Архив тегов | Qarabağ erməniləri

GÜLTƏKİN HACIBƏYLİ ERMƏNİLƏRİN İDDİASINI, YƏNİ KÖÇƏRİ OLDUĞUMUZU TƏSDİQ EDİB…

Gültəkin Hacıbəyli Avropa parlameninin Qarabağ erməniləri ilə bağlı qətnaməsini pisləyib. Yazıb ki, “it əl çəkər, motal əl çəkməz”.

Düzü, burda kimin itə, kimin motala bənzədildiyini başa düşmək çətindir. Əl çəkməyənlər  ermənilərdir ya Avroparlament? Yəni onlar olur motal? Bu halda əl çəkən Azərbaycan olur…? Dalını deməyə qorxuram…

Bu sualı Gülyanaq… pardon, Gültəkin Hacıbəylinin postunun altında şərh şəklində yazmışdım. Ancaq xanım sualımı dərhal silmişdi, ona görə üzümü tuturam ictimaiyyətə.

Kimin itə, kimin motala bənzədildiyindən asılı olmayaraq, Gültəkin Hacıbəyli bu ifadə ilə ermənilərini bizim haqqımızda dediklərini təstiq edir. Ermənilər bizi, məlum olduğu kimi, köçəri tayfa adlandırır.”İt əl çəkər, motal əl çəkməz” məsəli də dolayısı ilə bizim köçəri, heyvandar keçmişimizə, alaçıqlarda keçən həyatımıza sübutdur. Oturaq xalqda itin öz yeri olar, motalın öz yeri.

Bu ifadə həm də onu göstərir ki, Azərbaycan həyatında diplomatiya mədəniyyəti yoxdur və qonşularla – dövlətlərlə, xalqlarla, elə çəpər qonşularıyla – danışığımız həm ton, həm leksika, həm məzmun baxımından köçəri tayfanın səviyyəsindədir. Bunu Səməd Vurğunun “Vaqif” komediyasında da görmək olur. Bu yöndəmsiz komediyada Qarabağın baş naziri və “diplomatı” Molla Pənah şah Qacara məktub yazır.

“Mayan turş ayrandır, zatın qırıqdır…”

Əlbəttə, Qacarla Vaqif arasında heç bir yazışma olmayıb. Olsaydı da, Molla Pənahın belə sərsəm şey yaza biləcəyinə inanmıram. Bu, Stalin və Bağırovun saray şairi Səməd Vurğunun mədəniyyəti və zehniyyətidir. Bu öz yerində. Ancaq siz bu “ayran”a fikir verin. Vaqif (qondarma Vaqif)  bu “ayran”la bizim “çoban torpağı” olduğumuzu sübut etmirmi?

Azərbaycanda keçmiş xarici işlər nazirindən narazı idilər, deyirdilər ki, dilimizi bilmir… Elə bilməsələr yaxşıdır. Öz dilimizdə danışan ki, ermənilərin iddialarını təsdiq edəcəklər: it, motal, ayran-mayran…

İndi nəticə çıxaraq. Gülyanaq… Gütəkin Hacıbəyli (bəyli? Babası bəy olub? Nənəsini qlava siğə eləmişdi?) bu yazısı ilə göstərdi ki, qabığından özəyinə qədr yapçıdır, həmişə yapçı olub vı yapçı olaraq qalır. Sən bu gün Avropa parlamentini itə ya motala bənzədirsən, sabah həmin parlament səndən fərqli olaraq şərəfli həyat yaşayıb zindana salınan qızları müdafiə edəndə nə deyəcəksən? Sən yenə it və motal məsəlini təkrar eləsən, təəccüblü olmaz. Çünki o halda sən Az-tv-dən ya da, Yeni Müsavatdan səsin gələcək.

«Открой личико, Гюльчатай …» Maskanı çıxar, Gülyanaq xanım…

Mirzə ƏLİL

03.05. 2026, Samara