Sevgi ya da Ölüm zədələməsə
İndi toxuduğum parçanı əgər,
Eşq əsirliyindən çıxsam birtəhər
Bu eşq elm eşqiylə uzlaşa bilsə.
Yarada bilərdim elə bir əsər
Üslubu müasir, məzmunu əntiq
Cürət eləyirəm bunu da deyim:
Sorağı yetişər Romaya qədər.
Bitirə bilmirəm fəqət işi məm,
Mübarək saplardan var çatışmayan,
Möhtərəm atada atada az deyil onlar.
Ovcun sıxılıbdır səninsə, nədən,
Sən belə deyildin. Ovcunu açsan,
Görərsən nə nəfis bir iş yaranar.
italyancadan tərcümə
12. 08. 2026, Samaa
QEYD:
Bu şeir sonet janrında yazılmış məktubdur, onun şairin yaxın dostu və himayədarı Covanni Kolonnaya ünvanlandığı ehtimal edilir. Bu sonetlə Petrarka dostundan üzərində işlədiyi latınca əsəri bitirmək üçün ona lazım olan kitabı göndərməyi xahiş edir. Birinci dördlükdə Petrarka elmi işini qiymətli parça toxumağa bənzədir.
Birinci üçlüyün 3-cü misrasındakı “ata” (padre) sözü də, əlbəttə, sonetin həsr olunduğu şəxsə aiddir. İngilis dilinə tərcümələrin birində “padre” sözü “müəllim” kimi tərcümə edilib.
+++++++++++++
FRANCESKO PETRARKA
S’Amore o Morte non dà qualche stroppio
a la tela novella ch’ora ordisco,
et s’io mi svolvo dal tenace visco,
mentre che l’un coll’altro vero accoppio,
i’ farò forse un mio lavor sí doppio
tra lo stil de’ moderni e ’l sermon prisco,
che, paventosamente a dirlo ardisco,
infin a Roma n’udirai lo scoppio.
Ma però che mi mancha a fornir l’opra
alquanto de le fila benedette
ch’avanzaro a quel mio dilecto padre,
perché tien’ verso me le man’ sí strette,
contra tua usanza? I’ prego che tu l’opra,
e vedrai rïuscir cose leggiadre.
