Архив | 27.03.2023

QURBAN QURBANOVA: «QEYRƏTİN OLMUR, OLMASIN…»

qurban-qurbanov-sehid-ovladi

“Azərbaycan dövlət deyil”, “azərbaycanılar millət deyil” – bunları bizim düşmənlərimizdən və ya düşmən saydığımız yadellilərdən çox öz adamlarımız deyir. Özü də millətin, dövlətin nə olduğunu bilməyən “sadə” adamar yox, kim tərəfindən seçildikləri məlum olmayan “millət vəkilləri”, yazdıqları ən yaxşı halda təəssüf və təəccüb, pis halda – dəhşət doğuran “yazarlar” və mübtədaları xəbərlə uzlaşmayan, ömründə bir ciddi kitabı axıradək oxumamış jurnalistlər deyirlər. Bəziləri o qədər qızır ki, məsələni tələb şəklində qoyur: “bizi tezliklə türklərlə cütləşdirin”. Arvadlarını, qızlarını, bacılarını  Türkiyəyə ərə, alverə, qazanca göndərənlər indi bütün xalqı osmanlı hərəmxanasına qatmaq istəyirlər.

Növbə futbolçulara çatdı. Qurban Qurbanov deyib ki, iki çempionatı birləşdirmək lazımdır.

Bu adam qondarma Qarabağ” komandası ilə az qala bütün Avropanı gəzib, beynəlxalq qanunvericiliyi, xüsusən idmana aid olan sahəni az-çox bilməliydi. Bilirsə, deməli iki ölkənin çempionatının birləşdirilməsinin də mümkünsüzlüyünü qanmalıydı. Və bunu qanırsa, deməli, siyasi proyekt olan qondarma komanda ilə yeyib harınlamış bu adam Azərbaycanı dövlət saymır. Çünki indi peşəkar idman da dövlət atributuna çevrilib. Dövlət yoxdursa, futbol hardan ola bilər?

Futbol, etiraf eək, Azərbaycanda doğrudan da yoxdur. Azərbaycan liqaları, çempionatlar – bunlar hamısı fantomdur, kabusdur. Futbol ümumxalq oyunudur, ümummilli oyundur, Azərbaycanda xalq futbol oynamır, çünki azərbaycanlıların ayaqları çidarlanıb, futbol oynamağa nə şərait, nə yer, nə də həvəs var.

Azərbaycanın peşəkar futbolu əsl peşəkar futbola parodiyadır. Birinci liqanın oyunu iş günü gündüz saat 3-də keçirilirsə, aydındır ki, bu, futbol deyil, bu, gözə kül üüfürməkdir, bu böyük pulları yemək üçün vasitədir. İş günü saat üçdə stadiona kim gedər? İşsizlər?

Azərbaycanda otuz ilin müstəqlliyi ərzində hətta Rusiya çempionatında oynaya bilən bir futbolçu yetişməyib. Əksinə, Rusiyada yetişən, ancaq Rusiyadakı komandaların heç birində yer tapa bilməyən futbolçular Azərbaycanın millisində liderdirlər. Podmoskovyedə böyümüş Emin Mahmudiv hətta Samaranın zəif komandasında yer qazana bilmədi, indi Azərbaycanda iki komandanın kapitanıdır. Ramil Şeydayev, Azər Əliyev də elə. Hər biri Rusiyada dörd-beş komanda dəyişib, axırda özlərinə rahat “yaylaq” tapıblar. Belə liderlərlə hara getmək olar?

