Архив | Апрель 2020

BU DİSTANT TƏHSİLDƏ TƏZƏ NƏ VAR Kİ…   

SONY DSC

Bu distant təhsildə təzə nə var ki?

Həqir nökəriniz ağlı kəsəndən
Belə oxumurmu? Yaxındakının

Dərsi, düzü desək, axı nə dərsdi?…

 

 

Əsil müəllimlər uzaqdaydılar,
Arada zaman ya yol məsafəsi.

Haçan ki, sualım vardı onlara,
Yarırdı kosmosu onların səsi.

 

 

Nitqini yarımçıq kəsirdi Sokrat,

Ali məhkəmədən üzr istəyib.

Sonra sualıma qulaq asaraq,
Səbrlə verirdi cavab mən kütə.

 

 

Sualım çatırdı Sokrata bəzən,
Zəhər dolu camı qaldıran anda.

Müdrik hər qurtumla səifləsə də,
Yenə çalışırdı məni qandıra…

 

 

Saxlayır yazdığı kitabı birdən,
Padşah Mark Avreli gedirdi fikrə.

Gərək sadə deyə, maraqlı həm də.

Mənim kimisinin başına girə…

 

 

Şopenhauer də, Kant da beləcə,
Mənə dərs deyiblər on il, on beş il.

Çatır hövsələləri lap indiyəcən,
Heç biri sualdan yayınan deyil…

 

 

Mirzə Ələkbərdən, Mirzə Cəlildən,
Distant dərs alıram yaşın bu vaxtı.

Gülürlər: “Mirzəsən indi özün sən…”

Mirzəyəm,.. bu var ki, “Əlil”əm axı…

 

12.04. 2020, Samara

“QAPANIB MƏSCİDLƏR, KİLSƏLƏR İNDİ…”

09.04. 2020

Qapanıb məscidlər, kilsələr indi,
Yəhudi bağlayıb sinaqoqları.

Çıxaraq möhtəşəm tikililərdən,

Yaşayır möminin içində Tanrı.

 

 

Gecəli-gündüzlü asan iş deyil,
Tanrıyla bir canda yaşamaq amma.

Adam var taleyə başını əyir,
Çalışır, özünü salır nizama.

 

 

Dilə nəzarəti ciddi bərkidir,
Gözü ayağının altına baxır.

Sözündə, işində bütövdür indi —

Bilir Tanrı görür, eşidir axı…

 

 

Adam da var çaşır keçməmiş həftə,
Səbrini daraldır Tanrı hüzuru.

Suallar yağdırır, öcəşir hələ,

Cavabı öz bəsit dilində umur.

 

 

Anlamır öz qəlbi indi məbəddir,
Çırpınır, beyninə cin vuran kimi.

Vəhşi qiyamıyla içini didir,

Tanrının evini dağıdan kimi.

 

09. 04. 2020, Samara

UİSTAN ODEN. AH, BU NƏ SƏSDİR…

AudenVanVechten1939

Ah, bu nə səsdir belə titrədir iliyəcən,

Niyə belə döyürlər düzəəndə təbilləri?

Əsgərlərdir, əzizim, yüürüyürlər beləcə,
Al-əlvan əyinəri.

 

Ah, nə işıqdır belə görürəm açıq-aydın,
Yanır, göz qamaşdırır uzaqsa da nə qədər.

Əzizim, günəş belə şöləsini oynadır,
Silahın dəmirində.

 

 

Ah, bu dəsgah onların nəyinə gərək görən,
Nədir axı bu səhər məqsəd qarşılarında?

Təlimdir bu, əzizim, həmişə keçirilən,

Bir həyəcandır ya da.

Ah, niyə çıxırdılar rahat yoldan bəs onlar,
Niyə götürüldülər onlar belə qəfildən?

Bəlkə əmrlərində, əzizim, yenilik var,
Sən niyə diz çökürsən?

 

 

Ah, onlar dayanarmı tibbi yardım almağa,
Çəkərək atlarının cilovunu br anda?

Heç birisi, əzizim, hələ yara almayıb,
Yox burnu qanayan da.

 

 

Bəlkə ağsaç keşişdir görmək istədikləri,
Onlara ən vacibi keşiş deyilmi indi?

Keşişin qapısından, yox, əzizim, keçdilər,
Görüşünə getmədən.

 

 

Onda qonşu fermeri axtarırlar bəlkə də,

O fermer də, bilirsən, hiyləgərin biridir.

