Архив тегов | Gültəkin Hacıbəyli

GÜLTƏKİN HACIBƏYLİ ERMƏNİLƏRİN İDDİASINI, YƏNİ KÖÇƏRİ OLDUĞUMUZU TƏSDİQ EDİB…

Gültəkin Hacıbəyli Avropa parlameninin Qarabağ erməniləri ilə bağlı qətnaməsini pisləyib. Yazıb ki, “it əl çəkər, motal əl çəkməz”.

Düzü, burda kimin itə, kimin motala bənzədildiyini başa düşmək çətindir. Əl çəkməyənlər  ermənilərdir ya Avroparlament? Yəni onlar olur motal? Bu halda əl çəkən Azərbaycan olur…? Dalını deməyə qorxuram…

Bu sualı Gülyanaq… pardon, Gültəkin Hacıbəylinin postunun altında şərh şəklində yazmışdım. Ancaq xanım sualımı dərhal silmişdi, ona görə üzümü tuturam ictimaiyyətə.

Kimin itə, kimin motala bənzədildiyindən asılı olmayaraq, Gültəkin Hacıbəyli bu ifadə ilə ermənilərini bizim haqqımızda dediklərini təsdiq edir. Ermənilər bizi, məlum olduğu kimi, köçəri tayfa adlandırır.”İt əl çəkər, motal əl çəkməz” məsəli də dolayısı ilə bizim köçəri, heyvandar keçmişimizə, alaçıqlarda keçən həyatımıza sübutdur. Oturaq xalqda itin öz yeri olar, motalın öz yeri.

Bu ifadə həm də onu göstərir ki, Azərbaycan həyatında diplomatiya mədəniyyəti yoxdur və qonşularla – dövlətlərlə, xalqlarla, elə çəpər qonşularıyla – danışığımız həm ton, həm leksika, həm məzmun baxımından köçəri tayfanın səviyyəsindədir. Bunu Səməd Vurğunun “Vaqif” komediyasında da görmək olur. Bu yöndəmsiz komediyada Qarabağın baş naziri və “diplomatı” Molla Pənah şah Qacara məktub yazır.

“Mayan turş ayrandır, zatın qırıqdır…”

Əlbəttə, Qacarla Vaqif arasında heç bir yazışma olmayıb. Olsaydı da, Molla Pənahın belə sərsəm şey yaza biləcəyinə inanmıram. Bu, Stalin və Bağırovun saray şairi Səməd Vurğunun mədəniyyəti və zehniyyətidir. Bu öz yerində. Ancaq siz bu “ayran”a fikir verin. Vaqif (qondarma Vaqif)  bu “ayran”la bizim “çoban torpağı” olduğumuzu sübut etmirmi?

Azərbaycanda keçmiş xarici işlər nazirindən narazı idilər, deyirdilər ki, dilimizi bilmir… Elə bilməsələr yaxşıdır. Öz dilimizdə danışan ki, ermənilərin iddialarını təsdiq edəcəklər: it, motal, ayran-mayran…

İndi nəticə çıxaraq. Gülyanaq… Gütəkin Hacıbəyli (bəyli? Babası bəy olub? Nənəsini qlava siğə eləmişdi?) bu yazısı ilə göstərdi ki, qabığından özəyinə qədr yapçıdır, həmişə yapçı olub vı yapçı olaraq qalır. Sən bu gün Avropa parlamentini itə ya motala bənzədirsən, sabah həmin parlament səndən fərqli olaraq şərəfli həyat yaşayıb zindana salınan qızları müdafiə edəndə nə deyəcəksən? Sən yenə it və motal məsəlini təkrar eləsən, təəccüblü olmaz. Çünki o halda sən Az-tv-dən ya da, Yeni Müsavatdan səsin gələcək.

