DAĞIN-DAŞIN ÇATLASIN, ŞUŞA, BAĞRIMIZ ÇATLADI…

УСУБОВ 1.jpg

Şuşalı daxili işlər naziri Ramil Usubov oğlu Emili çağırıb deyir:

  • Oğul, istəyirəm səni bir məsul işə təyin edim.

Emilin rəngi qaçır:

  • Papa, məni Şuşaya ermənilərin üstünə göndərmək istəyirsən? Papa, mən gedə bilmərəm, mən qripəm, mama bilir.
  • A bala, başın xarab olub? Səni erməniləri üstünə niyə göndərirəm? Ermənilər özləri bu gün-sabah bura olacaqlar…Səni istintaq idarəsinin rəisi qoyuram. Mamanı qoymaq istəyirdim, razı olmadı, deyir mən də vitse-prezident olmaq istəyirəm…

Mirzə Əlil

Реклама

BU DƏSTƏLƏRİ KİM YARADIR?

Ramil Usubov deyib ki, son ildə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Qəribə statistikaddır. Qrup və dəstədə daimilik əsas əlamətdir, onlarla üzvü ola bilər, və bunlar əsasən silsilə cinayətlər törədirlər. Məruzədən isə belə çıxır ki, 769 qrup və dəstə cəmi 688 ağır cinayət törədib. Yəni hər dəstəyə bir dənədən də az cinayət düşür. Bu necə dəstələrdir, bunların çoxu süni şəkildə nazirklik yaradırmı? Ya onların törətdikləri cinayətlərin sayı onlarla dəfə azaldılır?

TÜRMƏ QAPILARI ÜZÜNÜZƏ AÇIQDIR…

Ramil Usubov nazirliyin kollegiya iclasında İlham Əliyevə məlumat verib ki, Azərbaycan türmələrində olan gözəl şərait vətəndaşların evlərində yoxdur, dustaqlar türmə rəhbərliyindən gördükləri qayğı və nəvazişi heç ata-analarından görmürlər. Prezident öz növbəsində söz verib ki, analoqu olmayan Azərbaycan türmələrində dustaq yerlərinin sayı  sayı iş yerlərinin sayı kimi gündən-günə artırılacaq.

AĞCABƏDİ HARDADIR?

Əliyev: Ramil, təzə nə xəbər var?

Usubov: Ağcabədidə yüngül bir etiraz olub. Bahalıqdan narazıdırlar.

Əliyev. Ramil, Ermənistandan bahalıq milli problemdir.

Usubov: Zat-aliləri, ağcabədililər bizdəki bahalıqdan narazıdırlar.

Əliyev: Ramil, Ağcabədi ermənilərdə deyil?

Usubov: Möhtərəm prezident, Ağcadədi bizdədir.

Əliyev: Yəni deyirsən biz onu ermənilərdən almışıq? Mənə bəs niyə məruzə eləməmisiz?

Usubov: Zat-aliləri, Ağcabədi elə həmişə bizdə olub…

Əliyev: Ramil, mən indiyəcən elə bilirdim Ağcabədi ermənilərdədir, sən öl. Səhv eləmirsən ki?

Usubov: Zat aliləri, beş yüz faiz arxayınam.

Əliyev: Orda milli öndərin heykəli var?

Usubov: Orda milli öndərin çox heykəli var. Hamısı da biri digərindən göyçək.

Əliyev: Heydər parkı da var?

Usubov: Zat-aliləri, Ağcabədidə camaatın üzüm bağlarına da öndərin adı verilib…

Əliyev: İnternetdə gərək baxam…Deyirsən narazılıqları var?

Usubov: Bir balaca…

Əliyev: Nədən narazıdırlar? Bayraq meydanı var orda?

Usubov: Var, zat-aliləri.

Əliyev: Ramil, sən öl, bu ağcabədililər yəqin Ermənistandakı bahalıqdan narazıdırlar. Ürəkləri yanır. Mən özüm Serjlə görüşəndə ürəyim kabab olur. Sən öl, Ramil, rəngi kül kimidir…

 

26.01.2014

 

 

 

NƏŞƏLİ SÖHBƏT

İLHAM ƏLİYEV: Ramil, amerikalılar anaşanı açıqsatış elədilər. Deyirəm bəlkə biz də eləyək, xaql çəkib kayflansın?

