Архив | 23.12.2021

ANNA AXMATOVA. KAFKAYA BƏNZƏTMƏ

Özgələr aparır sevgililəri, —

Həsədlə baxmıram dallarınca mən.

Az qalıb ki yarım əsrdən bəri,
Təkcə müttəhəmlər kürsüsündəyəm.

Bütün həndəvərdə basırıq, dava,
Gəlir ürəkvuran mürəkkəb iyi.

Bunu uydurubdur beləcə Kafka,
Çıxarıb tərzini sonra da Çarli.

Və həmin önəmli çəkişmələrdə,
Elə bil bərk yuxu məngənəsində

Andlı münsiflərin hər üç nəsli də,

Qərara gəldi ki, günah məndədir.

Dəyişir konvoyda üzlər anbaan,
İnfarktdır altıncı prokuror indi…
Hardasa göy üzü elə bu zaman,
İsti şiddətindən qaralıb gedir.

Cazibə dolu yay gəzir yenidən,
Elə həmin çayın qırağındaca…

Nədənsə bəxtəvər “hardasa”nı mən,
Təsəvvür eləyə bilmirəm ancaq.

Üzüldü sırıqlı, dağıdı əynim,

Uca qarğışlardan az qala karam,
Bütün planetdə doğrudan yəni
Hamıdan, hamıdan mən günahkaram?

1960

ruscadan tərcümə

23.12. 2021, Samara

=================

Подражание Кафке

Другие уводят любимых, —
Я с завистью вслед не гляжу, —
Одна на скамье подсудимых
Я скоро полвека сижу.
Вокруг пререканья и давка
И приторный запах чернил.
Такое придумывал Кафка
И Чарли изобразил.
И в тех пререканиях важных,
Как в цепких объятиях сна,
Все три поколенья присяжных
Решили: виновна она. Читать далее

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-12

Altımışa çatdı yaşım,
Oğlan kimi canım var.

Mənə daha altımış il,

Millətim yaş arzular.

Altımış il, daha artıq,

Xalq deyir  bizi hərlə.

Sən olmasan qırılarıq,
Ölkə məhv olar hələ.

         Ey! Uf!

Hər vətəndaş öz evində,
Altımış şam yandırıb.

Yeyir-içir Rüstəmli də,

Aclığı dayandırıb.

Məktub aldım Yaqubludan,

Yazır: “Yaşın mübarək.
Dəmir yumruğuna heyran —

Gözüm üstə vur görək!”

            Ey! Uf!

Tort bişirir yenə Eldar,
Düz altımış metrlik.

Mİlləti yeyər, qarnı doyar,
Yaranar həm də birlik.

Təbrik elər bu gün-səhər,

Yəqin məni İrəvan,

Soruşaram eləməsə:

“Bəs nə oldu, Paşinyan?!”

    Ey! Uf!

Zəng eləmir mənə hələ.
Sülhməramlı general,
Plan cızır Araiklə,

Əleyhimə qırışmal!

Mat qalmışam mən bu hala,

Bu nə hoqqa, nə  oyun?

Fransızlar uruslarla,
Xankəndidə qol-boyun!

  Ey! Uf!

Mİrzə Əlil

23.12. 2021, Samara