«Открой личико, Гюльчатай …» Maskanı çıxar, Gülyanaq xanım…

Mirzə ƏLİL

03.05. 2026, Samara

SAVİNG PRİVATE MEHMAN – SIRAVİ MEHMANI XİLAS EDƏK…

Çox istedadlı bir cavan, Mehman Hüseynov, göz görə-görə məhv olur.

Deyək ki, boğulur…
Ostap Bender deyirdi ki, “Boğulanların xilası – boğulanların özlərinin əlindədir”.  (Спасение утопающих – дело рук самих утопающих).

Yox, biz, Gültəkin Hacıbəyli kimi “türk sevdalı” olsaq da, türk təbəəsi Ostab İbrahimoviçə böyük hörmət bəsləsək də, onun bu tövsiyəsini qəbul edə bilmərik. Xüsusən boğulan millətin gələcəyi ola biləcək ən parlaq cavanların biridirsə.

Əlbəttə, Mehman sözün əsı mənasında boğulmur, yəni, osmanlı aşiqi Əvəz Zeynallı demişkən, “gerçəkdən” (vurğu birinci hecanın üstündə) boğulmur. Məcazi mənada boğulur.

Əvvəlcə onu deyək ki, Mehman Hüseynov ömrünün son yarım ilini həsr etdiyi mübarizədə uduzur. Yəni Mehman Hüseynov Alyona Əliyevaya uduzur. Özü də böyük hesabla. “Qarabağ”ın Nyu Kasla uduzduğu kimi. Ümumi hesab 9:2-dir.

Məgər bu, məhv olmaq deyil?

Ezop təmsilində deyildiyi ki, dağ siçan dünyaya gətirdi. Yəni siçan doğdu.

Hamıya məlum oldu ki, Mehmanın hap-gopunun arxasında heç nə dayanmırmış. Öz ifadəsi ilə desək, Mehmanın bu altı ay müddətində ortaya qoyduğu yeganə şey onun özünün yeni surəti oldu. Tamaşaçılar Mehmanın simasında Qabil və Məhəmməd Mirzəli akademiyasının məzununu gördülər. Təzə diplom almış məzun əvvəlcə epataj hesabına “hayp” (hype) yaratdı, ancaq, bu, uzun sürmədi. Məlum oldu ki, məzunun hərbə-zorbaları, müəmmalı vədləri blefdən başqa bir şey deyilmiş. O ki qaldı söyüşə, Mehman nə qədər özünü öldürsə də, professor Qabilin və dosent Məhəmməd Mirzəlinin səviyyəsinə qalxa bilməz. Qabildən sonra Mehmanın söyüşünə qulaq asmaq Alim Qasımovdan sonra Daşqın Kürçaylını dinləmək kimidir. (Güman edirəm ki, burda heç kimin xətrinə dəymirəm).

Azərbaycan xalqını Mehman Hüseynov nəinki şoka sala bilmədi, Azərbaycan xalqı qımıldanmadı da. Azərbaycan xalqını qazın, işığın, çörəyin qiyməti şoka salar, prezidentin gəlininin kim olmağı yox və qətiyyətlə yox. Nə onun keçmişi, nə onun bahalı paıtarları, bahalı çantaları Azərbaycan xalqını narahat edər. Millətin öz qızlarında, xüsusən bakılılarda elə keçmişlər ortaya çıxar ki, avropalı qızlar onların yanında məsum rahibə kimi görünərlər. O ki qaldı bahalı çantalara, Mehman Hüseynovun videolarının bəkə də yalnız reklam effekti olub. Yəqin çox qadın Azərbaycanda Alyonanın çantalarından,  ya da ona oxşadılanlardan almağa çalışır…

Mehman Hüseynovu günbəgün deqradasiyaya uğradığı bu müddət ərzində Alyona Əliyeva vaxtını səmərəli keçirib. Mehman Hüseynovun öz kanalında göstərdiyi videoda cangüdənin müşayiəti ilə bazarlıq edən Alyona xanım təmiz, yəni ləhcəsiz azrbaycanca deyir: “Hədiyyə vermək istəyirəm…”

Mehman, sənin qapına daha bir top.

