Надежда Савченко готова стать президентом Украины, Генсеком ООН, президентом ФИФА, президентом МОК, Папой Римским и просто папой и даже мужем.
Архив | Май 2016
ИЛЬХАМ АЛИЕВ ПРИНЯЛ ХАДИДЖУ ИСМАИЛОВУ В СВОЕЙ РЕЗИДЕНЦИИ
XƏDİCƏ İSMAYILOVA İLHAM ƏLİYEVİN ŞƏXSİ TƏYYARƏSİNDƏ YEREVANDAN BAKIYA GƏTİRİLİB
TANRI HƏLƏ DİNCƏLİR…
Tanrı Göyü yaratdı,
Yeri yaratdı Tanrı.
Tanrı Ayı yaratdı,
Yaratdı ulduzları.
Gördü çatışmır nəsə,
Kişi yaratdı Tanrı.
Kişi düşdü həvəsə —
Dişi yaratdı Tanrı.
Çatdırıb işi başa,
Baxıb dedi: “Qəşəngdir!
Altı gün çalışmışam,
Gərək dincələm indi”.
Qovur o vaxtdan bəri,
Minillər minilləri.
Öz işindədir hərə,
Tanrı hələ dincəlir.
Unudub yuxu nədir–
Yatanda da oyaqdır.
Əyləncə istəyəndə,
Kainatı oynadır.
Dənizləri daşdırır,
Batırır şəhərləri.
Ordular quraşdırır,
Vurur kəllə-kəlləyə.
Azar salır canına,
Adamların, mələdır,
Çox işi nə yazılan,
Nə də ki deməlidir…
“Qan hopub qabığından,
Yerin özəyinəcən”.
Kainatı oynadır –
Tanrı hələ dincəlir..
23.05.2016 Samara
В ДЕНЬ ПОБЕДЫ ПОКАЗЫВАТЬ СТОИЛО БЫ ФИЛЬМ СТЕНЛИ КУБРИКА
Вчера впервые посмотрел фильм Стенли Кубрика «Тропы славы (Paths of Glory). Лучшая картина – из тех, что я видел – о солдатах, о том, что на войне дешевле всего ценится жизнь солдат. А «тропы славы» при близком рассмотрении оказываются тропами цинизма, бесчеловечности. доходящей до паталогических проявлений жестокости

QOLLARI QANDALLI, QƏDDİ ŞAX OĞLAN…
Qiyas İbrahimov və Bayram Məmmədova
həsr olunur
Qolları qandallı, qəddi şax oğlan,
Qulları qaldıran, Spartak oğlan!
Qolların qandallı, əllərin yalın,
Ödünü əzmisən generalların.
Sən nə diz çökənsən, nə də yalvaran,
Başı uca oğlan, üzü ağ oğlan,
Pulla, qohumluqla rütbə alanlar,
Rezin dəyənəklə qılınc çalanlar,
İnsanın qanıyla qidalananlar,
Sənin qabağından qaçacaq, oğlan!
Xəstə millətinə sən bir ümidsən,
Sən əsgər deyilsən, ancaq igidsən.
Xalqı müstəbidin üstə yeritsən,
Bəlkə də qayıdar Qarabağ, oğlan.
Qolları qandallı, qəddi şax oğlan,
Qulları qaldıran, Spartak oğlan!
19 may 2016, Samara
EY, SİZLƏR…
Azərbaycanda hər şey ağlamalıdır, bircə Xalq Cəbhəsindən başqa. Xalq Cəbhəsi gülməlidir.
Rəhbər Əli Kərimli Ali Karimli (Əli Kərimli) FB-da status yazıb. Status belə başlanır: “Ey işgəncə vintləri…” Müraciət forması bizim mollaların nitqini xatırladır. Sonra: “Sizlər…”
Azərbaycanca “sizlər” səhvdir, çünki “siz” ikincişəxs əvəzliyinin cəmidir, cəmə cəm şəkilçisi artırmaq olmaz. Ancaq bunlar xırda şeylərdir. Statusu mən baxan vaxt 221 adam bəyənmişdi. İyirmiyə qədər rəy vardı. Statusa heyran olanlar var:
“Orxan Eliyev Barselona Eli muellim sadece bu fikirlerinize heyran qalir adam,Allah size de komey olsun Bey…”
Ancaq hamı heyran olmayıb. Suallı adamlar var:
Bəhruz Abbasov Bey bu iwgencelere dur deye bilmeyecek qeder zeifmidir bu muxalfet yoxsa bir bezin qiragidirmi?
