Архив | 16.11.2026

RƏŞİD ƏHMƏD OĞLU HƏSƏNOVUN AİLƏSİNƏ BAŞSAĞLIĞI

14 noyabr 2026-cı ildə Neftçala rayonunun Bala Surra kəndində Rəşid Əhməd oğlu Həsənov son mənzilə yola salınmışdır. 67 yaşlı R. Həsənov Bakı xəstəxanalarının birində ürək xəstəliyii ilə əlaqədar keçirilən əməliyyatdan sonra vəfat etmişdir.

Babası Nəcəfalı və atası Əhməd kimi Rəşidin də bütün həyatı doğulduğu kənddə keçmiş, bütün fəaliyyəti kənd təsərrüfatı ilə bağlı olmuşdur. Rəşid Həsənov uzun illər ərzində sovxoz və kolxozda briqadir, aqronom olmuş, özünü zirək, səriştəli mütəxəssis kimi göstərmişdir. Onun həyatı doğma yurda sədaqət, peşəyə, qulluğa, vəzifəyə vicdanlı, məsuliyyətli münasibət nümunəsidir.

Rəşid Həsənovun xatirəsi həmkəndlilərinin qəlbində həmişə yaşayacaq.

Mərhumun övladlarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

X.X.

15.11. 26, Samara