Bilsəm ki, ölməklə canım qurtarar
Məni üzən sevgi fikirlərindən,
Ağır yükə dönmüş bədəni hökmən
Öz əlim torpağa qoyardı dərhal.
Qorxuram atam bu addımı ancaq:
Birdən savaş gələr savaş yerinə
Qarşımda uçurum görərəm yenə —
Yarı uçurumda yarı yoldayam.
Artıq yetişibdir zaman, dartıla,
Yay gərək, və eşqin axıtdığı qan
Yuyub-qızardan ox gərək atıla.
Eşqdir diləyim, həm o kar insan,
Ki, mənim rəngimi dəyişib belə,
Məni çağırmaqsa çıxıb yadından.
italyancadan tərcümə
30. 07. 2026, Samara
+++++++++++++++
FRANCESKO PETRARKA
S’io credesse per morte essere scarco
del pensiero amoroso che m’atterra,
colle mie mani avrei già posto in terra
queste membra noiose, et quello incarco; Читать далее