Mötəbər Ukrayna mənbələri bildirirlər ki, Alyona Əliyeva ali təhsilli linqvistdir, Odessa beynəlxalq universitetini qırmızı diplomla bitirib, fransız və ingilis dillərimi mükəmməl bilir…

Yaxın vaxtlarda Alyona Əliyeva hardasa Azərbaycan dilində nitq söyləsə ya hətta məruzə eləsə, təəccüblənmərəm. Ağzında ukraynalı deyirsən. Nəinki padşah arvadı, hətta padşah da olar…

Nə keçmiş, a kişi? Böyük Pyotrun arvadı Birinci Yekaterinanın keçmişi kimi maraqlandırırdı?

Mehmanı, çox istedadlı bu cavanı məhv edən, Qabil akademiyasının məzununa çevirən intiqam hissidir. İntiqam hissi soyudulmursa, idarə edilmirsə, cilovlanmırsa, o, içində yaşadığı insanı məhv edir. Məlum romanda və filmdə təsadüfən deyilmir ki, “qisas – soyuq çəkilən xörəkdir”… Bizdə deyirlər ki, acıqlı başda ağıl olmaz…

İlham Əliyevin gəlinini mübarizə obyektinə çevirməklə Mehman illərlə və həm də uğurla həyata keçirdiyi proyekti öz əli ilə məhv etdi. İndi onun gördüyü işin – hərçənd onun indiki fəaliyyətinə iş demək ciddi şişirtmədir — nə siyasi mübarizəyə, nə siyasi jurnalistikaya dəxli var.

Mehman elə bil ki, şəxsi intiqam hissinə uyaraq cəbhəni tərk edib və tör-töküntülərdən, yəni maxnoçulara karikatura sayıla biləcək ünsürlərdən ibarət alaya sıravi kimi daxil olub.

Fəlakətdir!

Gəlin sıravi Mehmanı xilas edək!..

11. 03. 2026, Samara

«QURBAN-ŞOU»: FRAQMENTLƏR. ŞEKSPİR YA ŞEYX PİR?

qurban məmmədli azerfreedom

«Mənə deyirlər ki, sən başqa müxalifətçilərlə birləş. Birləşərəm, ancaq bir şərtlə: məni təhqir etmiş, mənə şər atmış, əleyhimə böhtan kampaniyası aparmış adamlar gərək əvvəl məndən üzr istəyələr, özü də efirdə. Mən indiyəcən heç kimə şər atmamışam, heç kimin haqqında təhqirli ifadələr işlətməmişəm. Mən bir dəfə də deməmişəm ki, Cəmil Həsənlinin qızı əxlaqsızdır. Əxlaqsız olmağına əxlaqsızdır, yüz əlli faiz, ancaq  mən bunu  indiyəcən dilimə gətirməmişəm, gətirmərəm də. Mən heç vaxt deməmişəm ki, İsa Qəmbər də, atası da KQB agenti olublar. Deməmişəm, demərəm. Mən deməmişəm ki, Əli Kərimlinin, İsa Qəmbərin əli hökumətin cibindədir. Bunu yaxşı bilirəm, sübutum da var, ancaq açıqlamıram, saxlamışam içimdə, heç oğlum Qoşqara da demirəm. Qardaşım Sərdara da demirəm, ona görə məndən küsüb. Mən deməmişəm və demərəm ki, Sevinc Osmanqızının atası heydərizmə xidmət edib. Ancaq Osmanqızı mənim 54 min abunəçisi olan kanalımı bağlatdırıb. Bunu da heç yerdə demirəm. Mən deməmişəm ki, o Gülyanaqdrır, Gülbalaqdır,  Gültəkindir nədir, tribunalrdan İlham Əliyevin şəninə təriflər deyib. Cəhənnəmə deyib, gora deyib. Mə onun adını dilimə gətirsəm, onun sviyyəsinə enmiş olaram.. Əziz həmvətənlər, icazənizlə mən bir haşiyə çıxım bə beş-on dəqiqə ədəbiyyata hsr edək. Mən ədəbiyyatın ölüsüyəm.

