dostlar. Deyə bilərsiniz ki, mən bunları necə öyrəndim. Bəziləri deyirlər ki, guya bunları mənə Ərəstun Oruclu deyir. Yalandır. Bunların hamısını şəxsən mən özüm axtarış aparıb üzə çıxarmışam. Qabaqda sizi hələ çoxlu şok ifşalar gözləyir. Bilirəm, hamınız məni bəyənirsisiniz, paylaşmağı da unutmayın. Qoy Qız qalasının, yəni Deviçi zamkın faciəsini bütün millət bilsin…»

Mİrzə ƏLİL

03. 02. 2026, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «EY GÜL SƏNİ HƏR KƏS Kİ, SEVİB, BƏXTƏVƏR OLDU…»

Ey gül, səni hər kəs ki, sevib bəxtəvər oldu,

Eşqində bir ancaq mənim ömrüm hədər oldu.

Bu qəzəl yəqin ki altmış-yetmiş ildir ki, oxunur, ancaq hətta oxunan mətnlərə ciddi nəzarət edən Sovet hökuməti və kommunist partiyası da Vahiddən soruşmayıb ki, bu “gül” nə “gül”dür? Əgər “gül” yaxşı güldürsə, onun eşqi ilə ancaq bir adam xoşbəxt ola bilər. Hər kəsi xoşbəxt edən “gül”ə xalq nə ad verir? Birinci beytdən məlum olur ki, bu “gül” heç kəsə yox demirmiş, təkcə Əliağa Vahidi bəyənməyib…

Demək lazımdır ki, birinci misrada qrammatik qüsur da var. Əslində “sevib” yox, “sevdi” olmalıdır, ancaq bu halda vəzn pozulur. Vəznin xatirinə Əliağa Vahid qrammatikaya tüpürüb…

Kim sevdi qara zülfünü, ağ günlərə çıxdı”

Burda Vahid Füzuli səviyyəsində sənətkarlıq məharəti göstərir: konrtast rənglərlə durumun dramatizmini qabardır: “qara zülf” – “”ağ gün”.

Tale mənə yar olmadı, bir dərdi-sər oldu.

O gül Vahidin nəyini bəyənməyib, məlum deyil…

Məşədi İbad demişkən, hər gözəlin bir eybi olur. Vahidin də eybi yaddaşının zəifliyidir.  

Kuyində mənə zülm eləyəndən biri qalmıb.

Ahım odu yandırdı, hamı dərbədər oldu.

Bəs birinci beytdə deməmişdi ki, “gül” hər kəsi xoşbəxt eləyib? İndi deyir dərbədər

olublar…Və “gül”ün “kuyində”, yəni ətrafında olanlar Vahidə necə zülm edirmişlər?

“Үıxmaqdı məni məqsədi namərd rəqibin,

Bar vermədi məqsudi, bütün bisəmər oldu.”

Rəqibu “məqsudi” necə “bisəmər” oldu? Bəs demirdin “gül” hər kəsi xoşbəxt elədi?

Ayrılmaz idik bir-birimizdən, aramızda.

Göz dəydi bizə, bəlkə də, bir bədnəzər oldu.”

Bəs bu nədir? Birinci beytdə demişdi ki, “eşqində ömrüm hədər oldu”, indi məlum olur ki, bu da kef çəkibmiş…

“Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir.

Hər kim vətənin sevdi, o əhli-hünər oldu.”

Bu beytin misraları arasında bir əlaqə var? Birinci misrada “gül”ə deyir ki, qan tökmək hünər deyil. Yəni dava eşq davasıdır, əslində kef davasıdır, “gül” əlli “əğyarı” xoşbəxt edirsə, nə eşq?

