Архив | 30.06.2016

«CƏBHƏ»ÇİLƏR DƏ AZƏRBAYCANI «İMAM-ZAMAN»IN GƏLİŞİNƏ HAZIRLAYIRLAR?

Tale Bağırzadəni norveçlilərin “vicdan məhbusları” siyahısına dürtməklə Azərbaycan “demokratları” özlərini olub-qalanın hörmətdən və etibardan saldılar. İndi sağlam fikirli və əsil demokrat ruhlu və düşüncəli  insanlar, əlbəttə, belə “demokratlara” yaxın getməz, ancaq AXCP adından çıxış edən və islam faşizmiylə həmrəy olan məsuliyyətsiz şəxslər ümumilikdə demokratik hərəkata böyük ziyan vururlar. Və təəssüf ki, Tale Bağırzadənin öndə olan dəstəkçiləri və pərəstişkarları Qərb ölkəərində sığınacaq tapıb qərb benefitləti, qrantları ilə dolananlardır.

Hacı Bağırzadənin Azərbaycan üçün hansı gələcək arzuladığını və Nardanranda qərargah qurub fəal şəkildə hazırladığı gələcək barədə təsəvvür yaratmaq üçün onun çıxışlarından birinə baxmaq kifayətdir. Bir neçı sitat:

 

“And olsun Allaha, İmam-Zaman gəlsə, Bu gün Yəmən hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün İran İslam Respublikası Başda Rəhbərimiz ayatulla Xamanei olmaqla hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün Azərbaycanda o şəraiti yaratmışıq  ki, İmam-zaman təşrif gətirsin bura?”

“O şərait yaranmalıdır Azərbaycanda. O ruhiyyə yaranmalıdır ki, imam zaman təşrif gətirsin bura!”

“Şükür olsun ki, bu ruhiyyə bu kənddə var”.

“Bu ruhiyyə bu kəndlə məhdudlaşmamalıdır”

“2002-ci il deyil ki Nardaranda təkbaşına mübarizə aparsın”.

“Kəndlərimizdə çoxlu Hüseyn təfəkkürlü gənclərimiz var!”

“Ağanın gəlişinə hazırlaşmağın çoxdan vaxtıdır!”