TEOFİL QOTYE. GÖYƏRÇİNLƏR

TEOFİL QOTYE

(1811-1872)

              GÖYƏRÇİNLƏR

 

Sahildə, yanında bir məzarlığın

Yaşıl lələk kimi palma ucalar.

Yuva bağlamağa ya sığınmağa

Axşam göyərçinlər başına qonar.

 

Onlar budaqları tərk edib səhər
Boyinbağı kimi qatarlanarlar.

Gümüş qanadlarla səma bəzənər,

Dam üstə qonarlar uzaqda onlar.

 

Könlüm bir ağacdır, hər axşam ona
Göylərdən enərək, qanad çalaraq,

Divanə xülyalar gəlib qonarlar

Dan qızaran kimi gedərlər ancaq.

 

                 fransızcadan tərcümə: 18.09. 2014 Samara