Архив тегов | Məlahət Zeynallı

ƏVƏZ ZEYNALLI GÖRKƏMLİ ŞƏXS İDİ, ANCAQ STULLARI SINDIRMAQ NƏYƏ GƏRƏK…

«Оно конечно, Александр Македонский герой, но зачем же стулья ломать?» «Əlbəttə, elədir, Makedoniyalı Aleksandr qəhrəmandır, ancaq stulları niyə sındırmaq?”

Bu, Qoqolun “Müfəttiş” komediyasındandır, paytaxt Peterburqdan müfəttişi qorxu içində gözləyən məmurlardan biri tarix müəllimi Xlopovdan danşaraq deyir ki, o, dərsini yaxşı deyir, ancaq görkəmli sərkərdələrdən danışanda elə coşur ki, stulları döşəməyə çırpıb sındırır…

Mənə elə gəlir ki, mərhum Əvəz Zeynallı da kamera qarşısında elə coşurdu ki, öz nitqinə nəzarəti itirir, nə danışdığının fərqinə varmırdı. “Min illik Azərbaycan tarixi” – bunun sənədi-sübutu var? Cənab Zeynallının kamil savadı yox idi, elə yadına düşən adları oyuncaq tapançalara qoyulan oyuncaq güllələr kimi yağdırır: Elxanilər, Uzun Həsən, Şah İsmayıl, monqol-tatar, gödək Həsən, biz ermənilərin, yəhudilərin hakimiyyəti altında olanda da belə pis yaşamamışıq… Bərkdən, pafosla deyir, məqsəd – baxanı, dinləyəni sarsıtmaqdır. Baxan, dinləyən başını ağrıdıb maraqlanmayacaq ki, Uzun Həsən hansı ərazilərə nəzarət edib, hansı səlahiyyətləri olub, elxanilər kimdir…Başını ağrıtmaq istəmir, həm də Əvəz Zeynaallı onu sarsıdıb, gözünün odunu alıb.

”Heç vaxt belə pis yaşamamışıq…”

İndi görək Əvəz Zeynallı “pis yaşayış” deyəndə nəyi nəzərdə tutur.

Yəqin ki, insanların maddi vəziyyətini, yəni güzəranını.

Vaqifin “Bayram oldu heç bilmirəm neyləyim” misrası ilə başlanan qoşmasını hamımız bilirik. Bütün mahalda hörmət qazanmış şair, az sonra xan sarayına eşikağası aparılacaq şair yazır ki, evdə yavan çörəkdən başqa heç nə yoxdur.

Mirzə Cəlilin şedevr romanında kəndlilərin güzəranını görürük. Şam vaxtı Əhməd anasından yemək istəyir, arvad nəlbəkiyə bir az qatıq töküb qoyur uşağın qabağına…

Uzağa niyə gedək, mən keçən əsrin 60-cı illərdəki güzəranı xatırlada bilərəm. Çox adam yamaqlı paltar geyirdi, gündə üç dəfə şorla çörək yeyən ailələr çox idi…

Əvəz Zeynallı son dəfə restorandan tutulmuşdu. İki heyvərə gədə ilə (üzr istəyirəm), Kəramət və İlkin Rüstəmzadə ilə nahar edəndə. İ. Rüstəmzadə dönə-dönə sosial şəbəkələrdə yazıb ki, siqaret pulunu da ondan-bundan alır. Kəramət də onun tayı. Restoranda hesabı kim verir? Yəqin ki, Əvəz Zeynallı. Niyə dolanışıqdan şikayətlənən Ə. Zeynallı səhər evdən çıxanda yeməyini termosa qoyub özü ilə aparmırdı? Yekə maşın sürürdü, qızlarını Türkiyədə oxudurdu – bu, pis yaşamaqdır? Hansı qazancla? Yazmaqla? Mən ondan az yazmıram, bəs niyə mənim pulum yoxdur? Binəqədidə ev hansı pulla tikilmişdi?

