Архив тегов | Françesko Petrarkanın şeirləri

FRANÇESKO PETRARKA. «ŞƏRQDƏ EŞQ ULDUZU ALIŞIB YANIR…»

Şərqdə eşq ulduzu alışıb yanır.

Yunonada həsəd hissi doğuran
Başqa bir uLduzsa şimalda bu an,
Yayır parlaq gözəl şüalarını.

 

Erkən durar qarı – cəhrəsi gözlər,
Tamam geyinməmiş ocağı qalar.

Sevişənlər günün bu vaxtı ağlar,
Ayrılıq gətirir açılan səhər.

 

Ümidim əriyib tamam gedəndə,

O gəldi, yuxuda olsa da ürək,

Qəmim də nəmləndi – ayrı cür ancaq.

Ah, bu nı görkəmdir, bu nə dəyişmək!

Sanki deyir: əzmi itirdin nədən?

Yenə əvvəlki tək gözlərimə bax!

 

italyancadan tərcümə

24-27. 07. 2026, Samara

++++++++++++++++++

FRANCESKO PETRARKA

 

Già fiammeggiava l’amorosa stella
per l’orïente, et l’altra che Giunone
suol far gelosa nel septentrïone,
rotava i raggi suoi lucente et bella;

Читать далее