İLAHİ KOMEDİYA. CƏHƏNNƏM
3-CÜ NƏĞMƏ (FRAQMENT)
Lasciate ogne speranza, voi ch’intrate’.
1 “Yaslı şəhərə yol mənimlə gedir,
Mənimlə yol gedir əbədi dərdə
Azmış insanlara yol da məndədir.
+
4 Rəbbim hərəkətə ədl ilə gəldi
Yarandım Qadirin qüdrətiylə mən,
Ali bilikdən, ilk sevgidən həm də.
+
7 Yalnız əbədilər vardı mənəcən,
Yetişməz heç zaman mənim sonum da.
Ümiddən əl üzsün hər bura girən!”
+
10 Oxuyub qapının yuxarısında
Tutqun bu sözləri, dedim: “Nə sərtdir,
Ağırdır mənası onların, ustad”.
+
13 O da gözüaçıq şəxs tək dedi:
Burda atılmalı bütün şübhə və
Burda ölməlidir qorxular indi.
+
16 Gedirik mən sənə dediyim yerə,
Yaslı adamlara baxarsan onda,
Ağıl nemətini itirənlərə”…
italyan dilindən tərcümə
mart 2023, Samara