Архив тегов | Əvəz Zeynallının vəfatı

ƏVƏZ ZEYNALLI GÖRKƏMLİ ŞƏXS İDİ, ANCAQ STULLARI SINDIRMAQ NƏYƏ GƏRƏK…

«Оно конечно, Александр Македонский герой, но зачем же стулья ломать?» «Əlbəttə, elədir, Makedoniyalı Aleksandr qəhrəmandır, ancaq stulları niyə sındırmaq?”

Bu, Qoqolun “Müfəttiş” komediyasındandır, paytaxt Peterburqdan müfəttişi qorxu içində gözləyən məmurlardan biri tarix müəllimi Xlopovdan danşaraq deyir ki, o, dərsini yaxşı deyir, ancaq görkəmli sərkərdələrdən danışanda elə coşur ki, stulları döşəməyə çırpıb sındırır…

Mənə elə gəlir ki, mərhum Əvəz Zeynallı da kamera qarşısında elə coşurdu ki, öz nitqinə nəzarəti itirir, nə danışdığının fərqinə varmırdı. “Min illik Azərbaycan tarixi” – bunun sənədi-sübutu var? Cənab Zeynallının kamil savadı yox idi, elə yadına düşən adları oyuncaq tapançalara qoyulan oyuncaq güllələr kimi yağdırır: Elxanilər, Uzun Həsən, Şah İsmayıl, monqol-tatar, gödək Həsən, biz ermənilərin, yəhudilərin hakimiyyəti altında olanda da belə pis yaşamamışıq… Bərkdən, pafosla deyir, məqsəd – baxanı, dinləyəni sarsıtmaqdır. Baxan, dinləyən başını ağrıdıb maraqlanmayacaq ki, Uzun Həsən hansı ərazilərə nəzarət edib, hansı səlahiyyətləri olub, elxanilər kimdir…Başını ağrıtmaq istəmir, həm də Əvəz Zeynaallı onu sarsıdıb, gözünün odunu alıb.

”Heç vaxt belə pis yaşamamışıq…”

İndi görək Əvəz Zeynallı “pis yaşayış” deyəndə nəyi nəzərdə tutur.

Yəqin ki, insanların maddi vəziyyətini, yəni güzəranını.

Vaqifin “Bayram oldu heç bilmirəm neyləyim” misrası ilə başlanan qoşmasını hamımız bilirik. Bütün mahalda hörmət qazanmış şair, az sonra xan sarayına eşikağası aparılacaq şair yazır ki, evdə yavan çörəkdən başqa heç nə yoxdur.

Mirzə Cəlilin şedevr romanında kəndlilərin güzəranını görürük. Şam vaxtı Əhməd anasından yemək istəyir, arvad nəlbəkiyə bir qatıq töküb qoyur uşağın qabağına…

Uzağa niyə gedək, mən keçən əsrin 60-cı illərdəki güzəranı xatırlada bilərəm. Çox adam yamaqlı paltar geyirdi, gündə üç dəfə şorla çörək yeyən ailələr çox idi…

Əvəz Zeynallı son dəfə restorandan tutulmuşdu. İki heyvərə gədə ilə (üzr istəyirəm), Kəramət və İlkin Rüstəmzadə ilə nahar edəndə. İ. Rüstəmzadə dönə-dönə sosial şəbəkələrdə yazıb ki, siqaret pulunu da ondan-bundan alır. Kəramət də onun tayı. Restoranda hesabı kim verir? Yəqin ki, Əvəz Zeynallı. Niyə dolanışıqdan şikayətlənən Ə. Zeynallı səhər evdən çıxanda yeməyini termosa qoyub özü ilə aparmırdı? Yekə maşın sürürdü, qızlarını Türkiyədə oxudurdu – bu, pis yaşamaqdır? Hansı qazancla? Yazmaqla? Mən ondan az yazmıram, bəs niyə mənim pulum yoxdur? Binəqədidə ev hansı pulla tikilmişdi?

