Архив | 01.05.2026

YUXUMA GİRMİŞDİ KƏNDİMİZ GECƏ…

Yuxuma girmişdi kəndimiz gecə.

Yurd özü yuxuna gəlir deyəsən,

On ildən də artıq yurda getməsən,

Bu hoqqa baş verir bilmirəm necə…

 

Həminki kimidir həyət, evimiz,
Elə bil mən burdan getmişəm dünən.

Çəpər yerindədir, qapıya gedən,
Cığırın alağı qırılıb təmiiz.

 

İndi artırmanın pilləkənində,

Anamı oturan görmürəm ancaq.

Əlini alnına burda qoyaraq,

Zəif gözlərini yola dikərdi…

 

Qapısı açıqdır, otaqda yoxdur,

Yatağı yerində, buz kimi ancaq.

Divarda şəklimə gözüm sataşcaq
Məni xəcalətdən ağlamaq boğur…

 

Çıxıb qonşulardan xəbər almağa,

Ürək eləmirəm, bilirəm yəqin,

Anam bir də bura qayıda çətin.

Bir də görüşmərik, bilirəm, daha…

 

Bir gün… Qiyamətdə… Ayılsaq belə…

Lap cənnət bağında — var nə istəsən,
Aldanma, bil ki, sən cəhənnəmdəsən,
Görüşmürsən əgər əzizlərinlə…

 

01. 05. 2026, Samara