Fermanı da, əzizim, daha keçib getdilər,

Qaçırlar onlar indi.

 

 

 

Ah, sən hara gedirsən? Burda dur, yanımda qal!

Yalan imiş and içib mənə söylədiklərin?

Yox, əzizim, sadiqəm həmişə eşq andıma,
İndisə gərək gedəm.

 

 

Ah, qıfıılı qırıblar, sındırılıb qapı da,
Ah, keçiblər həyətdən, içəridədir onlar.

Ağır çəlmələr altda döşəmə taqqıldayır.,
Gözlərində də od var…

 

1932

İngiliscədən tərcümə

07-08.04. 2020, Samara

 

O What Is That Sound

 

O what is that sound which so thrills the ear
Down in the valley drumming, drumming?
Only the scarlet soldiers, dear,
The soldiers coming. Читать далее

Redyard KIPLING. MININCI INSAN

Rudyard_Kipling

Süleyman deyir: sənə içində min insanın
Biri doğma qardaşdan yaxın olar daha da.

Beləsini sən axtar, ömrünün yarısıını,

Əsirgəmə, tapdığın — dəyər gedən bu vaxta.

 

 

Doqquz yüz doxsan doqquz insan istəyir bilə,
Sənə başqalarının nədir münasibəti.

Mininci insan ancaq həmişə səninlədir,
Aləm düşmənin ola, pozulmaz sədaqəti.

 

 

Necə vədlər verəsən, yalvarasan nə qədər,
Tapa bilməyəcəksən həyatda beləsini.

Doqquz yüz doxsan doqquz insan verəcək dəyər,
Görkəminə, adına, öyrənəcək nəslini.

 

O səni tapsa ancaq və ya sən onu tapsan,

Dünyda yox önəmi ayrı heç nəyin daha.

Üzər, boğular ya da çünki Mininci İnsan,

Səninlə birgə hansı sulara atılsa da.

 

 

Girə bilərsən onun pul kisəsinə sözsüz,
Necə istəsə xərclər sənin pulunu o da.
Yolda qarşılaşanda danışıb-gülərsiniz,
Haqq-hesab məsələsi sanki yox aranızda.

 

 

Doqquz yüz doqxsan doqquz insan gümüş istəyər,

Qızıl istəyər,  haçan hansı sövdə bağlasa.

Ancaq Mininci İnsan onlara tamam dəyər,
Görür ki, qiymətlidir ürəyində nə varsa.

 

 

Onun səhvi səninki, sənin düzündür düzü,

Yerində olubsa da, olmayıbsa da əgər.

Çiyin ver və arxa dur, bütün dünya da görsün,

Sədaqətini göstər!

 

 

Doqquz yüz doxsan doqquz insan çətin ki dözə,
Lağa ya istehzaya, gülüşə, eyhamlara.

Ancaq Mininci İnsan səninlə sona qədər,
Qalar – dar ağacı da olsa və hətta sonra!

 

İngiliscədən tərcümə

06.04. 2020, Samara

 

The Thousandth Man

 

0NE man in a thousand, Solomon says.
Will stick more close than a brother.
And it’s worth while seeking him half your days
If you find him before the other. Читать далее

BƏXTİNƏ HƏRB DÜŞƏN NƏSİLLƏR OLUB…      

2

Bəxtinə hərb düşən nəsillər olub,
İtib milyonların gənc həyatları.

Milyonlar arxada acından ölüb,
Nə sayları məlum, nə də adları.

 

 

Az və yüngül olub nəslimin hərbi,
Nəticə çox ağır olsa da bəzən,

Hər dəfə bir təhər baş girələndi,
Həyatı saxladıq, şərəfdi gedən…

 

 

Dünyanı bürüyüb indiki qovğa,
Kütləvi qırğındır, mübarizədir.

Mənsə gəzməyimdə xəlvət, oğurluq,
Yenə fərariyəm, niyə gizlədim…

 

04. 04. 2020, Samara

Mixail LERMONTOV. ÖNDEYİM

LERMONTOV

Gələr qara ili Rusiyanın da,

Çarların tacları düşər başından.

Unudar sevgini kütlə onlara,
Çoxunun yediyi ölüm, qan olar.

Qanun tapdalanar, zorun qirbanı,
Olar qadın, uşaq, tökülər qanı.

