AZƏRBAYCAN FAŞİSTİNİN ETİRAFLARI VƏ YA ADİ FAZİLİZM

“Bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ, prioritet  ddemokratiya prioriteti deyil, təhlükəsizlik prioritetdir. Bunu vətəndaşın qanına yeritməliyik, və hər gün ona Livanı göstərməliyik, Fələstini göstərməliyik, deməliyik baxın, indi  get Fələstində arzuladığın demokratik seçkini keçir, get Livanda arzuladığın demokrarik seçki keçir, İranda demokratik seçki keçir. Nə olacaqdı?

Cəmiyyəti buna öyrəşdirməliyik, çığıra-çığıra da olsa, qətiyyətlə, zorakılıqla qəbul etdirməliyik ki, bu mərhələni bu cür keçməliyik. Bu mərhələni başqa cür keçid yolu atın qamışının… qayışının boşalması deməkdir…”

Bu mətni İnternetdə gördüyüm qısa videodan yazmışam, çalışdım ki, bir söz də buraxmayım. Videoda bu mətnlə çıxış edən adam görkəmindən mənim gənclik illərində gördüyüm Salyan dəlləklərinə oxşayır – bir az mərhum dəllək Mehdiyə, bir az mərhum Maşdəmidə, bir az da mərhum dəllək Fazilə…

Videodakı adamın da adı Fazildir, təəssüf ki, dəllək deyil, yəni şərəfli işlə məşğul deyil. Otuz ildir ki, saxta seçkilərlə mandat alıb  Milli Məclis adlanan saxta parlamentdə oturaraq xalqın hesabına yeyib yağlanır. O qədər qudurub ki, o qədər harınlayıb ki, açıq-aşkar faşist manifesti səsləndirməkdən bir qram da qorxmur. Onun bu qısa nitqinin faşist manifesti olduğuna isə mənim şübhəm yoxdur.

Nitqinin başlanğıcından Fazil Mustafa, bəlkə də yuxarıların tapşırığını yerinə yetirərək, etiraf edir ki, Azərbaycanda keçirilən seçkilər demokratik deyil, yəni saxtadır, deməli, bütün parlament də saxtadır. Və deyir ki, Azərbaycanda demokratik seçkilər təhlükəsizliyə təhlükə yaradar. Əgər belədirsə, seçkilərin demokratik olmadığını bütün xalq bilirsə, yəni saxtadırsa, niyə keçirilir? Dövlətin, əslində xalqın milyonları niyə saxta seçkilərə və bu saxta seçkilərdə mandat alan saxta deputatların saxlanmağına xərclənir? Niyə bu məzhəkəyə son qoyulmur?

Fazil Mustafa  deyir ki, biz xalqa, yəni qara camaata Livanı, Fələstini, İranı göstərib deməliyik ki, gedin o ölkələrdə arzuladığınız demokratik seçkiini keçirin. Və azərbaycanlıların əsas musiqi ladına çevrilmiş naxçıvanlı ləhcəsi və üslubu ilə ritorik sual verir: “Nə olacaqdı?”

Azar, dərd olacaqdı sən şərəfsizin ürəyinə! Livanın bir hissəsi işğal altındadır. Fələstin tamamilə Azərbaycanın dostu İsrail tərəfindən işğal edilib. Yəni sən deyirsən ki, Azərbaycan da işğal edilib? Kim işğal edib? Mən də Azərbaycana işğal olunmuş kimi baxıram. Və elə bu Fazil Mustafa işğalçıların nökərlərindən biridir və yorulmadan (niyə yorulsun, naz-nemət içində can bəsləyir…) ağalarının təbliğat və təşviqatı ilə məşğuldur.

O ki qaldı İran, orda İslam inqilabından sora müntəzəm seçkilər keçirilir, Pezeşkian, səhv etmirəmsə, 11-ci prezidentir. Əlbəttə, all ruhani rəhbər prezident hakimiyyətini məhdudlaşdırır, ancaq seçki prosesi, alternativlik, prezident səlahiyyətlətinin iki müddətlə məhdudlaşdırılması ölkə əhalisi üçün ciddi demokratiya məktəbidir. Son otuz il ərzində Azərbaycanda neçə prezident dəyişib?

Azərbaycan xalqı, fazilmustafaların qara camaat, kütlə, hətta sürü saydığı xalq niyə öz ölkəsini tamam işğal olunmuş Fələstinlə və ya qismən işğal altında olan Livanla müqayisə etməlidir? Niyə xalq İspaniyaya, Fransaya, Britaniyaya, İsveçrəyə, Danimarkaya, Hollandiyaya baxmasın? Azərbyacanın harınları keflərini bu ölkələrdə çəkirlər, özlərindən də harın balalarını orda oxudurlar ya onları da kefə göndərirlər. Xalq niyə özünü  Fələstinlə müqayisə etməlidir? Əgər Azərbaycanı İsrail işğal edibsə, bunu niyə xalqa demirlər? Bəlkə buna görə Emin Ağalarov yəhudiləri yığıb Bakıya gətirir?