RAMİL USUBOV: Zat-aliləri, yaxşı fikirdir. Ancaq hüquq-mühafizə orqanlarının işində çətinlik yarana bilər.

İLHAM ƏLİYEV: Deyirsən polislər peredoz eləyərlər?

Ramil USUBOV: Yox, bizim işçilər dozalarını bilirlər, öyrəşiklidilər. Mən müxalifətlə mübarizəni deyirəm. İndi ciblərindən anaşa çıxardırıq, anaşa açıq satış olsa, gərək boyunlarına ayrı şey qoyaq…

XALQ QIZIŞIB…

nar

İLHAM ƏLİYEV: Ramil, bu nı səs-küydür, deyirlər Qarabağ əlili özünü öldürb.
RAMİL USUBOV: Zat-aliləri, öldürməyib, üstünə benzin töküb yandırıb.
İLHAM ƏLİYEV: Ramil, benzin o qədər ucuzdur ki, bu köpək uşağı üstünə-başına tökür. Xalqı qudurtmuşuq…

VİLLA SÖHBƏTİ

İlham Əliyev: Ramil, deyirlər özbəklər İsveçrədə İslam Kərimovun qızının villasını tutublar. Birdən azərbaycanlılar da gedib bizim uşaqların villalarını tutarlar…
Ramil Usubov: Zat-aliləri, o villa tutanlar lüt özbəklərdir, İsveçrədə lüt azərbayycanlı yoxdur, İsveçrədəki azərbaycanlılar özümüzkülərdir, hamısının da villası var… Bizim lütlər Rusiyadan uzağa gedə bilmirlər…

A ZALIMLAR, YANACAQ BAHADIR?

Əliyev: Ramil, nə mitindi bu yenə?
Usubov: Zat-aliləri, elə mitinq də deyil. Əlli-altımış adam olub. Yanacağın bahalığından narazıdırlar.
Əliyev: Ramil, bu adamların ya başı xarabdır, ya da antimilli qüvvələrə işləyirlər. Yanacağın nəyi bahadır ki? Gör kürü neçəyədir, ancaq heç kürüdən ötrü indiyəcən bir adam mitinqə çıxmayıb…

MARAFON ƏHVALATI

nar

Əliyev: Ramil, eşitmişəm marafon olacaq, nə marafondur bu?
Usubov: Zat-aliləri, marafonu “Azadlıq” qəzeti keçirir.
Əliyev: Ramil, deyirəm bəlkə açaq sərhədi, bizdə ərazi bu marafona bəlkə çatmaya, qoy qaçıb getsinlər ya Rusiya tərəfə, ya da İrana-zada…
Usubov: Zat-aliləri, bunlar qaçış marafonu keçirmirlər, bunların firkri nəzir yığmaqdır… qəzet pulları qurtarıb…
Əliyev: Ramil, onda sərhədi hökmən açmaq lazımdır. Burda kimdir onlara nəzir verən? Qoy getsinlər Rusiyaya, Türkiyəyə, İrana, nəzirlərini yığsınlar. Həm de deməsinlər ki, biz demokratiyanı boğuruq…

RAMİL USUBOV TƏKCƏ BAŞ QIRXMIR…

            

 

Azərbaycan demokratik inkişaf yolunda arşın addımlarla irəliləyir. Bakıda həbs olunan müxalifətçi gənclərin indi ancaq saçları qırxılır. Tükdür də, bu gün qırxırsan, sabah əvvəlkindən də yaxşı gəlir. Ölkələr var ki, orda müxalifətçilərin başını qırxmılar, başın özünü kəsib atırlar. Fərqi görürsünüz?

İndi özünüz deyin: bir ovuc tükdən ötrü hay-küy salmağa dəyərmi?

Yeri gəlmişkən, deyilənlərə görə, Ramil Usubov əvvəllər dəllək olub. Baş da qırxırmış, sünnət də eləyirmiş.

Yəni ki, özünüzü gözləyin. Nazir geniş profilli sənətkardır!

 

Mirzə Əlil