Və bu dəm-dəsgah pis yaşamaqdır? Əgər doğrudan da pis yaşayanları nəzərdə tutursansa, niyə “biz” deyirsən? Pis yaşayanın iki övladı necı xaricdə oxuya bilər? 60-cı illərdə mənim kəndim o qədər kasıb idi ki, orta məktəbi yaxşı bitirən uşaqların Bakıya imtahana getməyə pulları olmurdu…

Əgər Əvəz Zeynallı insan hüquqlarından, siyasi azadlıqlardan danışırsa, onda iddiaları komik səslənir. Uzun Həsənin (ya gödək Həsənin, nə fərqi, onsuz da Əvəz Zeynallı ilk yadına düşən adları çəkir, dövr, status, səlahittət barədə təsəvvürü yoxdur) dövründə nə insan haqları? İnsan haqları heç Avropada yox idi, alimləri kafir adlandırb tonqalda yandırırdılar, feodal dövlətləri arasında fasiləsiz müharibələr gedirdi, monarx ailələrinin üzvləri taxt-tacdan ötrü bir -birinin ətini yeyirdi… Monqol-tatar…Bəlkə Zeynallı atın quyruğuna bağlanaraq sürütdürülüb öldürülməyə yaxşı deyir? Bəs göz çıxarmaq ənənəsi?

Təəssüf ki, sadə desək, danışığını bilməmək, auditoriyanı avam saymaq siyasət adamlarının əksəriyyətinə xasdır. Belə məsuliyyətsiz bəyanatlar, iddialar onları etibardan salır, demaqoq, boşboğaz kimi tanıdır.

Əvəz Zeynallı bütün karyerasını korrupsiyaya qarşı mübarizə devizi ilə qurmuşdu. Belə adamın haqq-hesabı gərək düppədüz ola. Qazancının, xərclədiklərinin hər manatının kağızını göstərə bilə. Əlbəttə, onun yaxşı yaşamağa, maşın sürməyə, uşaq oxutmağa tam haqqı var. Ancaq indi ölkədə sitüasiya belədir. Ya get prezident idarəsindəbn bir qulluq istə, ya da öz zəhmətinlə yaşa, gecələr ikinci işə get, piyada gəz, millətin çoxu kimi naharını büküb özünlə apar, arvadı axşamlar yol qıraqlarını süpürsün və s. Böyük Sabir sabun bişirmirdi? Əgər tamahlanıb şübhəli işlərə girişsəniz – vasitəçilik və s. – hökmən tutacaqlar, hətta yaxşılıq eləyib işini ucuz düzəltdiyiniz adam üzünüzə duracaq…

 

30. 09. 2026, Samara

QEYD: Bu yazını bir «dost»un (artıq keçmiş dostun) öz səhfəsinə qoyduğu videoya şərh kimi yazmışdım. Tiktokdan götürülmüş video Əvəz Zeynallının bir neçə il əvvəl öz YouTube kanalındakı monoloqu ya monoloqunun bir hissəsinin yazısı idi. Videoya onu ilk dəfə yerləşdirən istifadəçi ad da qoyub: «Azərbaycan rəzil durumdadır». Əvəz Zeynallı monoloqunu belə başlayır: «Azərbaycan min illik tarixi ərzində belə rəzalət durumda olmayıb». Və nitqinə davam edir…

Şərhi yerləşdirən kimi «dost» reaksiya verdi: «yazdığın yersizdir.». Deməliyəm ki, bir vaxtlar aramızda yaxın münasibət olsa da, son on-on beş il ərzində ünsiyyətmiz yox dərəcəsindədir, yox münasibətin də pisi, yaxşısı olmur. Yəni ki, bir-birimizə incikli sözlər emədən aralanmışıq. Mənə elə gəldi ki, «yazın yersizdir» ifadəsi mənə qarşı kobudluq və hətta tərk-ədəblikdir. Buna görə şərhi silib burda yerləşdirirdim. Dostluğu da ləğv elədim. Lermontov demişkən: «

Была без радостей любовь,
Разлука будет без печали.