Архив тегов | Françeska Petrarkanın şeirləri

FRANÇESKA PETRARKA. «XEYİRDUALIYMIŞ O GÜN, AY VƏ İL…»

LXI

Xeyirdualıymış o gün, ay və il,

Fəsil də, zaman da, saat da, an da.

Və o gözəl yurd ki, orda bir anda,

Düşdüm bir cüt gözəl gözə mən əsir.

 

İlk şirin əzab da xeyirdualı —
Sevgiylə qarışıq mən onu duydum

Məni hədəf seçən oxu-yayı da,

Həm sinəmdə dərin ox yaraları.

 

Xeyirduladıır şeirlərim də,
Xanımımın adı xatırlanırsa.

Ahım, göz yaşlarım, istəyim həm də.

 

Nə qədər əsərim şəninə varsa,

Xeyirdualıdır; fikirlərim də

Tək ona məxsusdur, heç kəsə daha.

 

italyancadan tərcümə

01-02. 05. 2026, Samara

++++++++++++++++++++

Francesco Petrarca (1304-1374)

 

Benedetto sia ‘l giorno, e ‘l mese, e l’anno,
e la stagione, e ‘l tempo, e l’ora, e ‘l punto,
e ‘l bel paese, e ‘l loco ov’io fui giunto
da’ duo begli occhi, che legato m’hanno;
Читать далее

FRANÇESKA PETRARKA. «BU, SEVGİ DEYİLSƏ, DUYDUĞUM NƏDİR?»

 

CXXXII

 

Bu, sevgi deyilsə, duyduğum nədir?

Sevgisə, bəs necə sevgidir onda?

Xeyirsə, hardandır bu ağrı canda?

Şərsə, əzabları niyə şirindir?

 

Eşq isə, bu nalə, göz yaşı nədir?

Niyə ağlayıram, öz istəyimsə?

Yaşarı ölümsən, nəşəli şərsən,

Zorla ürəyimi əsir elədin.

 

Könüllü olubsa – peşmanan indi,

Qasırğa oynadır çürük qayığı

Dalğalı dənizdə, sükansızam həm.

 

Düşüncələr yüngül, səhvlər ağır,

Özüm də bilmirən istəyim nədir,

Yayda titrəyirəm, qışda yanıram.

 

 

italyancadan tərcümə

30.04. 2026, Samara

++++++++++++++++++++

FRANCESKA PETRARKA

 

S’amor non è, che dunque è quel ch’io sento?
Ma s’egli è amor, perdio, che cosa et quale?
Se bona, onde l’effecto aspro mortale?
Se ria, onde sí dolce ogni tormento?
Читать далее