Qafqaz altımda, təkəm zirvədə mən,
Durmuşam sıldırım üstündə, qardan aləm ağ.
Süzür boyum bərabərində, qanad saxlayaraq.
Şığıyıb qartal üzaqlardakı yüksəklikdən.
Görürəm mən axınların necə yarandığını,
Buludun sıxlaşıb heybətli yuvarlandığını.
—
Gedir nizamla buludlar altda,
Şəlalələr yararaq onları hay-küy qoparar.
Altdasa silsilədir zorba və çılpaq qayalar.
Cılız mamır cücərir altda, kol bitir orda.
Ordan o yanda ağaclar və kölgəliklər var,
Orda quşlar civildəşər, marallar orda qaçar.
—
Orda, dağlarda yuva bağlayır insanlar da,
Sürü gəzib dolaşır otlu sıldırımlarla.
Enib çoban da qəşəng vadiyə yorğunluq alar.
Şütüyər kölgəli sahillə Araqvi orada.
Və sığıncaq tapır zavallı süvari dərədə,
Orda divanə sevinclə qabarır Terek də.
—
Oynaşır, hayqırır, pələng balası,
Dəmir qəfəsdə görüb yem gətirirlər elə bil.
Çırpılır sahilə, qeyzində yox, əlbəttə, xeyir.
Qayalıq sahili ac dalğalar yalar, əfsus!
Nə yem tapar bu vuruşla, nə bir təsəlli tapar,
Onu möhkəm sıxan heybətli qayalıqlar var.
1829
Ruscadan tərcümə
10.11.17
Samara