Архив | 30.03.2021

QANTURALININ QIRX YOLDAŞINA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Mənim qırx yoldaşım, arxadaşlarım!

Yarışıb ötərəm mən hər yüyrəyi,
Güclünün dalını vuraram yerə.

Əgər mənə yardım eləsə Tanrı,
Basıb öldürərəm üç canavarı,

Alsam Sarı donlu gözəl Selcanı,
Qayıtsam evinə ata-anamın,
Qırx igid yoldaşım, igid qardaşım,
Qurban qırxınıza  mənim bu başım!

30. 03. 2021, Samara

QANTURALININ ATASINA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Deyib-söylədiyin nədir, can ata?

Bu işdən qorxana ər deyilərmi?

İgidi qorxutmaq ayıb deyilmi?

Tanrı yardımını əsirgəməsə,
Dediyin yolları gecə keçərəm.

Palçığında atlı batırsa əgər,
Düşüb qum döşərəm o yollara mən.

Meşəsində ilan olursa pərçim,
Çaxmaq çəkərəm ki, yandrıb keçim.

Başları göydələn qalalarını,
Tanrı yardımıyla vurum salaram.

Cəlladsa gözəlin əgər baxışı,
Boynundan öpərəm, alıb ağuşa.

Qılınclı-qalxanlı atasınınsa,
Başını kəsərəm, Tanrı qoyarsa.

Gedəm ya getməyəm, gələm-gəlməyəm,
Qara dəvə altda əzilə sinəm,
Buğa buynuzuna ilişib qalam,
Ya didə caynağı quduz aslanın,

Gedəm ya getməyəm, gələm-gəlməyəm,
Atam, salamat qal, anam qəm yemə!

29. 03. 2021, Samara