Bəy cavab vermir…
Cavid Həsənli bir müxalifət olaraq niyə ancaq status yazmaqla kifayətlənirsiz? nə vaxt normal mitinq təşkil edəcəksiz camaat öz sözünü desin?
Bəy cavab vermir…
“Bəy”in statusuna elmi təhlil verənlər var:
Araz Memmedov Pul var dovlet gozleri baglayanda cox pis olur ! Keyfiyetli insan , keyfiyetli memur xalqa guvener ve xalqa arxalanar taa xalql arxaslbdan allb onun nifretini qazanmazdl ! Bunun adl iyrenc nefsin aciz qullarldlr .
“Bəy” nə “hə” yazır, nə “yox”…
Gələcəyi görüb “bəy”ə təsəlli verənlər də var:
Rahid Calayirov Bir gün gələcək bəlkədə peşman olacaqlar ama ondada gec olacaq hər şeyə görə cacab verməli olacaqlar”
“Bəy” yenə dinmir…
Bir Xanım (adı Xanımdır) “bəy”i “xələtləyir”:
Xanim Mahmudova Guya onlarin yerinde siz olsaydiz her şey başqa cür olacaqdı”
(Rəylərin orfoqrafiyası və durğu işarələri saxlanılıb)
Yenə sükut…
Müxalifət partiyasının rəhbəri heç kimə cavab vermir. Çünki bu adamları, hətta rəy yazmaqla özləri üçün müəyyən təhlükə yaradan insanları qara camaat, öz yazdığını isə Quran ayəsi sayır. Ən gülməlisi budur ki, bu insanlar cavab-almayacaqlarını bilə-bilə yenə sual verirlər. Niyə bizim insanlar alçalmağa belə meyllidirər? Bu, gülməli deyilmi?
Və Əli Kərimli kimi insan ölkə rəhbəri olsa, “qara camaat”la onun arasında yaranacaq məsafəni təsəvvür edirsinizmi? Mən təsəvvür etdim, məni gülmək tutdu. Çox güldüm. Ancaq bir şey var ki, mənə gülmək düşmür. Bir az gülən kimi başıma iş gəlir. Ona görə indi gərək girəm İlham Əliyevin saytına, gözümün yaşı quruyunca ağlayam…
Mirzə ƏLİL
ЕВРАЗИЙСКАЯ КИНОПРЕМИЯ БУДЕТ НАЗЫВАТЬСЯ АСКАР
СВОДНЫЙ РЕПЕРТУАР КРЕМЛЕВСКИХ КИНОТЕАТРОВ
10.00 Сеанс для пенсионеров. Социальный фильм «Нападение на Людмилу Улицкую».
12. Сеанс для школьников младших классов. Боевик «Нападение на Алексея Навального».
14.00 Сеанс для старшеклассников. «Избиение Алексея Навального казаками».
16.00 Сеанс для трудных подростков. «Нападение на Михаила Касьянова».
18.00 Сеанс для патриотов. «Как мы убивали Бориса Немцова».
20.00 Сеанс для юристов. «Как Рамзан Кадыров осуществляет правосудие в Чечне».
22.00 Сеанс для руководства страны, депутатов Госдумы, для судей всех судов высших инстанций. «Касьянов и Пелевина. Зов плоти».
AZƏRBAYCANDA HEYKƏLLƏR TƏHLÜKƏSİZLİK SİSTEMİ İLƏ TƏMİN EDİLİR
MÜDAFİƏ NAZİRLİYİ ŞƏHİD AİLƏLƏRİNƏ MEDALLARI EHSAN HALVASI KİMİ PAYLAYIR
Azərbaycanın Müdafiə Nazirliyi şəhid ailələrinə medal paylamağa davam edir. Xəbər verilir ki, “Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Quliyev İnqilab Çingiz oğluna ölümündən sonra verilən “İgidliyə görə” medalı ailəsinə təqdim edilib”.
Medal təqdim edənlərdən biri Gəncənin başçısı Elmar Vəliyevdir, uzun müddət gömrükdə işləyib. Qardaşı Xanlr Vəliyev Azərbaycanın hərbi prokurorudur. Kapitan İnqilab Quliyev bu harınlardan və bu harınların harın balalarndan ötrü ölüb. Vətən uğrunda ölsəydi, həyatənə belə ucuz tutmazdılar.
İndi görün vətənin yüksək mükafatları kimə verilir:
Mehriban Əliyeva:
Heydər Əliyev ordeni
Hafiz paşayev:
“Şöhrət” ordeni, “Dostluq” ordeni
Arif Paşayev:
“İstiqlal” ordeni; “Şah İsmayıl Ordeni” “Heydər Əliyev” ordeni
Cəmil Əliyev:
“Şərəf” ordeni