HACI ŞAHİN: «KƏBƏ YOL NİŞANIDIR, ONUN BAŞINA DOLANMAQLA MƏŞQ ELƏYİRSƏN…»

Mərhum Hacı Şahin Həsənlinin çox maraqlı bir çıxışı var, əslində bu, böyük bir moizənin bir neçə dəqiqəlik fraqmentidir, ancaq bu fraqment müasir şiəliyi, o cümlədən Azərbaycan şiəliyini başa düşmək üçün çox qiymətli sənəddir. Bu, fransızların dediyi frofession de foi- dır, yəni Azərbaycanın çşiə toplusunun tanınmış, populyar spikeri bu məzhəbin mahiyyətini elan edir və qeyri- şiə məzhəblərə münasibətini açır.

Şahin Həsənli bunları deyir – mən çalışdım ki, nitqi olduğu kimi səsindən yazım:

“ İmam Kəbə kimidir

Gəlin təvaf eliyin Kəbəni

Zəhradan başqa Kəbəni təvaf eliyən yoxdur, qalannarı üz çevirib gediblər

Daş evə təvaf eliyillər, imamət Kəbəsini buraxıbllar

Bu gün də deyəndə ki filan şey Kəbədən üstündür, adamı öldürüllər

Elə bil deyiblər ki, Kəbədən üstün heç nə yoxdur

Kim deyib bunu?

Kəbədən üstün mömin var, peyğəmbər bunu buyurur

Möminin hörməti Kəbədən üstündür

İmamın hörmətini müqayisə eləmə

Onlara daş Kəbəni vermişdilər, Kəbə yol nişanıdır hədəfi göstərir, onun başına dolanmaqla məşq eləyrsən ki, canlı Kəbəni tanıyasan, onun başına dolanasan

O Kəbəni at qırağa, get dolan Kəbənin başına.Yetmiş ik nəfər  bu Kəbənin başına dolanırdı, yüz min nəfər daş Kəbənin başına dolanırdı  onu imam yarımçıq qoydu getdi, bilinsin ki, kim həqiqətən kəbəyə iman gətirib, kimsə daşa bütpərəstlik eləyir.

İmamətsiz həcc bütpərəstlikdir İmam Kəbə kimidir…”

+++++++++++++++++++++++++++++++++++++++

Qısa desək, Şahin Həsənli bütün qeyri-şiə məzhəbləri, əslində sünnüləri, bütbərəst elan edir və Kəbənin başına dolanmağı idman məşğələsi sayır. Xatırladıram ki, şiələr bütün müsəlmanların yalnız 10-15 faizini təşkil edirlər. Yəni Azərbaycan şiələrinin fikrincə müsəlmanların 85-90 faizi əslində bütpərəstdir, şiə imamını Allaha bərabər tutmayanlar kafirdirlər… Yəni bu çalmalılar nə qədər sülhdən, mehribanlıqdan danışsalar da, əbalarının cibində ülgüc gəzdirirlər. Yəqin sünnü ruhanilərinin də ciblərində kəsici ya deşici alət tapılar… Bunlar, bizim kən arvadları demişkən, şər bardağıdırlar…

Mən indi mərhum cənab Həsənlinin başqa videolarına da baxıram, yəqin o, hardasa sünnülərin quyruqlu olduqlarını da deyib. Şəxsən eşitmək istəyirəm…

14. 11. 2026, Samara