VİCDANININZ OLSUN, ASSOCİATED PRESS ELƏ DEMƏYİB!

Azərbaycan zurnalistləri milli faciəni reklam kampaniyasına, məzhəkəyə, qapazvurduya çevirirlər.

İndi tənbəllik eləməyən İnternetdə bu xəbəri yayır: “Assoiciated Press bildirir ki, ermənilərin 100-dən çox əsgəri öldürülüb”.

Girirəm Associated Pressin saytına, xəbəri tapıram. Dünyada ən nüfuzlu agentliklərindən biri sadəcə Azərbaycan tərəfinin bəyanatını yayır, yəni AP xəbər verir ki, Azərbaycan tərəfi 100-dən çox erməni əsgərinin öldürüldüyünü iddia edir.

Yəni Azərbaycan zurnalistləri Azərbaycan rəsmilərinin bəyanatını AP-in adına çıxmaqla ermənilərin itkisi barədə məlumatı inandırıcı eləməyə çalışırlar.

Yəni əgər AP informasya yaymışdısa, Azərbaycan zurnalistləri bunu dezinformasiyaya çeviriblər.

Bu kimə lazımdır? Bunun jurnalistliyə dəxli var? Bunun vətənpərvərliyə dəxli var? Bu, ölkə rəhbərliyinin, Müdafiə nazirliyinin nəzərində yaxşı görünmək, bir şey qazanmaq üçün edilmirmi? Və xalqın qəmini, onlarla gəncin həlakını qazanc fürsətinə çevirən zurnalistlərin niyə əlindən və ağzından vurulmur?