NASTYA

Özgə uşağısan, qanımız ayrı,

Ana dilim deyil sən danışan dil.

Sənə məhəbbəti qəlbimə Tanrı,

Çiçək toxumu tək salıb elə bil.

 

Bir ovuc torpaqdır sinələrdəki,
Ürəyi daş deyil yəqin heç kəsin.

Bir uşaq sevgisi bəs eləyər ki,

Qalxıb bu torpaqda çiçək cücərsin.

08.11.2017

Samara

Реклама