ALEKSANDR PUŞKİN. ÇƏKMƏÇİ

ПУШКИН

ALEKSANDR PUŞKİN

             ÇƏKMƏÇİ[i]

              (rəvayət)

                Картину раз высматривал сапожник…

Baxırdı çəkməçi şəklə bir dəfə,

Və bir qüsur tapdı ayaqqabıda.

Rəssam yubanmadan düzəltdi səhvi,

Çəkməçi qürrəylə dindi yenə də:

“Zənnimcə üzü də bir az əyridir,

Sinə də, görürəm, açıqdır tamam.”

Rəssamın bu yerdə tükəndi səbri:

“Əzizim, çəkmədən yuxarı çıxma!”

 

Mənim də dostum var, bilmirəm haçan,

Hansı elmləri öyrənib qoçaq.

Sözündəsə sərtdir, şeytan elə bil,

Fəlsəfi söhbətə sövq edir, ancaq,
Səviyyə çəkmədən yuxarı deyil.

1829

Ruscadan tərcümə

07.11.17

Samara

 

[i] N.İ. Nadejdinə, onun “Poltava” haqqında məqaləsi ilə bağlı epiqram

 

Реклама