Baxın gürcülərə. Xviçanı Neapola 60 milyona satdılar. İndi onun qiyməti 100 milyon avrodan çoxdur. Avropada Xvıça yeganə gürcü deyil. Rusiya premyer-liqasında da gürcü çoxdur, müharibəyə qədər daha çox idi. Gürcüstan Azərbaycan kimi qondarma “Suxumi” ya” Osetiya” komandaları yaradıb yüz milyonlarla pul xərcləmir. Gürcüstan özü futbolçu yetişdirib həm dünya şöhrəti, həm də pul qazanır. Qurban Qurbanov komandası ilə yüz milyonlarla dolları ya avronu yeyib harınlayandan sonra deyir ki, Türkiyə ilə birləşirəm…

Niyə gürcülərdən güclü futbolçular çıxırlar? Cavab: çünki gürcülər azad ruhlu xalqdır, onun ayaqları çidarlanmayıb, azərbaycanlı çidarlıdır, çidarlı at oynamaz, qaçmaz, yan-yörəsinin otunu qapıb ğövşəyər. Azadlıq, sərbəstlik, həvəsinin dalınca gedə bilmək imkanı maddi şəraitdən də vacibdir – yəni meydançadan, topdan, idman formasından və s. Braziliyada Pele nəslindən olan futbolçular məhəllələrində əskidən düzəldilmiş topu qova-qova dünya zirvəsinə yüksəliblər. Braziliyada  hərbi dktaturalar da olub, ancaq bu da xalqdakı azadlıq, sərbəst özünüifadə tələbini öldürə bilməyib. Braziliya futbolu fenomenini anlamaq üçün Braziliya karnavallarına da göz yetirmək pis olmaz. Bizdə belə bir şey, yəni normalaşdırılmamış, əsl xalq yaradıcılığının məhsulu olan bayram mümkündürmü? Yox! Nigeriyada on-on iki yaşından böyük ailəsinə kömək üçün ən ağır işlərə girişən, işarası yarıac-yarıtox küçədə futbol oynayan  Oniksem indi dünyanın ən bahalı futbolçularındandır. Bəli, Afrika ölkələrində də futbol oynayırlar və orda böyük fubbolçullar yetişir. Bu, təsadüfi deyil – orda xalq ictimai proseslerin subyektidr, adamlar öz gələcəklərini İlhan Əliyevdən ya birinci xanımdan asılı görmürlər, onlar öz gələcəkləri uğrunda mübarizə aparırlar. Bu onların musiqisində də ifadə olunur. Təsadüfi deyl ki, bu musiqini Amerikaya qul kimi gətirilmiş afrikalılar da yaşatmış, sonradan bu musiqi əsasında Amerika mədəniyyətinin zəngin layı yaranməşdır. Biz isə yüz illərdir yar, əğyar deyə-deyə sızıldayırııq. Bu musiqini ifa edən də, dinləyən də, əlbəttə, möhtərəm prezidentə, onun xanımına siyayiş etməlidir. Bu, janrın tələbidir…  Bizdə hətta Novruz da çoxdan standartlaşdırılıb, normalaşdırılıb, dövlət nəzarətinə götürülüb və dövlət ideologiyasinin instrumentinə çevrilib. Mən YouTube-da son illərin Novruz şənliklərindən çəkilişlərə baxdım, gözlərim yaşardı – adamlar elə bil yasa yığışırlar…

Gürcülərin necə oxuduğunu bilirik. Bu, dünya miqyaslı və  səviyyəli fenomendir: beş nəfər süfrə başında beşsəsli xorla oxuyur! Bizdə belə çoxsəsli xoru yaratmaq üçün gərək on-on beş il dərs keçəsən, hələ nəticəsi də məlum deyil nə olacaq… Gürcülərin rəqslərinə baxın, ritmlərinə qulaq asın – bu xalqda lotuluq da, fırıldaq da, korrupsiya da var, ancaq köləlik, ikiqatlılıq, mütilik yoxdur. Biz köləyik, ikiqatıq, mütiyik. Biz çidarlanmışıq və ancaq dartına-dartına yan-yörəmizdəki otdan qapıb gövşəyə bilirik…