                   ŞEKSPİR YOX, ŞEYX PİR

Mərhum Xəlil Rza həmişə deyərdi ki, Şekspir bizim soydaşımızdır, azəri türküdür, inanmağım gəlmirdi. Xəlil Rza deyirdi ki, Şekspirin əsl adı Pirəli imiş. Çox savadlı olduğuna görə xalq ona Şeyx Pir deyirmiş. Mən londona gələndən sonra arxivlərdə sənədlərlə tanış olub öyrəndim ki, doğrudan da Şekspir bizim soydaşımızdır. Vətəndə Tubu adlı bir qıza aşiq olub, atası verməyib, ona görə tərk-vətən olub gəlib İngiltərəyə. Burda onun adını yerli mirzələr Şeyx Pir yox, Şekspir yazıblar.

Şeyx Pir ömrü boyu subay qalıb, çox ingilis gözəlləri onun dərdindən ölsələr də, Tubunu unuda bilməyib. Hətta şeir də yazıb: Tubu or not Tubu. Yəni Tubudan başqa arvad mənə lazım deyil…

Londonu Hitler tutanda Şeyx Pirin sorağını eşidib, gətirdib yanına. Əmr edib ki, şair “Hayl Hitler” desin və onun şəninə şeir yazsın. Şekspir, yəni Şeyx Pir boyun qoymayıb. Hitler onu öz tapançası ilə güləlləyib…

Üzr istəyirəm, deyəsən Ərəstun Oruclu efirimizə qoşulmaq istəyir. Buyurun Ərəstun bəy.

Ərəstun Oruclu: Qurban bəy, verilişinizə müdaxilə etdiyimə görə sizdən və izləyicilərinizdən dönə-dönə üzr istəyirəm. Şeyx Pir haqqında söhbətinzi eşidib özümü saxlaya bilmədim, ağladım. Mən də Şeyx Pir haqqında ilk dəfə Xəlil Rzadan eşitmişəm. Şairin dediyinə görə, Tubu da ərə getməyib, Şeyx Pir tərk-vətən olandan sonra özünü Salyan körpüsündən Kürə atıb… Şeyx Pirin “Hamlet” əsərində çayda boğulan Ofeliya əslində Tubudur…

30. 01. 2024, Samara

ƏLBƏTTƏ, BU «ŞNOBEL»İN SAHİBİ GƏRƏK İSRAİLİN YANINDA OLA…

KAMRAN HƏSƏNLİ ŞNOBEL

Bu şəkildəki cənaba yaxşı baxın. Xüsusən burnuna. Bu konfiqurasiyada və bu böyüklükdə buruna el arasında burun yox, “şnobel” deyilir və üzündə burun yerinə şnobel gəzdirən adamın yəhudi millətinə mənsubluğu təxmin edilir. Yəni ki, bu şnobel məndə Kamran Həsənlinin azərbaycanlı yox, yəhudi və ya yəhudi qarşışığı olduğuna, Qurban Məmmədli demişkən, əsaslı şübhələr yaradır. Bəlkə də Kamran Həsənlinin yəhudi qonşuları olublar və Qurban Məmmədlinin “böyük jurnalist” adlandırdığı adamın əsl  papası hansısa Abram ya Moyşadır. Təsadüfi deyil ki, Vikipediyadakı arayış-məqalədə Kamran Həsənlinin atası göstərilməyib.

Bunu mən ona görə demirəm ki, Kamran Həsənli İsrail terrorunu haqq sayır. İsrailin fələstinlilərin başına bomba yağdırmağını dəstəkləyən təkcə bu görkəmli şnobell sahibi Kamran Həsənli deyil. Gültəkin Hacıbəyli bir yanağını qırmızı, bir yanağını al boyayıb İsrail üçün göz yaşları axıdır.

