QURŞAĞACAN SOYUNUB…

Qurşağacan soyunub,

Dizəcən su içində.

Dəstəyini tilovun,

Sıxıb durur haçandır.

 

Bir nöqtəyə zillənən,

Baxışları bulanıq.

Yığılır gözlərinə,
Ləng suları Volqanın.

 

İpi boşaldır, çəkir,

Yığır, təzədən atır.

Kim bilir, indi bəlkə,

Xırda sufa da şaddır.

 

Ürəyindən, keçir ya,

Balıqların zırpısı.

Dürtmələyə, sıçraya,
Qolu qıra zərbəsi.

 

Dayanıb elə bil ki,

Yer və su yaranandan

Çay deyil önündəki,

Sərhədsiz okeandır.

 

31.08.17

Samara

 

 

 

 

Реклама

İSGƏNDƏR HƏMİDOV: «MƏN O BOMBANI TƏLƏSİK BASDIRDIM, SONRA YERİNİ TAPA BİLMƏDİM…»

isgəndər_həmidov

Şimali Koreyanın keçirdiyi raket sınaqlarıyla əlaqədar Morderator.az saytının müxbiri keçmiş daxili işlər naziri İsgəndər Həmidovla söhbət edib.

— İsgəndər bəy, siz nazir olanda deyirdiniz ki, atom bombanız var. Bəs onu niyə atmadınız?

— Mən atırdım, Bəy qoymadı. Dedi Yerevan qədim türk şəhəridir, orda çoxlu türk abidələri var, gərək biz o şəhəri yalın əllə alaq ki, abidələr ziyan dəyməsin.

— İndi o bomba hardadır?

— Milli və ulu öndərimiz Heydər Əliyev məni tutanda, Allah oğlunun canını sağ eləsin, bir az tələsiklik oldu. Məhəllədə bir çona qazıb bombanı basdırdım, türmədən çıxandan sonra yadıma düşmədi harda basdırmışam.

— Yəni belə şey olur?

— Niyə olmur, ə? Sən nə sırtıq jurnalistsən, nazir vaxtıma düşsəydin, şapalaqlardım səni. Götürək iti. Görürsən ki, bir yağlı sümük düşür əlinə, basdırır ki, sonra gəmirər. Sonra da yerini itirir, qalır axtara-axtara…

— İndi başa düşdüm, İsgəndər bəy. Yaxşı, birdən o bombanı tapsanız, neylərsiz? Atarsız ermənilərə?

— Mən o bombanı tapsam, əvvəlcə xanımla masləhət edərəm.

— Yəni həyat yoldaşınızla?

— Ə, birincisi mənim həyat yoldaşım dünyasını dəyişib. İkicisi, həyat yoldaşı kimdir,  ki, mən onunla bomba məsləhəti eləyim? Mən birinci xanımı deyirəm. Birinci xanım hara buyursa, kimin üstünə buyursa, ora ataram.

— Sağ olun İsgəndər bəy.

— Bura bax, sayta mənim nazir şəklimi qoyarsan. Nazir olanda yaxşı çıxırdım. General-leytenant paltarında… Bəy məni çox istəyirdi… İndi istəməsin…Sən də tutmusan ki, bomba… Ə, mən özün bomba kimi nazir idim…

Mirzə ƏLİL