Ancaq ikinci misrada Vahid gözlənilmədən vətənpərvərlik mövzusuna keçir. Vətən sevənləri hünər əhli adlandırır. Yəni hünər əhli olmağa tələb elə də yüksək deyil, vətəni sev – kifayətdir. Sevməsən də olar. Kim yoxlayacaq? Və sevgini nec yoxlamaq olar… Həm də bu misra ilə Vahid bu səfeh qəzəlini senzuradan keçirir, Vətəni sevməyə çağıran şeirə nə söz ola bilər. Bu gün yaşasaydı, Vahid türkçülüyü də, Turanı da qatardı bura…

Sonra Əliağa Vahid Hamlet pozası alır, “Olum ya ölüm” monoloqu ilə müqayisə ediləbiləcək beyt deyir:

Vəhşiliyə, namərdliyə, nadanlığa nifrət!

İnsanlıq ilə ömr eləyən bəxtəvər oldu.

Nifrət! Namərdliyə nifrət! Yadımdadır, bunu İslam Rzayevi oxuyardı, gözlərini də yumardı…

Ancaq beytin ikinci misrası o qədər də inandırıcı deyil İnsanlıq ilə ömr eləyənlər haçan bəxtəvər olublar?

Səndən sora, Vahid, ayıq ol, qoy deməsinlər,

Dünyaya gəlib-getdi, hayıf, bixəbər oldu.

Bu çağırışı biz də özümüzə götürməliyik, mətnləri ayıq oxumalı və dinləməliyik. Yoxsa bizə nəinki “bixəbər”, hətta ayrı söz də deyərlər…

15. 01. 2026, Samara

FARS İSTƏYİR BAŞ GÖTÜRÜB GETSİN, ANCAQ BİLMİR HARA, ÇÜNKİ HƏR YER TÜRKLƏRİNDİR…

Farsla azərbaycanlının dialoquna qulaq asanda ya oxuyanda məndə soydaşıma qarşı yox, farsa qarşı empatiya yaranır.

Bizim ədəbiyyat tarixçilərimiz təxəllüsü Təbrizi olanların hamısına Azərbaycan pasportu verib daxil ediblər Azərbaycan ədəbiyyatına. (Mərhum professor Xalıq Koroğlu deyirdi ki, bircə partbiletlər çatmır. İndi Qətran Təbriziyə və başqa təbrizilərə”ölümlərindən sonra” YAP bileti verilsə, tııccüblənmərəm. Ramiz Mehdiyev işindən sonra bizi təəccübləndirən heç nə ola bilməz…)

Beləliklə, bu Təbriziləri Nizami Gəncəvi kimi dəhmərləyib salıblar Azərbaycan ədəbiyyatına. Pardon, Qədim Azərbaycan ədəbiyyatına. Bir məsələ var ki, Nizami kimi bu Təbrizilərin də heç biri azərbaycanca yazmayıb və yəqin ki, bizim dilimizi heç bilməiblər. Ancaq dallarında cahil və aqressiv  kütlə duran akademiklərimiz deyirlər ki,”onlar bizimdir”.

Fars özünü yırtır ki, hardan sizin oldular. Bunlar farsca yazıblar. Bizim yeraz ya naxçıvanlı alademik deyir ki, nə olsun farsca yazıblar, onlar təbrizlidirlər, Təbriz isə bizim şəhərdir.

Farsı ağlamaq tutur, ağlaya-ağlaya deyir: Təbriz hardan sizin şəhər oldu? Yeraz akademik deyir: Bəli, Təbriz bizim qədim şəhərdir, İran hamısı bizimdir, siz sonradan gəlmisiniz. Biz qədimik, çox qədimik.

Fars şokda olsa da hələ dili tutulmayıb. Deyir: Yaxşı siz qədimsiniz, biz gəlməyik, Təbriz də sizin qədim şəhərinizdir. Bəs niyə sizin şairləriniz öz qədim dillərində yox, gəlmə farsların dilində yazıblar, hə?