Və bu dəm-dəsgah pis yaşamaqdır? Əgər doğrudan da pis yaşayanları nəzərdə tutursansa, niyə “biz” deyirsən? Pis yaşayanın iki övladı necı xaricdə oxuya bilər? 60-cı illərdə mənim kəndim o qədər kasıb idi ki, orta məktəbi yaxşı bitirən uşaqların Bakıya imtahana getməyə pulları olmurdu…

Əgər Əvəz Zeynallı insan hüquqlarından, siyasi azadlıqlardan danışırsa, onda iddiaları komik səslənir. Uzun Həsənin (ya gödək Həsənin, nə fərqi, onsuz da Əvəz Zeynallı ilk yadına düşən adları çəkir, dövr, status, səlahittət barədə təsəvvürü yoxdur) dövründə nə insan haqları? İnsan haqları heç Avropada yox idi, alimləri kafir adlandırb tonqalda yandırırdılar, feodal dövlətləri arasında fasiləsiz müharibələr gedirdi, monarx ailələrinin üzvləri taxt-tacdan ötrü bir -birinin ətini yeyirdi… Monqol-tatar…Bəlkə Zeynallı atın quyruğuna bağlanaraq sürütdürülüb öldürülməyə yaxşı deyir? Bəs göz çıxarmaq ənənəsi?

Təəssüf ki, sadə desək, danışığını bilməmək, auditoriyanı avam saymaq siyasət adamlarının əksəriyyətinə xasdır. Belə məsuliyyətsiz bəyanatlar, iddialar onları etibardan salır, demaqoq, boşboğaz kimi tanıdır.

Əvəz Zeynallı bütün karyerasını korrupsiyaya qarşı mübarizə devizi ilə qurmuşdu. Belə adamın haqq-hesabı gərək düppədüz ola. Qazancının, xərclədiklərinin hər manatının kağızını göstərə bilə. Əlbəttə, onun yaxşı yaşamağa, maşın sürməyə, uşaq oxutmağa tam haqqı var. Ancaq indi ölkədə sitüasiya belədir. Ya get prezident idarəsindəbn bir qulluq istə, ya da öz zəhmətinlə yaşa, gecələr ikinci işə get, piyada gəz, millətin çoxu kimi naharını büküb özünlə apar, arvadı axşamlar yol qıraqlarını süpürsün və s. Böyük Sabir sabun bişirmirdi? Əgər tamahlanıb şübhəli işlərə girişsəniz – vasitəçilik və s. – hökmən tutacaqlar, hətta yaxşılıq eləyib işini ucuz düzəltdiyiniz adam üzünüzə duracaq…

 

30. 09. 2026, Samara

QEYD: Bu yazını bir «dost»un (artıq keçmiş dostun) öz səhfəsinə qoyduğu videoya şərh kimi yazmışdım. Tiktokdan götürülmüş video Əvəz Zeynallının bir neçə il əvvəl öz YouTube kanalındakı monoloqu ya monoloqunun bir hissəsinin yazısı idi. Videoya onu ilk dəfə yerləşdirən istifadəçi ad da qoyub: «Azərbaycan rəzil durumdadır». Əvəz Zeynallı monoloqunu belə başlayır: «Azərbaycan min illik tarixi ərzində belə rəzalət durumda olmayıb». Və nitqinə davam edir…

Şərhi yerləşdirən kimi «dost» reaksiya verdi: «yazdığın yersizdir.». Deməliyəm ki, bir vaxtlar aramızda yaxın münasibət olsa da, son on-on beş il ərzində ünsiyyətmiz yox dərəcəsindədir, yox münasibətin də ki, pisi, yaxşısı olmur. Yəni ki, bir-birimizə incikli sözlər emədən aralanmışıq. Mənə elə gəldi ki, «yazın yersizdir» ifadəsi mənə qarşı kobudluq və hətta tərk-ədəblikdir. Buna görə şərhi silib burda yerləşdirirdim. Dostluğu da ləğv elədim. Lermontov demişkən: «

Была без радостей любовь,
Разлука будет без печали.

P.S. Ləğv olunmuş dosta xatırladıram ki, uşaqlarını xaricdə oxudan Əvəzdən fərqli olaraq on bir  ya on iki yaşlı uşağını bazara alverə göndərdi və beləliklə, oğlunu faciəvi həyatının startını verdi.
Həmçinin demək istəyirəm ki, bütün bu ucuz əvəzsevərliyin arxasında heç nə durmur, Əvəzin türmədə yatdığı, sonra müalicə olunduğu vaxtlar «dostumun» ona bir manatlıq da yardım etmədiyinə əminəm….