İsrailin yetmiş il ərzində gettoya pərçim elədiyi ərəblərə Kamran Həsənlinin

ürəyi yanmır. Ərəblərə ayrılmış ərazinin az qala hamısını mənimsəmiş, yüz minlərlə ərəbin evlərini buldozerlə uçurub yerində hərbiləşdirilmiş yəhudi məskənləri yaratmış İsraili haqlı və ədalətli sayır.

“İsrailin yanındayıq!”

“Haqqın yanındayıq!”

“İsrailin əleyhinə danışanlar İranın, Rusiyanın yanındadır!”

«Azərbaycn əhalisinin böyük hissəsi İsrailə dəsək olub!”

Kamran Həsənli hardan bilir ki, Azərbaycan əhalisinin əksəriyyəti İsraili dəstəkləyir? Sorğu aparıb? Harda? Haçan?

Kamran Həsənli iddia edir ki, bütün başqa dövlətlərdən fərqli olaraq, yəhudilərin Azərbaycanda təhlükəsizlik problemi olmayıb.

Sual: Azərbaycan dövləti olub ki, problem ola?

Azərbaycanılar doğrudanmı yəhudi aşiqidirlər? Bəs niyə hələ sovet vaxtı da çox ailələrdə dəcəl uşaqları “cuhudlarla” (“cüyütlərlə”) qorxudurdular? Niyə deyirdilər ki, cuhudlar uşaqları oğurlayıb qanını içirlər?

Sovetin dəmir yumruğu altında yəhudi də, erməni də, azərbaycanlı da təhlükəsiz idi. Yumruq zəifləyən kimi, Ermənistan azərbaycanlıları qovdu, Bakıda erməni talanları baş verdi. Hə, Kamrançik, talanlar yadınızdadır? Erməniləri yuxarı mərtəbələrdən tullayırdınız, sahibərini qovub mənzilləri qarət edirdiniz, xalı-xalça, mebel hətta rayoinlara daşınrdı.

Cənab Qasanlı, Elçibəy müşaviri, talanlardan siz nə qədər qazandınız?

Как говорят русские: «Чья бы корова мычала…»

Terror aktı törətmiş fələstinlini ədalətli məhkəmə doğrulda bilər. Çünki yetmiş il işğal altında zolağa pərçim olunanlar kütləvi affekt halındadır. Qurban Məmmədli bunu təsdiq edə bilər.

Erməni səni işğal altında saxlamışdı?

İsrail aşiqləri deyirlər ki, biz İsrail silahıyla  ermənilərə qalib gəlmişik. Və bunu deyəndə canından keçmiş Azərbaycan əsgərini, kasıb-kusub ordusunu unudurlar.

On milyonluq xalqa İsrailin, Türkiyənin dəstəyi nəyə görə lazım idi?

Ona görə ki, Kamran Həsənli kimi papasını tanımayan bakılılar və onun kimilər osmanlının, yəhudinin götünə girib gizlənirlər, orduya getmirlər, uşaqlarını əsgər vermirlər. Vuruşan nə İsraili, nə Fələstini tanıyan kəndçi balalarıdır.

Bir yanağını qırmızı, bir yanağını al boyamış Gültəkin Hacıbəylinin oğlu hardadır? Əli Kərimıinin oğlunun yanında?

Qurban Məmmədlinin “tarixi gözıl bilən böyük jurnalist adlandırdığı bu insan əslində məhəllə gədəsidir. Tez-tez söydüyü Rusiya imperiyası olmasaydı, Kamran kimilər harda və kim olardılar? Kamran Həsənli yəqin İrandan xurma, kişmiş, tiryək gəririb Bakı bazarlarında satardı.

Ya da hamamda kisə çəkərdi.

Heç şübhəniz olmasın!

Mİrzə ƏLİL

13. 10. 2023, Samara