Yoluxar, bürünə yasa hər oba.
Meyitlər iylənər, baş verər vəba,

Qiyama səslənər kasıb komalar,
Üzülər aclıqdan zavallı diyar;

Şəfəqdən çayların suyu qızarar,
Möhtəşəm bir insan gələr hüzura,

Onu tanıyarsan – və anlayarsan
Polad bıçaqlıdır niyə bu insan:

Vay sənin halına: ha ağla, inlə,

Soyuqqanlı baxıb sənə, o gülər.

Qorxudar, sarsıdar nə varsa onda,

Əynində plaş da, uca alın da.

1830

Ruscadan tərcümə

03. 04. 2020

 

QEYD: Şeir 1830-cu ildəki kəndli üsyanlarıyla bağlı yazılıb

 

Лермонтов М. Ю. — Предсказание

Настанет год, России черный год,
Когда царей корона упадет; Читать далее

Aleksandr KUŞNER. “KİMDİSƏ, AĞLAYIR BÜTÜN GECƏNİ…”

1

Kimdisə, ağlayır bütün gecəni,
Ağlayır qonşuda, divar dalında,
Hazıram ovudam, çağırmır məni,

Köməyə qonşuda ağlayan adam.
Bayaq kirimişdi. Yenə ağladı.

“Yat, — deyirsən mənə, yox ağlayan-zad”.

Yuxunun, əlbəttə, şirin vaxtıdır,
Ürəksə zülmətdə sıxılır fəqət!
Məgər ağlayırlar bizim əsrdə?

Harda eşitmisən ağlaya kimsə.

Quru əsr yoxdur bizim əsrdən,
Bizim himnimizdə göz yaşı dinməz.

Uşağın özü də — ağlasa birdən,
“Ayıbdır!” deyən tək səsini kəsir.

Beləcə susuruq, otaqda dinən,
Masa üstündəki saat səsidir.
Kimdisə, yaxında ağlayır hərdən,
“Yat, mən eşitmirəm”, — mənə deyirsən.

Soruşa bilərsən kimdən istəsən –

Yağışdır beləcə damda səs edən.

Deyəsən dayandı. Yenə başladı,

Elə ağlayır ki, ürək dağlayır.

Yuxuya gedən tək, məni ayıldır,
“Qulaq as, — deyirsən, — kimsə ağlayır”,

 

Ruscadan tərcümə

02. 04. 2020, Samara

 

Кто-то плачет всю ночь.
Кто-то плачет у нас за стеною.
Я и рад бы помочь —
Не пошлет тот, кто плачет, за мною. Читать далее

Aleksandr KUŞNER. “ZAMANLAR İÇİNDƏN SEÇİLMİR ZAMAN…”

1

Zamanlar içindən seçilmir zaman,

Zamanda yaşayır,  ölür də insan.

Qınamq, dövranı məzəmmət etmək —
Həyatda bundan da bayağı nə var?

Guya bu zamanı bazardakı tək,
Dəyişmək mümkündür bir ayrısıyla.

Dəmirlik, qəddarlıq hər əsrdə var.
Fəqət möcüzəli bağ dumanlanar,

Nur saçar buludlar; beş yaşındakən,

Skarlatinadan ölə bilərdim.

Varmı elə əsr, elə zaman ki,
Bütün həyat boyu olmaya dərdin?

Bəxtəvər bir ömür arzusundasan,

Qroznı dövründə bəs yaşasaydın?

Bəlkə ürəyindən Florensiya
Vəbası da keçir, cüzam bəlkə də?

Gedirsən bahalı vaqonlarda, ya
Gəmi ambarının cəhənnəmində?

Dəmirlik, qəddarlı hər əsirdə var,
Fəqət möcüzəli bağ dumanlanar,

Nur saçar buludlar; vida anında,
Bağrıma basaram mən öz əsrimi.

Zaman həm taledir, həm də sınaqdır,

Çəkmə həsədini özgələrinin.

Zaman ağuşunda ömr edir insan.

Zaman – paltar deyil, dəridir zaman,
Zaman öz möhrünü dərindən vurar.

Və bizə diqqətlə nəzər salsalar,
Barmaq izləri tək götürmək olar.

Zamana xas olan nə cizgi varsa.

1976

Ruscadan tərcümə

01.04. 2020, Samara

Времена не выбирают,
В них живут и умирают.
Большей пошлости на свете
Нет, чем клянчить и пенять.
Будто можно те на эти,
Как на рынке, поменять. Читать далее