GƏDƏBİYYAT. MƏMMƏD ARAZ NİYƏ GÖYGÖLƏ DAŞ ATIRDI? İÇKİLİ İMİŞ?

MƏMMƏD ARAZ GÖYGÖL

Azərbayan şagirdlərinə Məmməd Arazın «Göygöl» şeiri də keçilir. Baxaq.

«Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz, dumandı Göygöl».

Çiskində gəlib, ancaq gölü dumanda görür. Bu necə oolur?

«Tənha qayalara, lal meşələrə,
Zülmət gecələrə hayandı Göygöl.»

“Qayalar” – yəni çox qaya. “Lar”-dırsa, tənhalıq hardandır?

“Lal meşələr” – şair meşəəki şaqq-şuqu eşitməyib? Niyə cəm halda? Göygölün ətrafında neçə meşə var?

Göl zülmət gecəyə necə hayan olur? Bu, metaforadır? Bəs açılışı nədir? Necə olur ki, xırda bir göl göyün, yəni sonsuzluğunmüdafiəçisi olur, onun  keşiyini çəkir?

 «Bir səhər gördüm ki, durulub yatır»

Şair “bu yerə uzun müddətə gəlibmiş – misradan bilinir.

“Durulub yatır?” Ondan əvvəl Göygölün suyu Kür suyu kimi, salyanlılar demişkən, lıqqa imiş?

«Kəpəzin dibində burulub yatır.”

Bilirdim ki, burulub”dan sonra “durulub” gələcək. Məmməd Araz Azərbaycanın birinci qafiyəbazı olub.

“Qovulan ceyrantək yorulub yatır”.

Göygöl indi də ceyrana döndü… Niyə yorulub? Kim qovurmuş? Göygöl dağ çayıdır ya xırda göl?

“Daş atdım, diksinib oyandı Göygöl.”

İndi şagird müəllimdən soruşa bilər: Şair müqəddəs Göygölə niyə daş atır? Arağı çox içibmiş?

Müəllim də Flora Kərimova kimi deyər: “Əcəb eləyir atır, əlinin içindən gəlib…Arağı dədən içir…»

 Gəlin bu sualı Az Tv ilə səsləndirib Azərbaycan xalqından soruşaq: niyə naxçıvanlı Məməd Araz gedib Gəncənin inci gölünə daş atır?

Yazıq Göygöl: Şair atan daşla vurulub yatır…

“Döşünü qayıqlar düymətək bəzər”.

Qayığın düyməyə bənzəri var? Yoxdur!

“Dedim, bu görkəmlə Xəzərə bənzər”.

Hansı görkəmlə? İki-üç gəzinti qayığı ilə? Yalançının…
“Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göygöl”.

Şair “baxdı” deyirsə, baxılan yer görünməlidir. Göygöl hara baxdı? Qayıqdakı harınlara?

 “Yel əsdi, yarpaqlar suya töküldü…”

“Yağış da yağmışdı, yerlərdə palçıq…” Bəlkə heç yel əsməyib, Məmməd Araz özü ağacları silkələyib yarpaqları töküb suya? Gölə daş atan ağacı da silkələyər. Yəqin bir vedrə içibmiş…

“Buludla ağladı, günəşlə güldü,
Deyəsən, bir kövrək insandı Göygöl…”

Siz bu son beytdə, eləcə də bütün şeirdə məhz Göygölə məxsus nəyisə görürsünüz? Bu cəfəngiyatı, DTX günahımdan keçsin, hətta Sevan haqqında da demək olar.

Yeri gəlmişkən, bəlkə Məmməd Arazın müqəddəs Göygölə içkili halda daş atıb ağacları silkələməsi barədə DTX-ya ərizə yazaq?

Qoy soğanbaş kürəkəni Aqil Abbas cavab versin…

X.X.

13. 05. 2024, Samara