«ƏVƏZ ZEYNALLININSA EVİNDƏ TOY-DÜYÜNDÜR…»

20230721_135628

Kimlərsə batıb yasa,
Kimlərsə qara gündür.

Əvəz Zeynallınınsa,

Evində toy-düyündür.

+

Elə bil mağardır ev,

Şənlənir hər bir insan.

Cənab İlham Əliyev,
Həmişə var olasan!

+

Düz ikicə ay çıxıb,
Müddətindən Əvəzin

Qalan da nədir axı –

İndi hesabla özün!

+

Səkkizcə il on aydır,
Cəmi-cümüsü qalan.

İllər güllə tək gedir,
Papağını fırlasan.

+

Nəzir gedir seyidə,
Dustağın anasından.

Cənab prezidentə,
Dua eləyir hər an.

+

Verir gözaydınlığı

Xoşbəxt anaya hər kəs:

Səkkiz il nədir axı,

Çatacaq başa gec-tez!

+

Başı arvadınınsa,
Qarışıqdır, işdədir,
Bu mühüm hadisəni,
İctimailəşdirir.

+

Blinkin zəng eləyib,

Cənab prezidentə.

Bayden heyrandır, deyib,

Səndəki mərhəmətə…

Mirzə TƏBİL

18. 12. 2024, Samara

MƏLAHƏT ZEYNALLI: BƏDBƏXT, MİSKİN, HƏM DƏ RƏZİL…

Məlahət Zeynallı

Bu günlərdə dünyanın ən müxtəlif ölkələrində, hətta indiki Rusiya ilə düşmən münasibətdə olan ölkələrdə iki rus qadınının çıxışı milyonlarla insanda bir vaxt Qaqarinin kosmosa uçuşu kimi Rusiyaya rəğbət və onun gələcəyinə ümid oyatdı. Mən Aleksey Navalnınına nası Lyudmila İvanovnanın və arvadı Yuliya Borisovnanın çıxışlarını nzərdə tuturam. Ən əziz adamları dövlət tərəfindən qətlə yetirilmiş bu qadınlardakı nümunəsiz mərdllk, ləyaqət, prinsipiallıq, mübarizlik heyrət və fövqəladə hörmət doğurur.

Məlahət Zeynallının əri öldürülməyib, ancaq uzunmüddətli həbs cəzası alıb. Məhkəmə qərarından sonra jurnalistlər qarşısında çıxış edir. Bu çıxışın müəyyən tonallığı, emosionallığı, əlbəttə, başa düşüləndir. Ancaq Məlahət Zeynallının nə dediklərinə diqqət yetirəndə quruyub qalırsan: bu qadının başına hava gəlib ya fövqəladə sitüasiya onun əsl üzünü açıb?

Məlahət Zeynalova ərinin həbsində məmurları təqsirli bilir.

“İlham Əliyevin bu məmurlara gücü çatmır…”

“Prezident deyirt ki, biz özümüzü türk dünyasında yaxşı görürük.

Mən burda Amerikanın, əlini gördüm, Qərbin əlini gördüm, Rusiyanın əlini gördüm ham Azərbaycanın, Türkiyənin əlini görmədim”.

Burda güləsən ya ağlayasan? Amerika hara, Əvəz Zeynallı hara? Daha doğrusu, Amertika harda, Əvəz harda? Əvəzi, məlum olduğu kimi, restoranda saxlamışdılar. İki havayıyeyən gədə ilə — İlkin Rüstəmzadə və Kəramət Böyükçöllə yeyib-içəndə. Məlahət Zeynallı Baydeni bu gədələrə qatır?

Sonra Məlahət xanım deyir:

“Elçin Sadıqov fetoçulara işləyir, onu bilirəm.

Azərbaycan hakimiyətrinin içərisində də adamlar var ki, fetoçulara işləyirlər

Bunu birmənalı olaraq, kimə lazımdırsa, məni çağırsınlar sübut eləyim.”

