Şərqdə eşq ulduzu alışıb yanır.
Yunonada həsəd hissi doğuran
Başqa bir uLduzsa şimalda bu an,
Yayır parlaq gözəl şüalarını.
Erkən durar qarı – cəhrəsi gözlər,
Tamam geyinməmiş ocağı qalar.
Sevişənlər günün bu vaxtı ağlar,
Ayrılıq gətirir açılan səhər.
Ümidim əriyib tamam gedəndə,
O gəldi, yuxuda olsa da ürək,
Qəmim də nəmləndi – ayrı cür ancaq.
Ah, bu nı görkəmdir, bu nə dəyişmək!
Sanki deyir: əzmi itirdin nədən?
Yenə əvvəlki tək gözlərimə bax!
italyancadan tərcümə
24-27. 07. 2026, Samara
++++++++++++++++++
FRANCESKO PETRARKA
Già fiammeggiava l’amorosa stella
per l’orïente, et l’altra che Giunone
suol far gelosa nel septentrïone,
rotava i raggi suoi lucente et bella;
