Архив тегов | Novruz İranda

«FARSA SAĞ OL DESƏK, ONA HAQQ OLAR…»

12.11.22

Farsı yalnız tənbəl qınamır indi,

Hər yerindən duran farsı qınayır.
Hər dinənin farsa iradı mindir,
Farsı hər uğursuz günahkar sayır.

 +

Yaxşı, nə musiqi, şeir var deyək,
Nə Bayatı-Şiraz var, nə Nizami.

Onda Novruzu da biz gərək silək

Təqvimdən, yaddaşdan – elə deyilmi?

 +

Bir zaman qədim fars yaratmamışmı,
Bu gözəl bayramı, adını həm də?

İlk dəfə qədim fars yandıran şamın,
İşığı deyilmi bizi isidən?

 +

Həyatda itkilər, həyatda yas var,
Ağırdır insanın zəhməti, zülmü.

Farsa sağ ol desək, ona haqq olar,
Təsəlli, məlhəmdir bu bayram günü…

 

18-19.03. 2023, Samara