Azərbaycan dövlətçiliyi və dövləti, əlbəttə, Dostoyeskinin bir qəhrəmanının təbirincə desək, təbiətin oyunudur… Bu dövlət uğrunda, Avropa ölkələrində olduğu kimi, nəinki əsrlərlə, hətta illərlə mübarizə getməyib, böyük tarixı, ictimai-siyasi  prosesin yan məhsulu kimi, yəni ora-burası yanmış bir qoğal kimi düşüb əlimizə. Bizdə isə nə dövləti əsl dövlət səviyyəsinə qaldırmağa, nə demokratiya yartmağa əzm və qeyrət var. Rusların qoltuğunun altından tamam çıxmamış, özümüzü türklərin qoltuğuna soxuruq. Yəni, bizə yiyə duran axtarırırq. Dil də elə. Fars dilli şairin ətəyindən yapışıb onun məxsus olduğu xalqla bazar davası eləyən xalq öz dilinin qədrini bilərmi? Bilməz və bilmir də. Ona görə Qurban Qurbanov kimi əldəqayırma futbol mütəxəssisləri, “yazar”lar, jurnalistlər, çayxana demokratları və restoran liberalları dilimzi türklərin dili ilə birləşdirmək, daha doğrusu, əvəz etmək istəyirlr. Bu insanların atalarının, babalarının danışdığı dilə münasibəti belədirsə, onların ən azı atalarından xəbəri yoxdur, belə adamlara bastard deyirlər…

Qayıdaq Qurban Qurbanova. Puşkinin balıqçı və qızıl balıq  haqqında nağılında balıqçının arvadı o qədər qudurdu ki, istədi bütün dənizlərin və balıqların çariçası ola… Qurban Qurbanov bu “Qarabağ” proyektindən o qədər yeyib harınlayıb ki, indi ölkənin konstitusiya əsaslarına qəsd edir. Cənab Qurbanovun özünün bütün ailəsi ilə birlikdə türklərin altına girməyinə, əlbəttə, heç nə deyə bilmərik. Ancaq qondarma “Qarabağ” komandasının məşqçisinin ölkə suverenliyini ləğv etmək səlahiyəyəti yoxdur..

Mövcud olduğu illərdə “Qarabağ” proyektinə kisə-kisə, xaral-xaral pul qoyulub və bunun xeyli hissəsin,, şübhəsiz ki, məmurlar yeyiblər. Ancaq bu qondarma Ağdam komandasının Qarabağın qaytarılmağında rolu sıfra bərabərdir. Qarabağı türk generalları və fəhlə-kəndli ailələrindən olan əsgərlərimz həyatları bahasına alıblar. Futbola qoyulan pullar ölkəyə başucaığı da gətirməyib, millimiz yalnız buraxdığı topların sayına görə fərqlənə bilir…

Son vaxtlar Barselonanın oyunlarına stadionda 95 mindən çox adam baxır. Avropanın başqa stadionlarında da qələbəlikdir, transliyasiyalarda boş yer görünmür. Məgər Azərbaycan rejimi istəyər ki, həftədə iki dəfə, üç dəfə Gəncədə, Şamaxıda, Şəkidə on minlərlə adam stadionlara yığışsın? Yox, istəməz. Ona görə polis rejimi ilə futbol bir araya sığmır. Bizimki qavalı qulağının dibinə qaldırıb “yar, əğyar” deyə-deyə mələməkdir. Buna möhtərəm prezidentin də, birinci xanımın da etirazı yoxdur…

Yeri gəlmişkən, bu günlərdə gürcü katolikosu Xviçanı qəbul edirdi. Katolikos başa düşür ki, Xviçanın istedadında rasional izahı olmayan tərəf var, yəni onların görüşü yuxarı səviyyədə idi, bəlkə göy səviyyəsində…

Xviça Kvaratxeliya

Bizdə belə görüşü təsəvvür  edirsiniz? Məsələn, korrupsioner şeyx Allahşükür və qondarma “Qarabağ”ın başçısı Qurbanov... Belə görüşün yerini, yəni dibi təsəvvür etmək çətin deyil…

Qurban Qurbanov şəhid qızları ilə görüşdü və eşşəklik eləyib azyaşlı qızların əlini öpdü. Bizdə uşaqların üzündən, alnından, saçından öpərdilər…Elə deyil? Qurban Qurbanov bu jesti harda görüb? Amsterdamda?

27. 03. 2023, Samara