MİXAİL LERMONTOV. TƏNHA YELKƏN AĞARIR    

LERMONTOV

     Белеет парус одинокий….

 

Tənha yelkən ağarır,

Dəniz dumanlarında.

Yad eldə nə axtarır,

Nə atıb doğma yurdda.

 

Dalğa oyunu bitmir,

Dirək də əyilmədə.

Sevinc dalınca getmir,

Sevincdən qaçır nə də.

 

Qızıl şüalar üstdə.

Nurlu mavilik altda.

Qiyamçı, tufan  istər –

Tufanda dinclik hardan…

1832

Ruscadan tərcümə

06.01.2018

Samara

Реклама