ÇƏRŞƏNBƏ ŞEİRİ

Əli Nasir

ƏLİ NASİR

Peqətən, dastəmolon, əğlon başamon…

Qapın papaqları, dəsmalları tez,

Kəndi həyət-həyət gəlin gəzək biz.

Gözləyir hər evdə bizi ən ləziz,

Şirnilər, meyvələr, qızıl yumurta.

Pay alaq, ürəkdə bir dilək tutaq,

Xəlvət söhbətlərə qulaq verərək,

Gözəl çərşənbəyə xoş gəldin” deyək.

—

Dönər evlərinə səfərdəkilər,

Bütün ürəklərdən küsü çəkilər.

Bu günə paltarlar təzə tikilər,

Bayram payımızdan yeyək doyunca,

Şənlik kəsilməsin dan ağarınca.

Bülbüllər ötüşər, açar gül-çiçək,

Gözəl çərşənbəyə “xoş gəldin” deyək.

talışcadan tərcümə

 12.03.2013

(sətri tərcümə Ramiz Hüseynovundur)

2 ответа на “ÇƏRŞƏNBƏ ŞEİRİ”

Оставить комментарий