Naxçıvanlı alim aciz qalmır, deyir: Onlar sizin tərzinizi çıxarıblar, onlar sizə acıq-ucuq vermək üçün farsca yazıblar…

Farsı yenə ağlamaq tutur, istəyir baş götürüb getsin, ancaq bilmir ki, hara getsin, çünki hər yer türklərindir…

 

Mirzə ƏLİL

14. 01. 2026, Samara

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «SOVET HÖKUMƏTİDİR RƏHNÜMASI ÖLKƏMİZİN…»

Əliağa Vahidin gülməli şeirlərindən biri “Ölkəmizin”dir. Əruzla yazılmış bu şeir çox uzundur, şərti olaraq iki hissəyə bölmək olar. Əvvəlki dörd-beş bənd lirikadır, yəni Əliağa Vahid ölkənin gözəlliklərini tərənnüm edir.

“Süzər gölündə gözəl dumalar, gözəl qazlar”

Durnaların göldə üzüb-üzmədiyini bilmirəm, ancaq qazlar doğrudan da üzürlər.

“Bəzənmiş ay kimi kolxozda işləyən qızlar.”

Bu şeir yəqin ki keçən əsrin 30-cu illərində yazılıb. Kolxozda işləyən qızlar ancaq yamaqlı paltarla bəzənə bilərdilər.

“Bir özgə ləzzət alırlar hünərli kolxozlar”

Kolxoz necə ləzzət alar? Kolxozun sədri, partkomu, hesabdarı, ambardarı  ləzzət ala bilərdi və alırdılar da, çünki kolxozu, yəni o yamqalı paltarla bəzənən qızların əməyini yeyirdilər. Kolxoz sədrləri hər il Soçiyə, Kislovodcka dincəlməyə gedrdilər, orda çesunça kostyumda, ağ şlyapada şəkil çəkdirirdilər…

Sonra şair keçir ictimai-siyasi hissəyə.

Gözəl vətənmizə fabrik-zavod gözəl yaraşır

Vahid bir neçə dəfə “vətənimiz” sözünü işlədir, hər dəfə birinci “i”ni buraxır ki, vəzn pozulmasın: vətənmizə.

“Yeni binaları, məktəbləri qədərdən aşır.”

Məktəblər nəinki 30-cu illərdə, hətta mənim müəllim işlədiyim 70-ci illərdə də “qədərini aşmırdı”, əksinə, Azəebaycan məktələrinin mühüm hissəsi uçuq-sökük binalarda yerləşirdi. Şair burda cuşa gəlib və şişirdib. Yəni özü dediyi kimi qədərini aşıb.

“Traktoru, maşını hər yeri gəzib dolaşır”

Maşın, əlbəttə, gəzib-dolaşar, ancaq traktor niyə gəzib-dolaşsın?

“Var indi texnikada ixtisası ölkəmizin”

Bunu başa düşmədim.

“Daşı, duzu, mazutu, torpağı cavahirdir”

Deyək ki, torpağı cəvahirə bənzətmək olar. Ancaq mazuta cəvahir demək heç yaxşı deyil…

“Xəzinələr elimin hər yerində zahirdir”

Bunu düz deyib. Elin hər yerində sərvət var, ancaq yiyəsi el deyil…

“Bax indi gör yeni nəsli ədibü şairdir”

Bunu da başa düşmədim.

“Füzulilər yetiribdir ziyası ölkəmizin.”

Azərbaycanda neçə Füzuli yetişib? Yəni Füzuli miqyaslı ikinci şair varmı? Həm də Füzulini “ölkəmiz” yetirməyib, Füzuli Kərbəlada yetişib…

Sonra Əliağa müəllim keçir ya dialektik materializmə ya da Sov. İKP-nin tarixinə.

“Yüz illər ilə bizi bəy, xan işlədib yordu”

Yəni xan işlədəndə qədərini aşırmış, yorurrmuş. Özü də “bizi”. Vahid ömründə əlini ağdan qaraya vurub? Tağıyevin mədənlərində çalışıb?

“Şərəfli xalqımızı incidib, qanın sordu.”

Xalq, əlbəttə, həmişə şərəflidir, xan, bəy şərəfsiz. Şərəf indiki ağalardadır…

“Vətənmiz indi deyil zülm edənlərin yurdu”

Yadınızdan çıxarmayın ki, şeir Stalinin, Bağırovun vaxtında yazılıb…

“Sovet hökumətidir rəhnüması ölkəmizin.”

