Marina TSVETAYEVA
CAVANLIĞIM
II
Dünən göyərçindim, cadugər – sabah,
Vaxtdı, cavanlığım, deyək “əlvida”.
Əsmərim, dayanaq üzü küləyə,
Gəl ovut bacını, qəlbi kövrəyi.
Atəş çax od rəngli tumanınla sən,
Cavanlığım mənim! Ey əsmər bədən!
Cavanlığım mənim! Könül talanım!
İndi də çal- oyna, ovunsun canım!
Səmavi şalınla qasırğa qaldır,
Şıltağım! Səninlə boğaza qədər,
Şənləndik! Indi də çal-oyna, od sal,
Qızılım! Əlvida, sağ-salamat qal!
Səbəbsiz toxunmur əlinə əlim,
Sənə sevgilim tək vida deyirəm.
Qəlbimdən, ruhumdan çıxardım daha,
Səni, cavanlığım! Yeri yadlara!
23 oktyabr 1921
tərcümə: 28.09. 2014 Samara
Понравилось это:
Нравится Загрузка...