Архив | 22.03.2020

Mixail LERMONTOV. “AĞLAMA, AĞLAMA, AĞLAMA, BALAM..”

LERMONTOV

Ağlama, ağlama, ağlama, bala,
Belə əzablara o dəyməz, inan.

Bil ki, əzizlərdi səni o lağla,

O səni sevirdi darıxdığından!

 

 

Bizim Gürcüstanda az deyil axı,
Onun tək görkəmli, gözəl cavanlar — 
Qara gözlərinin alovu yaxır,

Qara bığları da burulur əla!

 

 

Taleyin hökmüylə uzaq,  həm özgə,

Yurddan atılmışdı o bizim elə.

Qovğa arzulayar və şöhrət gəzər, —

Nə tapa bilərdi axı səninlə?

 

 

Hədiyyə verirdi sənə qızıldan,
And da içirdi ki,  atmaz əbədi.

Səndən nəvazişi baha alsa da,

Gözünün yaşına dəyər vermədi.

 

Ruscadan tərcümə

22.03. 2020, Samara

 

Не плачь, не плачь, мое дитя…

 

Не плачь, не плачь, мое дитя,
Не стоит он безумной муки.
Верь, он ласкал тебя шутя.
Верь, он любил тебя от скуки! Читать далее