Cəbhədə həlak olmuş Səbuhi Əzizov müdafiə nazirinin əmiri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Bu nə medaldır görəsən? Cəbhədə həyatını itirmək nə vaxtdan “fərqlənmək” olub? Azərbaycanda hər cür binamusluq eləyən adamlara “Şərəf” ordeni verilir, həyatını itirənlərə üçüncü dərəcəli medal…
Və Bakıda naz-nemət içində yaşayıb min cür binamusluq edən harınlardan ötrü fəhlə-kəndli balaları niyə ölməlidirlər?