Mərhum Şahin Həsənlinin yas yerində yazılmış bir çıxışına qulaq asdım. Çıxış əsasən Zəhraya həsr edilib. Onun bir hissəsini olduğu kimi yazmağa çalışdım.
++++++++++++++++++
analarımız bizdən qaçan gün anamız Zəhra bizə tərəf gələcək
Çünki diyiblər Zəhra onu sevənlərin anasıdır
Anamız Zəhra bizə tərəf gələcək
Bizən nicat verməyə gələcək
ən həssas məqamıdır qiyamətin
ay insanlar gözüzü aşağı salın peyğəmmərin qızı Zəhra gəlir
insannar ixtiyarsiz gözzərini aşağa salacaqlar
Zəhra gələcək Hüsenin qannı köynəyin əlində tutub
diyillər Zəhra elə yanığlı ağlayacq balası Hüseynə
Məhşər hamsı ağlıyacaq
peyğəmmərər ağlayacaq
zəhranın səsinə səs verəcəklər
Birdən deyəcəklər daxil ol cənnətə
Xanım gedəcəy … bax, belə yazıllar: arxaya baxa-baxa…
Allahdan nida gəlir: niyə daxil olmursan?
İssiyirəm məhşər əhli məni tanısın
Nə istəyirsən, verim
Ərz eləyər: Məni sevənlər, Hüseyni sevənlər getməsə, mən də getmərəm, darıxaram cənnətdə….»
++++++++++++=
Bilməyənlərə xatırladıram ki, Şahin Həsənli diplomlu mühəndis olub, politexnik institutun maşınqayırma fakultəsini bitirib.Ancaq bir gün də ixtisası üzrə işləməyib.
Vikipediyada oxuyuruq: “müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib.”
Youtube-dakı çoxsaylı videolarda səkkiz yaşlı Kərbəlayı Xədicəni görənlər və “hicab təhsilə mane olmur” şüarını xorla səsləndirənlər düşünsünlər: səkkiz yaşlı kərbəlayı xədicələrə “dərs tədris” edənlərin savadlısı Hacı Şahindirsə, bu uşaqların başlarının nə ilə doldurulduğunu təsəvvür etmək olar.
Zəhra yetmiş min mələyin əhatəsində gəlir… Məhşərdir, qiyamətdir… Bunu Hacı Şahin hardan bilir? Hansı kitabdan oxuyub? Kim yazıb o kitabı? Niyə yetmiş min? Mələklər kiidirlər, arvaddırlar?
“Diyillər…” Kim deyir? Kim bu cəfəngiyyatı deyir? Qurandan sonra sizin Allahınız kitab göndərib? Yox! Bəs hardan bilirsiniz ki, Allah Zəhra ilə şəxsən danışıb ya danışacaq?
Şahin Həsənli rusca təhsil alıb, maşınqayırma fakultəsini bitirib. Sonra hələ ikinci taəhsil də alıb – BDU-nun tarix fakultəsini də bitirib – mən bunu saymıram… Ancaq maşınqayırma ciddi fakultədir. Onun məzunu danışdığı bu cəfəngiyyata özü inanırdısa, deməli, sağlığına deyirəm, sağlamlığında, yəni əqli sağlamlığında ciddi problemi olub. Yox, əgər danışdığna inanmırdısa, deməli, auditoriyasını dolayırmış. İkinci variant mənə daha xoş gəlir. Bizim vəhşi xalqı, belə cəfəng rəvayətlərə göz yaşı axıdan insanları elə dolasalar yaxşıdır…
Vallah, qulaq asdıqca, mat qalırsan, inana bilmirsən ki, maşınqayırmanı bitirmiş insan bunları ağzına alıb danışa bilər…
Başqa bir məclisdəki çıxışında Şahin Həsənli deyir ki, Zəhra yamaqlı paltarda gəlin gedib, çünki bəy evinə gedəndə bir qadın yaxınlaşıb yardım istəyib, Zəhra gəlinlik paltarını çıxarıb verib, deyib ki, mənə bir yamaqlı don gətirin geyim…
11. 11. 2026, Samara