Fazil Mustafa deyir ki, “biz bu mərhələni demokratiya ilə keçə bilmərik”. Pardon, başa düşmədim? Bu mərhələ — yəni hansı mərhələ? Bu mərhələ haçan başlanıb və haçan bitəcək? Biz Azərbaycanda baş verənlərdən belə görürük ki, “bu mərhələ” heç vaxt başa çatmayacaq. Bəlkə bu mərhələ min il uzadılacaq? “Tausendjähriges Reich” – Fazil Mustafanın yadında olar, qədim adamdır. Ancaq  rejim min il yaşamadı. Cəmi 988 il çatmadı…Fazil Mustafa əmindir ki, onun və sayəsində yağlanıb harınlaşdığı reimin günlərinin sonu heç vaxt çatmayacaq və heç vaxt millətin belində rahatladığı yerdən düşməyəcək…

Yeri gəlmişkən, bu nitqində Fazil Azərbaycan xalqını ata bənzədir. Allaha şükr edin ki, eşşəyə yox, ata. Deyir ki, bu atın, yəni Azərbaycan xalqının qayışını boşaltmaq olmaz, şıllaqlayar…

“Cəmiyyəti buna öyrəşdirməliyik, çığıra-çığıra da olsa, qətiyyətlə, zorakılıqla qəbul etdirməliyik ki, bu mərhələni bu cür keçməliyik.”

“Zorakılıq” sözünə filir verin. Xalqı döyə-döyə və hətta öldürə-öldürə itaətə gətirməyi təklif edir. Əslində, Qorbaçov demişkən, “процесс давно пошел», yəni ölkədə vəziyyət çoxdan onun təklif elədiyi kimidir

“Bunu vətəndaşın qanına yeritməliyik…”

Qanına yeritmək…Bu ifadələr elə-belə deyilmir, Bunlar reallığı ks etdirir. Zorakılıq əsas idarəçilik instrumenti elan edilir. Kütlələrin iradəsini əzmək, sındırmaq, diz çökdürmək, tam itaətə gətirmək…

Bu, faşizmdir. Yüz faiz faşizmdir. Təmiz, qatqısız faşizm. Və Fazilin, bu naxçıvanlı cındırın nitqi 1930-cu illərin əvvəlindəki  Almaniyanı xatırladır.

Faşizmin beş əsas əlamətlərindən biri başqafikirliliyin və azadlıqların əzilməsidir, sərt senzuranın olması, müstəqil məhkəmələrin ləğvi, siyasi müxalifətə qadağa və bütün fərdi insan azadlıqlarının boğulmasıdır. Azərbaycanda belədirmi? Belədir!

Faşizmin daha bir əlaməti: total nəzarət, korporativizm, dövlət çalışır ki, cəmiyyətin bütün sahələrini  — iqtisadiyyat, mədəniyyət, təhsil, şəxsi həyat – özünə tabe etsin.

Azərbaycanda belədir? Belədir və daha artıqdır. Azərbaycanda dövlət (əgər ona dövlət demək mümkündürsə) daha çalışmır, çünki çoxdan bu vəzifələri həyata keçirib…

Nəhayət, Fazil Mustafa da istedad nümayiş etdirə bildi: qısa mətnlə Azərbaycan faşizminin manifestini İnternet vasitəsilə dünyaya yaydı.

 İndi mənim ritorik sualım: niyə on illərlə Fəzail Ağamalının, indi də onun mamlımatan qızının Salyana zorla deputat təyin olunması dövlətə təhlükə deyil, ancaq salyanlıların öz ağılları ilə seçim etməyi təhlükədir?

Niyə Biləsuvar rayonuna on il ofisiant Mahir Quliyevin rəhbərliyi təhlükə deyil, biləsuvarlıların azad səsvermə ilə başçı seçmələri təhlükədir?

Niyə on illərlə ömründə bir misra babat şeir yazmamış, son otuz-qırx il ərzində cilddən cildə girmiş  Sabir Rüstəmxanlı ona İlham Əliyevin bağışladığı Neftçala deputatının yerini inəyə oxşar arvadına verəndə təhlükə yaranmır, ancaq neftçalalılar savadlı, cəsur bir qızı deputat seçmək istəyəndə yaranır?

 

26. 08. 2026, Samara

P.S.  Mixail Rommun «Adi faşizm» filmini görmüsünüz? Görməmisinizsə, baxın.

+++++++++++++++

Bura Fazil Mustafa haqıqında altı il əvvəl yazdığım məqaləni də əlavə edirəm.

https://ochagsamara.wordpress.com/tag/mill%C9%99t-v%C9%99kili-fazil-mustafa/