Sonra Vahid keçir beynəlxalq siyasətə.

“Bizə yaxın gələ bilmək kimin cəsarətidir?!”

Heç kimin! Kim yaxın gələ  bilər!

“Vətənmiz indi azad xalqlar vilayətidir.”

Vətənmiz indi də azad xalqlar vilayətidir. Kürdəxanı türməsinə əl basaram!

“Leninə — partiyaya ellərin məhəbbətidir

Qızıl çiçəklər açıbdır fəzası ölkəmizin.”

Burda şair ictimai-siyasi mövzuya lirizm verməyi bacarıb… Ölkəmizin fəzası Leninin məhəbbətindən çiçəklər açıb. Yəni açırmış. Yaxşı ki, Leninin yeri boş deyil, yoxsa ölkəmizin fəzasında qanqal bitərdi…

 

11. 01. 2026, Samara

HİNDİSTANLI VASİF SADIQLIYA: BƏLİ, BİZ İNƏYƏ SİTAYİŞ EDİRİK, BƏS SƏN NİYƏ EŞŞƏKLƏ SEVİŞİRSƏN?

Professor Vasif Sadıqlı Facebook  səfifəsinə inəyin boynunu qucaqlamış bir hindistanlının şəklini təhqiramiz bir yazı ilə öz Facebook səhifəsinə qoyub. Professor (!) inəyə sitayiş edən hindistanlıları “şoğərib” adlandırır.

Yəqin ki, Hindistanda professor Vasif Sadıqlını tanımırlar və onun Facebook səhifəsini izləmirlər. İzləsəydilər, yazardılar ki, cənab Sadıqlı, bəli, biz inəyi müqəddəs heyvan sayırıq, bəs sən niyə eşşəklə sevişirsən? Biz də sənin Qazaxda eşşəklə sevişdiyini eşidib biləndə məəttəl qalırıq, çünki bizdə belə eşşəkliyi heç kim eləmir.

Hindistanlı deyərdi ki, bəli, biz inəyə pərəstiş edirik. Bəs siz niyə polis dəyənəyinə sitayiş edirsiniz? Niyə millətiniz polis dəyənəyinin altında nəinki diz çökür, hətta ilan kimi qıvrılır da?

Hindistanlı deyər ki, bəli, biz inəyin müqəddəs heyvan olduğuna inanırıq, bu məgər sizin cənnətə, öləndən sonra xurma ağacının altında hurilərlə mazaqlaşmağa inanmağınızdan pisdir?

Hindistanlı deyərdi ki, inəyə pərstiş edən xalq dünyanın ən böyük demokratiyasını yaradıb, yetmiş beş ildir ki, öz deputatlarını, hökumətini özü seçir, vaxtaşırı səs verib təzələyir. Sən axırıncı dəfə haçan azad səs vermisən ay qod…? Heç ömründə azad səs vermisənmi?

Hindistanlı deyərdi ki, mənim inəyə sitayiş edən xalqım möhtəşəm sivilizasiya yaradıb, Gilqameşdən tutmuş Taqoracan zəngin ədəbiyyat, musiqi, kinematoqraf, arxitektura yaradıb, atom bombası yaradıb, kosmosu fəth edir. Sənin inəyi müqəddəs saymayan, onu yeyən xalqın nə yaradıb?

Hindistanlı deyərdi ki, mənim inəyi müqəddəs sayan xalqım suveren və azaddır, sənin isə sərhədlərin də türmə kimi bağlanıb, eşşəyinin boynunu qucaqlayıb oturmusan….

Hindistanlı deyərdi ki, bəli, biz inəyi müqəddəs sayırıq, ancaq siz kimi gənc qızları zindana salıb eşşəkləri əzizləmirik.

Hindistanlı deyərdi ki, sənə professor adını kim verib? Bəlkə sənin kimi eşşəksevənlər?

Çox yaxşı ki, hindistanlıların professor Vasif Sadiqlidən xəbərləri yoxdur. Biabır olardıq…

Mirzə ƏLİL

17.02. 2025, Samara