Fetoçular kimdirlər, onlar Azərbaycanda necə işləyirlər və ya məmurlar onlara necə işləyirlər? Buynuzları və quyruqları varmı? Məlahət Zeynallının kəşfiyyat xidməti var? Fetoçuları tanıyırdısa, indiyəcən niyə açıb demirdi?

Sonra deyir:

“Fetoçular bu gün bu ağır cinayət məhkəməsində qalib gəldilər”.

Yox, bu qadının başına hava gəlməyib, o, saman çöpündən yapışır, hanssa fantastik fetoçuları Əliyevə təhvil verməklə Əvəzi buraxdırmaq istəyir. On, on beş, lap əlli adamı tutdurmağa hazırdır. Yəqin qızları da Türkiyədə ştatdankənar agentdirlər, fetoçuların izinə düşüb tutdururlar. Türkiyədə fetoçuların növbəti dstəsinin tutulduğunu eşitsəniz, bilin ki, Əvəz Zeynallınn qızları tutdurublar…

Jurnalist arvad Məlahət Zeynallıya sual verir:

“Elçin Sadıqov on dörd il ailə vəkiliniz olub, bilirdiniz fetoçudur?”

Cavab:

“Biz təxmin eləyirdik…”

Bu, komediyadlr, sketç-şoudur?

Jurnalist arvad:

“Bəs niyə aralanmırdınız?”…

Haqlı sualdır. Ancaq sual janrın kanonlarını pozur…

İkinci personaj. Elnur Şükürovun atası. Gündən-günə əfəlləyən bədbəxt ata.

“Cənab prezidenti elə alıblar mühasirəyə ki, ona söz çatmır…”

A kişi, sözün var, söz danış. Əliyevi telefonunda İnternetə girib günün xəbərlərini oxumağa qoymurlar?

Şükürov-ata sonra deyir:

“Bunların qanında türk qanı yoxdur, türk qanı olsaydı, belə olmazdı…”

A kişi, elə bunlar əsl türkləridir. Öz vətəndaşlarına türk dövlətlərindən  amansız dövlət varmı? Bax Türkmənistana, Türkiyəyə, Özbəkistana… Çuğullamaq, şərləmək, tutdurmaq da əsl türk xassəsidir. Türküm etalonunu yaratmaq istəsələr, Eynulla Fətullayevi model kimi götürə bilərlər….

Məlahət xanım, əlbəttə, bətbəxtdir. Ancaq, etiraf edək ki, həm də rəzildir…

Məlahət Zeynallı, əri iki havayıyeyən gədə ilə restoranlarda yeyib içəndə, gərək onun qoparağını götürəydi, deyəydi bu pullar səndə hardandır, jurnalistsən, səhər işə gedəndə naharını düyünçədə apar, orda gəvələ, Türkiyədə iki uşaq oxuduruq, bahalı maşın sürürük, valideynlər xəstə…

Deməyib…

Əvəzin qardaşı deyir ki, uzun müdət polis işləyib, bir manat rüşvət almayıb.

Eh… Azərbaycan, Azərbaycan…

X.X.

27. 02. 2024, Samara

+++++++++++++++++++++++++++++++++

24. 01. 2026

Əvəz Zeyallının YouTube-la indiki çıxışlarına baxanda elə gəlir ki, Azərbaycanda Çernobl qəzasına bənzər bir fəlakətli hadisə baş verib və Əvəz Zeyallı təpədən dırnağa qədər şüalansa da, sağ qalıb…Əslində Azərbaycanda bütün demokratik azadlıqların, vətəndaş hüquqlaraının məhvinə ynəlmiş sistemli repressiyanı nüvə silahənın tətbiqinə və ya nüvə obyektində törədilmiş qəzaya bənzətmək olar — yalnız təsadüfən sağ qalanlar var və onlar da ancaq öz işgəncəli ömürləriaz da olsa aparmaq uğrunda əl-qol ata bilərlər…

Jurnalist, bloger kimi Əvəz Zeynallıya mənim elə də rəğbətim yoxdur. Ancaq onun mübarizliyi, mənəvi müqavimət qüvvəti məndə heyranlıq doğurur. Bununlar belə onun arvadının məhkəmə prosesində özünü necə rəzil apardığını da unutmuram…