Архив тегов | Petrarka Azərbaycan dilində

FRANÇESKO PETRARKA. «ORSO, BİL, HEÇ ZAMAN, NƏ GÖL, ÇAY NƏ DƏ…»

Orso, bil, heç zaman nə göl, çay nə də

Nə bütün bu çaylar tökülən dəniz

Divar, budaq ya da təpə kölgəsi,

Nə duman ki, yer-göy çimir nəmində,

 

Bəşər baxışına maneə olan

Ayrı nə var —  mənə gətirməz kədər,
Gözəl gözlərinin duvağı qədər.

Mənə deyir: indi ağla ya da yan.

 

Gözlər təvazödən, ya da qürurdan,
Yerə dikilərsə, sevincim ölər,
Vaxtsız, həyatımın çatar sonu da.

 

Məni dərdə salır həmçinin ağ əl —

Üz-göz gizlədəndir, məkr var onda,

Mənə göz önümdə daş kimi gələr.

 

italyancadan tərcümə

31. 07. 2026, Samara

QEYD:

Orso — Orso del Aqilyara p dövrün görkəmli Roma qrafı və hakimidir.Petrarka onunla yaxın dostluq etmiş  və 1337-ci ildə Kapranikedə onun qonağı olmuşdur.

+++++++++++++++++

FRANCESKO PETRARKA

 

Orso, e’ non furon mai fiumi né stagni,
né mare, ov’ogni rivo si disgombra,
né di muro o di poggio o di ramo ombra,
né nebbia che ’l ciel copra e ’l mondo bagni,

Читать далее

FRANÇESKO PETRARKA. «HƏLƏ YAŞAYIRSA, APOLLON, ƏGƏR…»

Hələ yaşayırsa, Apollon, əgər,
Səni Fessalyada yandıran istək,

İşıqlı saçları, illər ötərək,

Unutdurmayıbsa indiyə qədər:

 

Sən üz döndərəndə bizə üz verən

Şaxtadan, amansız, sərt havalardan

Müqəddəs dəfnəni qoru, ona bir zaman,
Sən bağlı olmusan, sonralarsa mən.

 

Bu acı həyatda dəstəyin olan,

Sevgili ümidin qüdrəti ilə

Təmizlə havanı işığa çıxaq.

 

Heyrət eləyərik, görüb o zaman,

Çəməndə oturub Donna səninlə

Əliylə özünə kölgə salaraq

 

italyancadan tərcümə

28. 07. 2026, Samara

++++++++++++++++

FRANCESKO PETRARKA

 

Apollo, s’anchor vive il bel desio
che t’infiammava a le thesaliche onde,
et se non ài l’amate chiome bionde,
volgendo gli anni, già poste in oblio:

Читать далее