UİLYAM ŞEKSPİR. 20-Cİ SONET

shakespear

A woman’s face, with nature’s own hand painted…  

 

Dostum, öz əliylə Təbiət necə,

Üzündə yaratmış qadın surəti.

Qadın ürəyi tək ürəyin incə,
Amma xəyanətsə deyil adəti.

 

İşvəsiz gözlərin nur ələndirir,

Xeyirdualanır sən nəyə baxsan.

Görkəmli kişinin dünya əlində,

Kişilər — heyrətdə, qadınlar – heyran.

 

Qadın yaradırmış Təbiət səni

Öz yaratdığının mehr salaraq,

Mənə gərəksiz bir əlavəsiylə,

Səni dəyişdirib, düşmüşük uzaq.

 

                     Qadınlara ləzzət yaranmısan sən,

                     Mənə sevgi bəsdir, onlara – bədən.

İngiliscədən tərcümə

04.01.2017

Samara

Реклама